«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 10:16 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Həddlər

Həddlər
Mizanul-hikmət 
91. Həddlər
470. Hər şeyin həddi var
1439. İmam Baqir (ə): «Allah-Taala hər şeyə bir hədd və sərhədd, sərhəddi göstərmək üçün isə bir nişanə qoymuşdur. Bu həddi (sərhəddi) keçən şəxs üçün cəza (hədd) təyin etmişdir». (əl-Kafi, c.1, səh.59, hədis 2)
     471. Hüdud və cəzaların uzaqlaşdırılması
     1440. Allahın peyğəmbəri (s): «Bacardığınız qədər hədd və cəza tətbiqini müsəlmanlardan uzaqlaşdırın. Əgər müsəlman üçün bir çıxış və sığınacaq yeri tapsanız, onu azad buraxın. Çünki, imamın bağışlamaqda səhvə yol verməsi, səhvən cəzalandırmağından daha yaxşıdır».(Kənzul-ummal, hədis 12971) 
     1441. Allahın Peyğəmbəri (s): «Cəzaları şübhələrlə uzaqlaşdırın». (yəni, şəxsin cinayətkar olmasında tərəddüd, şübhə yarandıqda cəzanı (həddi) icra etməkdən çəkinin)». (Mən lə yəhzuruhul-fəqih, c.4, səh.74, hədis 5146)
     472. Cəzaların icra olunması
     1442. Allahın Peyğəmbəri (s): «İlahi cəzalardan birini (bir həddi) icra etmək, ilahi məmləkətlərə 40 gecə yağış yağmasından daha yaxşıdır». (Kənzul-ummal, hədis 14599)
     1443. Allahın Peyğəmbəri (s): «Yer üzündə bir (ilahi) cəzanın həyata keçirilməsi 60 il ibadətdən daha pakdır». (Mustədrəkul-vəsail,c.18, səh.9, hədis 21843)
     1444. İmam Sadiq (s): «Öz tayfa və qəbiləsinin adlı-sanlı nəslindən olan bir qadını oğurluq etdiyinə görə Peyğəmbərin yanına gətirdilər. Allahın Peyğəmbəri (s) əmr verdi ki, onun əlini kəssinlən. Qureyşdən bir dəstə adam Peyğəmbərin yanına gəlib ərz etdi: «Ey Allahın Rəsulu! Kiçik bir xətaya görə, onun kimi böyük nəsildən olan bir qadının əlini kəsirsən?» 
     Buyurdu: «Bəli. Sizin ata-babalarınız belə işlərə görə məhv oldular. Onlar cəzanı və hüdudu yalnız çarəsizlərə qarşı tətbiq edirdilər. Öz güclüləri və kübarlarıyla heç bir işləri yox idi. Buna görə də, məhv oldular». (Mustədrəkul-vəsail, səh.7, hədis 21834) 
     473. Cəzada nə vasitəçilik, nə zəmanət (Zəmanət-yəni, cəzalandırılmış şəxs üçün zamin durmaq), nə də and qəbul olunar
     1445. Allahın Peyğəmbəri (s): «Öz vasitəçiliyi ilə ilahi cəzanın icra olunmasına mane olan kəs, vasitəçiliyini geri götürənə qədər həmişə Allahın qəzəbi altında olacaq».(Kənzul-ummal, hədis 43837)
     1446. Allahın Peyğəmbəri (s): «Cəzalandırmada (həddə) nə vasitəçilik, nə zəmanət və nə də, and qəbul olunur». (Mən la yəhzuruhul-fəqih, c.4, səh.74, hədis 5146)
     1447. İmam Əli (ə): «Cəzanın heç bir növündə zəmanət yoxdur». (Mustədrakul-vəsail, c.13, səh.439, hədis 15846)
     1448. «Müstədrəkül-vəsail»: «İmam Sadiq (ə) atasından, ata-babasından, Peyğəmbərdən (s) nəql edir ki, o Həzrət cəzalandırmada (hüdudda) şəfaləti qadağan etmişdir. İmam (ə) buyurur: «Hər kəs ilahi cəzalardan birinin icra olunmaması üçün vasitəçilik etsə və cəzaların ləğv olunmasına çalışsa, Allah-Taala Qiyamət günü ona əzab verər». (Mustədrəkul-vəsail, c.13, səh.439, hədis 15846)
     474. Cəzanın təxirə salmağın qadağan olması
     1449. İmam Baqir (ə): «Bir kişinin zina etdiyi barədə üç nəfər şəhadət verdi. Əmirəl-möminin (ə) buyurdu: «Dördüncü şahid haradadır?» Dedilər: «İndi gəlir» Həzrət (ə) buyurdu: «Bu üç nəfərə hədd vurun (cəzalandırın). Çünki, cəza bir an da olsun, təxirə salınmamalıdır». (əl-Kafi, c.7, səh.210, hədis 4)
     475. Həddi aşmağın qadağan olması
     Quran: 
     «Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın. Allahın hüdudlarından kənara çıxanlar, Əlbəttə, zalımlardır». (Bəqərə surəsi, ayə 229)
     Hədis:
     1450. Allahın Peyğəmbəri (s): «(Qiyamət günü) Hökmündə bir şallaq az cəza (hədd) təyin edən hakimi gətirərlər. O deyər: «Ey Allahım! Sənin bəndələrinə ürəyim yandığı üçün belə etmişəm». Allah-Taala ona buyurar: «Məgər sən onlara Məndən daha ürəyi yanansan?» Bu vaxt əmr verilər ki, onu oda atsınlar. Sonra bir şallaq çox vuranı gətirərlər. O da deyər: «Onları günahlardan çəkindirmək üçün bir şallaq çox vurmuşam. Onun da oda atılmasına əmr verilər». (Mustədrəkul-vəsail, c.8, səh.37, hədis 21948)
     1451. İmam Baqir (ə): «Əmirəl-möminin (ə) Qəmbərə əmr etdi ki, bir kişiyə şallaq (həddə) vursun. Qəmbər əsəbindən üç şallaq çox vurur. Əli (ə) Qəmbərə üç şallaq vurmaqla onu qisas edir». (əl-Kafi, c.7, səh.260, hədis 1)
     476. Günahın paklanmasında cəzanın icrasının rolu
     1452. Allahın Peyğəmbəri (s): «Günah edən şəxsə, həmin günahın cəzası tətbiq olunarsa, bu onun kəffarəsidir». (Kənzul-ummal, hədis 12964)
     1453. İmam Əli (ə): «Allah-Taala bu dünyada mömin bəndəyə cəza verərsə, Qiyamət günü onu yenidən cəzalandırmaqdan daha rəhimli və daha böyükdür». (Tuhəful-uqul, səh.214)
     477. Cəzalandırılmış şəxsi təhqir etməyin qadağan olması
     1454. «Tənbihul-xəvatir»: «Allahın Peyğəmbəri (s) bir zinakar kişini daşqalaq etdi». Bir nəfər öz dostuna dedi: «O, it kimi öldü». Allahın Peyğəmbəri (s) həmin bu iki nəfərlə murdar bir leşin yanından keçəndə onlara buyurdu: «Dişlərinizlə bu leşdən bir tikə qoparın». Ərz etdilər: «Ey Allahın Rəsulu! Allahın salamı olsun sənə, leşi dişimizə götürək?» Buyurdu: «Qardaşınızdan qopardığınız tikə bu leşdən daha üfunətlidir».(Tənbihul-xəvatir, c.1, səh.116)
     1455. Əbdürrəhman ibn Əbi Leyla: «Əli (ə) bir kişiyə cəza (hədd) tətbiq etdi. Xalq həmin şəxsə təhqiramiz sözlər deyib Lənətləməyə başladı. Əli (ə) buyurdu: «O, öz günahına görə daha sorğu-sual olunmayacaq». (Kənzul-ummal, hədis 14002)
     478. Cəzalandırılmış (şallaq vurulmuş) şəxs üçüncü dəfə qətlə yetirilməlidir
     1456. İmam Kazim (ə): «Böyük günah etdiklərinə görə iki dəfə cəzalandırılmış (şallaq vurulmuş) şəxslər üçüncü dəfə öldürülməlidir». (əl-Kafi, c.7, səh.191, hədis 2) 
     479. Təzir (Təzir-cəzanın bir növüdür. Təzirdə tərbiyələndirmək məqsədi ilə, şallaq vurular)
     1457. Həmmad ibn Osman: «İmam Sadiqdən (ə) təzir barədə soruşdum. Buyurdu: «Həddən bir qədər azdır». Ərz etdim: «Səksən şallaqdan azdır?» Buyurdu: «Qulun cəzası (hədd) olan qırx şallaqdan azdır». Ərz etdim: «Nə qədərdir?» Buyurdu: «O hakimin nəzərindən asılıdır, şəxsin təqsirini (cinayəti) və bədəninin qüdrətini nəzərə almalıdır».(İləluş-şəraye, səh.538, hədis 4)
     1458. İmam Sadiq (ə): «Təzirin həddi nə qədərdir?» sualının cavabında: «On şallaqdan, iyirmi şallağa qədər». (əl-Kafi, c.7, səh.240, hədis 1) (Tuhəful-uqul, səh.214)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Həddlər | Added by: IslamQadini (2011-05-24)
Views: 999 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]