«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2019-10-17, 6:00 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Haqq

Haqq
Mizanul-hikmət 
108. Haqq
545. Haqq
Quran: 
     «Biz haqqı batilin başına çırparıq ki, onu para-para etsin. Batil məhv olub aradan gedəndir. Allaha aid etdiyiniz şeylərə görə vay olsun sizlərə». (Ənbiya surəsi, ayə 18)
     Hədis: 
     1652. İmam Əli (ə): «Haqq ən güclü dayaqdır».(Ğurərul-hikəm, hədis 716)
     1653. İmam Əli (ə): «Agah olun! Haqq sahiblərinin, onları minərək cilovlarını öz əllərinə aldığı ram olunmuş miniklərdir. Sonra bu miniklər öz suvarilərini sakitcə və təmkinlə geniş bir kölgəliyə çatdırdılar». (Nəhcüs-Səadə, c.3, səh.294)
     1654. İmam Əli (ə): «Hər kəs haqqdan qeyri bir izzət axtararsa zillətə düşər və kim haqqa inadkarlıq edərsə xar olar». (Tuhəful-uqul, səh.95)
     1655. İmam Əli (ə): «Haqqa qarşı çıxan elə bir batil yoxdur ki, haqq ona qalib gəlməsin. Allah-Taala da buyurmuşdur ki, «əslində haqqı batilin başına çırparıq ki, onu para-para etsin…». (Biharul-ənvar, c.5, səh.305, hədis 24)
     1656. İmam Sadiq (ə): «İzzət və hörmət odur ki, haqqla üz-üzə gələndə onun qarşısında baş əyəsən». (Biharul-ənvar, c.78, səh.228, hədis 105)
     546. Haqqın ağırlığı
     Quran: 
     «Biz sizin üçün haqqı gətirdik, amma çoxunuz haqqı xoşlamırsınız». (Zuxruf surəsi, ayə 78)
     Hədis: 
     1657. İmam Əli (ə): «Həqiqətən, haqq ağır, amma safdır. Batilsə yüngül və asan olsa da, öldürəndir». (Nəhcül-bəlağə, hikmət 376)
     1658. İmam Baqir (ə): «Atam Əli ibn Hüseynin (ə) vəfat anı çatanda, məni bağrına basıb buyurdu: «Oğlum! Mən indi sənə atamın dünyadan köçərkən mənə etdiyi tövsiyyəni tövsiyyə edirəm. Atam həmin şeylərin də ona öz atasının tövsiyyə etdiyini buyurmuşdur: «Oğlum, hərçənd acı olsa da, haqqa səbr et». (Biharul-ənvar, c.70, səh.184, hədis 52)
     547. Özünə ziyan olsa da haqqı deməyin gərəkliliyi
     1659. Allahın Peyğəmbəri (s): «Ən təqvali insan onun xeyrinə və ya ziyanına olmasından asılı olmayaraq haqqı deyəndir». (Əmali, Şeyx Səduq, səh.27, hədis)
     1660. İmam Əli (ə): «Həzrət Rəsulun (s) qılınclarından birinin dəstəyində belə yazılmışdır: «Haqqı de, hərçənd özünə qarşı olsa da». (Biharul-ənvar, c.74, səh.157, hədis 2)
     1661. İmam Əli (ə): «Allah yanında ən üstün insan odur ki, haqq onunçün zərərli və qüssəli, batilsə mənfəətli və artımlı olsa da, haqqa əməl etməyi batilə əməl etməkdən çox sevsin». (Nəhcül-bəlağə, xütbə 125)
     1662. İmam Kazim (ə): «Sənin məhvinə səbəb olsa da haqqı de. Çünki, sənin nicatın ondadır… və batildən imtina et, hərçənd sənin nicatın onda olsa belə. Çünki, (əslində) sənin məhvin ondadır». (Tuhəful-uqul, səh.408)
     548. Şad və qəzəbli halda haqqı demək
     1663. Allahın Peyğəmbəri (s): «Ehey! Məbada kimsə haqqı bilə və xalqın qorxusundan onu deməyə. Bilin ki, ən üstün cihad zalım və yolunu azmış rəhbərin qarşısında deyilən haqq sözüdür». (Kənzul-ummal, hədis 43588)
     1664. İmam Əlinin (ə) oğlu Hüseynə (ə) tövsiyyələrindən: «Sənə dövlətli və yoxsul vaxtında Allahdan qorxmağı, şad və qəzəbli olanda da haqqı deməyi tövsiyə edirəm».(Tuhəful-uqul, səh.88)
     549. Haqqı qəbul etmək
     1665. Allahın Peyğəmbəri (s): «Haqqı sənə gətirən hər bir kəsdən- istər kiçik olsun, istərsə də böyük sənin düşmənin olmuş olsa belə, qəbul et. Batili də kiçik və böyüklüyündən asılı olmayaraq hər kim demiş olsa da özünə qaytar, hərçənd dostun olmuş olsa belə». (Kənzul-ummal, hədis 43152)
     550. Haqqı tanımağın meyarı
     1666. İmam Əli (ə): «Haqq şəxsiyyətlərlə tanınmır. Haqqın özünü tanı ki, onun yolçularını da tanıyasan». (Məcməul-bəyan, c.1, səh.211)
     551. Haqq ikitərəflidir
     1667. İmam Əli (ə): «Haqqın dairəsi təsvirdə və sözdə ən geniş şey, amma əməldə dairələrin ən darısqalıdır. Heç kimsə, onun da üzərində kiminsə haqqı olmasa, haqqa sahib deyil. Onun üzərində də onun başqası üzərində haqqı olanından qeyri bir haqq yoxdur. Əgər kimsənin haqqa sahib olması, ancaq onun üzərində heç bir haqq olmaması lazım olsaydı, bu yalnız Pak olan Allah olardı». (Nəhcül-bəlağə, xütbə 216)
     1668. İmam Əli (ə): «Bir kəsin haqqına riayət və hörmət olunması, haqqın ona tətbiqinə mane olmaz». (Ğurərul-hikəm, hədis 10328)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Haqq | Added by: IslamQadini (2011-05-24)
Views: 1434 | Rating: 2.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]