Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Həbs |
Həbs
Mizanul-hikmət 86. Həbs 436. Həbslərinə icazə verilənlər 1362. İmam Əli (ə): «Fasiq (günah edən) alimləri, savadsız həkimləri və kirayə haqqı ödəməyən kirayəçiləri həbs etmək İmama vacibdir». (Mən lə yəhzuruhul-fəqih, c.3, səh.31, hədis 3266) 1363. İmam Əli (ə): «Qadın mürtəd olarsa öldürülməz, ömürlük həbsə məhkum olunar». (Təhzibul-əhkam, c.10, səh.142, hədis 569) 1364. «Üsuli Kafi» kitabından: «Əmirəl-möminin (ə) üç nəfərdən başqa heç kəsi zindana layiq bilməmişdir: yetimin malını yeyən və ya onun malını qəsb edən kişi, yaxud əmanətə xəyanət edən». (əl-Kafi, c.7, səh.263, hədis 21) 436. Zəmanət olunmuş gəlib çıxanədək zaminin həbsi 1365. İmam Sadiq (ə): «Başqasının canına zamin duran kişini Əmirəl-mömininin (ə) yanına gətirirlər. Həzrət (ə) onu həbs edir və buyurur: «Dostunu (zamin durduğun kəsi) tapıb bura gətir».(Vəsailuş-şiə, c.13, səh.156, hədis 1) 437. Ömürlük həbsə məhkum olunanlar 1366. İmam Baqir (ə): -Bir kişi bir nəfərə başqasını qətlə yetirməyi əmr edir və o, həmin şəxsi qətlə yetirir. Həzrət (ə) bunların hökmü olaraq buyurur- «Qatil öldürülməli, qətlə əmr verən ölənədək zindanda qalmalıdır». (əl-Kafi, c.7, səh.285, hədis 1) 1367. İmam Sadiq (ə): «Üç nəfərdən başqa heç kəs, ömürlük həbsə məhkum olunmaz: birisini başqası tərəfindən öldürülənədək tutub-saxlayan şəxs; mürtəd olan (öz dinindən dönən) qadın, əli və ayağı kəsilmiş oğru». (Mən lə yəhzuruhul-fəqih, c.3, səh.31, hədis 3264) 438. Həddi icra etdikdən (cəza verdikdən) sonra həbsdə saxlamaq və həqiqətin aydınlaşması 1368. İmam Əli (ə): «İmam kiməsə cəza verdikdən sonra onu həbs edərsə, bu zülm olar». (Təhzibul-əhkam, c.6, səh.314, hədis 870) 1369. İmam Əli (ə): «Həqiqəti bildikdən sonra həbs etmək zülmdür». (Mustədrakul-vəsail, c.17, səh.403, hədis 21672) 439. Məhbusun hüquqları 1370. «Dəaimul İslam»: «İmam Əli (ə) hər cümə günü məhbuslarla görüşərdi. Cəzası olanı cəzalandırar, cəzası olmayanı azad edərdi». (Dəaimul-İslam, c.2, səh.443, hədis 1544) 1371. İmam Sadiq (ə): «İmam, borcunu ödəmədiyinə görə həbsə düşmuş məhbusları cümə və bayram günləri namaz qılmaq, görüşmək üçün bir neçə məmurun nəzarəti altında həbsxanadan kənara buraxmalı, namaz və görüş qurtardıqdan sonra onları yenidən həbsxanaya qaytarmalıdır». (Mən lə yəhzuruhul-fəqih, c.3, səh.31, hədis 3265) 440. Müttəhimin həbsi 1372. İmam Əli (ə): «Qətldə ittiham olunmaqdan başqa, heç bir ittiham üçün həbs yoxdur». (Mustədrakul-vəsail, c.17, səh.403, hədis 21672) 1373. Bəhz ibn Həkim babasından nəql edir: «Allahın Peyğəmbəri (s) ittiham olunan bir şəxsi həbs etmişdir». (Sunənu əbi Davud, hədis 3630) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 921 | Rating: 0.0/0 |
Total comments: 0 | |