«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 11:28 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Haram

Haram
Mizanul-hikmət 
96. Haram
497. Haramlardan çəkinmək
1509. İmam Əli (ə): «Əgər kəramət və alicənablıq istəyirsənsə, haramlardan uzaqlaş». (Ğurərul-hikəm, hədis 4069)
     1510. İmam Əli (ə): «Ən gözəl əxlaqi xüsusiyyət haramlardan çəkinməkdir». (Ğurərul-hikəm, hədis 9382)
     1511. İmam Əli (ə): «Əgər Allah-Taala nalayiq işləri qadağan etməsəydi, belə ağıllı insan yenə də onlardan çəkinməliydi». (Ğurərul-hikəm, hədis 7595)
     498. Haram yemək
     1512. Allahın Peyğəmbəri (s): «Haram yeyərək ibadət etmək qumun və ya başqa sözlə desək, suyun üzərində bina tikməyə bənzəyir». (İddətud-Dai, səh.141)
     1513. Allahın peyğəmbəri (s): «Bir tikə haramdan imtina etmək Allaha iki min rirət müstəhəbb namaz qılmaqdan daha xoş gəlir». (Tənbihul-xəvatir, c.2, səh.120)
     1514. İmam Baqir (ə): «İnsan haram mal əldə edərsə, nə onun həcci, nə ümrəsi, nə də sileyi-rəhmi qəbul olunmaz, hətta onun evlənməyinə və ailə həyatına da pis təsir göstərər». (Əmali,Tusi, səh.680, hədis 1447 )
     1515. İmam Sadiq (ə) «etdikləri əməlləri araşdıracağıq və hamısını toz zərrələri kimi küləyə sovuracağıq» ayəsi haqda buyurur: «Allaha and olsun, onların əməlləri Misir kətanından ağ olsa da, haramla üz-üzə gələndə ondan imtina etməzdilər». (əl-Kafi, c.2, səh.81, hədis 5)
     499. Haram iş görməyə imkanı olduğu halda onu tərk edənin savabı
     1516. Peyğəmbər (s): «Haram qadın və ya kəniz ilə yaxınlıq etmək imkanı yaranan zaman Allah qorxusundan bu işdən çəkinənə Allah-Taala Cəhənnəm odunu haram edər, (Qiyamət günü) böyük qorxudan amanda saxlayar və Cənnətə daxil edər». (Səvabul-əmal, səh.334, hədis 1)
     1517. Allahın Peyğəmbəri (s): «Haram bir iş görməyə imkanı olan şəxs yalnız Allahdan qorxduğuna görə bu işdən imtina edərsə, əvəzində Allah-Taala ona axirətdən əvvəl, elə bu dünyada daha yaxşısını bəxş edər». (Kənzul-ummal, hədis 43113)
     1518. İmam Kazim (ə): «Süffə əhli Peyğəmbərin (s) qonağı idilər. Onlar öz ev-eşiklərini tərk edib Mədinəyə hicrət etmişdilər. Allahın Peyğəmbəri (s) dörd yüz nəfər olan həmin kişiləri məscidin həyətində yerləşdirmişdi. O Həzrət (s) hər səhər və axşam onların yanına gedib salam verirdi. Bir gün onların yanına gələndə görür ki, biri ayaqqabısını yamayır, digəri paltarına yamaq vurur, bir dəstəsi də paltarlarının bitini təmizləyir. 
     Allahın Rəsulu (s) hər gün onlara bir müd (müd-çəki ölçü vahididir-750 qrama bərabərdir) xurma verirdi. Onların arasından bir kişi qalxıb ərz etdi:«Ey Allahın Rəsulu! Bizə verdiyin xurma mədəmizi yandırdı». Allahın Peyğəmbəri (s) buyurdu: «Bilin ki, əgər dünyanı sizə yedizdirə bilsəydim, bu işi görərdim. Amma məndən sonra sizlərdən sağ qalanlar səhər və axşam doyunca yemək yeyəcəklər. Hər biriniz səhər bir köynək, axşam başqasını geyinəcək və evlərinizi Kəbə evi kimi ucaldıb, bəzəyəcəksiniz». 
     Bir kişi qalxıb dedi: «Ey Allahın Rəsulu! Mən belə günün arzusundayam! O gün nə vaxt gələcək?» Buyurdu: «Sizin bu gününüz həmin zamandan daha yaxşıdır. Əgər siz qarınlarınızı halalla doldursanız, çox güman ki, onu haramla da doldurarsınız».(Mustədrakul-vəsail, c.2, səh.56, hədis 13499)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Haram | Added by: IslamQadini (2011-05-24)
Views: 1010 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]