Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Hərislik |
Hərislik
Mizanul-hikmət 95. Hərislik 494. Hərislik 1491. İmam Əli (ə) (Hərislik nədir?-sualının cavabında) «Çoxu əldən verməklə azı əldə etmək». (Biharul-ənvar, c.73, səh.167, hədis 31) 1492. İmam Əli (ə): «Hərislik əbədi əziyyətdir».(Ğurərul-hikəm, hədis 982) 1493. İmam Əli (ə): «Hərislik mərdliyə ləkə gətirər».(Ğurərul-hikəm, hədis 1107) 1494. İmam Əli (ə): «Hərislik dərdin miniyidir».(Ğurərul-hikəm, hədis 280) 495. Həris 1495. İmam Əli (ə): «Hansı zəlillik daha pisdir?» sualına cavab olaraq buyurur: «Dünyaya hərislik».(Əmali, Şeyx Səduq, səh.322, hədis 4) 1496. İmam Əli (ə): «Həris əsarətin buxovlarından heç vaxt xilas ola bilməyən çarəsiz bir əsirdir». (Ğurərul-hikəm, hədis 1370) 1497. İmam Əli (ə): «Ruzi bölünmüşdür, həris isə məhrumdur». (Ğurərul-hikəm, hədis 96) 1498. İmam Əli (ə): «Həris bütün dünyaya malik olsa belə möhtacdır». (Ğurərul-hikəm, hədis 1753) 1499. İmam Əli (ə): «Həris olan kimsə özünü bədbəxtlik və əziyyət uçurumuna atmışdır». (Ğurərul-hikəm, hədis 7723) 1500. İmam Əli (ə): «Həris qane olmaz». (Ğurərul-hikəm, hədis 365) 1501. İmam Əli (ə): «Hərislik ruzini artırmaz, əksinə məqamı və qədir-qiyməti yerə vurar». (Ğurərul-hikəm, hədis 1877) 1502. İmam Hüseyn (ə): «Nə iffət ruziyə mane olar, nə də hərislik ruzini artırar. Çünki ruzi bölünmüşdür və mütləq əcəldir. Hərislik etmək isə günah istəməkdir». (Əlamud-din, səh.428) 1503. İmam Baqir (ə): «Dünya hərisi olan kimsənin hekayəti barama (ipək) qurdunun hekayətidir. Öz üzərinə nə qədər çox ipək toxuyursa, bir o qədər onun pilədən çıxmaq imkanı azalar və nəticədə qəm-qüssədən ölər». (əl-Kafi, c.2, səh.316, hədis 7) 1504. İmam Sadiq (ə): «Əmirəl-möminin (ə) buyururdu: «Ey Adəm övladı! Əgər dünyadan, sənə kifayət etdiyi qədərini istəsən, dünyanın ən azı bir şeyi sənə bəs edər. Ancaq kifayət etdiyindən çoxunu istəsən, bütün dünya da sənə bəs etməz». (əl-Kafi, səh.138, hədis 6) 496. Hərisliyin kökü 1505. Allahın Peyğəmbəri (s): «Ey Əli! Bil ki, qorxaqlığın, simiclik və hərisliyin təbiəti birdir və onların kökü (Allaha) bədgüman olmaqdır». (İləluş-şəraye, səh.559, hədis 1) 1506. İmam Əli (ə): «Həqiqətən, Adəm övladı ona qadağan olunmuş şeyə hərisdir».(Kənzul-ummal, hədis 44095) 1507. İmam Əli (ə): «Çox hərisliyin və xəsisliyin bünövrəsi Allaha şəkk və az etimad etmək üzərində qurulmuşdur». (Ğurərul-hikəm, hədis 6195) 1508. İmam Əli (ə): «Çox hərislik gözüdoymazlıqdan və dinin zəifliyindən irəli gəlir».(Ğurərul-hikəm, hədis 5772) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 940 | Rating: 0.0/0 |
Total comments: 0 | |