«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 11:20 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Hesab-kitab

Hesab-kitab
Mizanul-hikmət 
100. Hesab-kitab
514. Hesab-kitab
1570. Allahın Peyğəmbəri (s): «Agah olun! İndi siz elə bir gündə yaşayırsınız ki, əməl vaxtıdır və burada hesab-kitab yoxdur. Tezliklə elə bir günə çatacaqsınız ki, orada hər şeyin hesabı sorulacaq və əməl olmayacaq».(Əlamud-Din, səh.345)
     1571. İmam Əli (ə): «Haqq-hesaba yetişmək cəzadan əvvəldir, mükafat isə haqq-hesabdan sonra». (Ğurərul-hikəm, hədis 380)
     515. Nəfsin sorğu-sualına həvəsləndirmək
     Quran: 
     «Ey iman gətirənlər! Allahdan qorxun və hər kəs öz sabahı üçün nə hazırladığına baxsın. Allahdan qorxun ki, Allah etdikləriniz əməllərdən agahdır». (Həşr surəsi, ayə 18)
     Hədis: 
     1572. Allahın Peyğəmbəri (s): «Sizdən haqq-hesab soruşulmamış nəfsinizdən haqq-hesab çəkin, sizləri (əməllərinizi) ölçməmişdən əvvəl öz nəfsinizi tərəziyə qoyun və o böyük haqq-hesab gününə hazırlaşın». (Biharul-ənvar, c.70, səh.73, hədis 26)
     1573. İmam Əli (ə): «Öz nəfslərinizi hesab-kitabla (ipilə) bağlayın və ona (nəfsə) qarşı çıxmaqla cilovunu öz əlinizə keçirin». (Ğurərul-hikəm, hədis 6794)
     1574. İmam Səccad (ə): «Ey Adəm övladı! Özün-özünə vaiz olduğun və öz nəfsinin sorğu-sual etdiyin vaxta qədər həmişə xeyir-bərəkət içində yaşayacaqsan». (Tuhəful-uqul, səh.280)
     1575. İmam Kazim (ə): «Hər gün öz nəfsinin hesabına yetişməyən kəs bizdən deyil. Hər kəs baxsın, əgər yaxşı bir əməl edibsə, ondan daha çoxunu əməl etmək üçün Allahdan uğur diləsin və buna görə Allaha şükr etsin. Əgər bir pis iş görübsə, Allahdan bağışlanmağını istəsin və tövbə etsin». (əl-İxtisas, səh.26)
     516. Nəfsi sorğu-sual etməyin səmərəsi
     1576. İmam Əli (ə): «Öz nəfsini sorğu-sual edən şəxs öz eyblərindən agah olar, günahlarını başa düşər, (yaxşılıq etməklə) onların əvəzini ödəyər və eyblərini aradan götürər». (Ğurərul-hikəm, hədis 8927)
     1577. İmam Əli (ə): «Öz nəfsinin hesabına yetişən şəxs mənfəət götürər, amma ondan (nəfsindən) qafil olan ziyana uğrayar və hər kəs qorxarsa, amanda qalar». (Biharul-ənvar, c.70, səh.73, hədis 27)
     1578. İmam Əli (ə): «Öz nəfsinin hesabına yetişən şəxs xoşbəxt olar». (Müstədrakul-vəsail, c.12, səh.154, hədis 13761)
     517. İnsandan soruşulan ilk şey
     1579. Allahın Peyğəmbəri (s): «Bəndədən soruşulacaq ilk şey biz Əhli-Beytin məhəbbəti olacaq». (Uyuni-əxbari Rza (ə), c.2, səh.62, hədis 258)
     1580. İmam Sadiq (ə): «Bəndə Allah-Taala qarşısında dayanan zaman ondan soruşulacaq birinci sual vacib namazlar, vacib zəkat, vacib oruc, vacib həcc və biz Əhli-Beytin vilayəti barədə olacaq. Əgər bizim vilayətimiz və məhəbbətimizi etiraf edərək bu dünyadan gedərsə namazı, orucu, zəkatı və həcci qəbul olunacaq». (Əmali, Şeyx Saduq, səh.212, hədis 10)
     518. Barəsində sorğu-sual olmayacaq şey
     1581. Allahın Peyğəmbəri (s): «Qiyamət günü, Allah yolunda sərf olunan nemətlərdən başqa hər bir nemət barədə sorğu-sual olacaq». (Biharul-ənvar, c.7, səh261, hədis 10)
     1582. İmam Əli (ə): «Hər kəs, xörək yeyən vaxt Allahın adını çəkərsə, heç vaxt o təamın neməti barədə sorğu-sual olunmayacaq». (Əmali, Şeyx Səduq, səh.246, hədis 13)
     1583. İmam Baqir (ə): «Bəndə üç şey barədə sorğu-suala çəkilməyəcək: özünün örtünməyi üçün istifadə etdiyi bir tikə parça, aclığını aradan götürmək üçün yediyi bir tikə çörək və onu isti-soyuqdan qoruyan ev». (Nurus-səqəleyn, c.5, səh.665, hədis 26)
     519. Barəsində sorğu-sual olunacaq şey
     1584. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndə dörd şey barədə sorğu-sual olunmayınca öz yerindən bir addım belə tərpənməyəcək: ömrünü nəyə sərf etməyi barədə, cavanlığını hansı yolda başa vurması haqda, malını hansı yolla qazanması və hansı yolda xərclədiyi və biz Əhli-Beytin məhəbbəti barədə». (əl-Xisal, səh.253, hədis 125)
     1585. İmam Sadiq (ə): - «O gün nemət barədə sorğu-sual ediləcəksiniz» ayəsi haqda- «Bu ümmət Allah-Taalanın ona bəxş etdiyi Allahın Rəsulunun vücudu (s) və sonra onun Əhli-Beytinin (ə) vücudunun neməti barədə sorğu-sual olunacaq». (Biharul-ənvar, c.7, səh.272, hədis 39)
     520. Qiyamət gününün hesabını asanlaşdıran şey
     1586. Allahın Peyğəmbəri (s): «Sənə verilən hər bir şeyə qənaət et ki, səninlə haqq-hesab olunanda işin asan olsun». (Əlamud-Din, səh.344)
     1587. Allahın Peyğəmbəri (s): «Əxlaqını gözəl et ki, Allah-Taala sənin hesabını yüngül etsin». (Biharul-ənvar, c.71, səh.383, hədis 20)
     1588. İmam Sadiq (ə): «Sileyi rəhm Qiyamət gününün hesabını asanlaşdırar». Sonra bu ayəni oxudu: «O kəslər ki, Allah-Taala birləşməyinə əmr verdiyi şeyləri birləşdirir, öz Rəbblərindən qorxur və (Qiyamət günündə) hesabın çətinliyindən ürəklərində xof vardır». (Biharul-ənvar, c.74, səh.102, hədis 54)
     521. İnsan kütlələri haqq-hesab günündə 
     1589. İmam Əli (ə): «Qiyamət günü camaat bir neçə dəstəyə bölünər: «Onların bəziləri qısa müddətdə haqq-hesab olunar və şad halda öz ailələrinin yanına qayıdarlar. Bəziləri (vücudlarında) dünyavi çirkabdan heç bir şey olmadığına görə haqq-hesab olunmadan Cənnətə daxil olar. Burda dünya çirkabına bulaşan orada haqq-hesaba çəkiləcək. Bəziləri də xurma çərdəyinin arxasının çalası və xurma ilə çərdəyi arasında olan nazik qabıq barədə (yəni, əməllərinin ən xırda cüziyyatı xüsusunda) sorğu-sual olunacaq və şölələnən əzab alovuna düşəcəklər». (əl-İhticac, c.7, səh.572, hədis 137)
     522. Haqq-hesabın çətin və sərt olması
     1590. İmam Sadiq (ə) «Hesab gününün çətinliyindən qorxurlar» ayəsi barədə buyurub: «Yaxşılıq və pisliklərinin dəqiq, hərtərəfli hesabı aparılacaq». (Biharul-ənvar, c.7, səh.266, hədis 26)
     523. Hesabları asan olan kəslər
     Quran:
     «Əməl naməsi sağ əlinə verilən kəsin hesabı asan olacaqdır». (İnşiqaq surəsi, ayə 7-8)
     Hədis:
     1591. İmam Baqir (ə): «Allahın Rəsulu (s) buyurdu: «Haqq-hesabı aparılan şəxs əzab çəkəcək». Bir nəfər o Həzrətə (s) ərz etdi: «Ey Allahın Rəsulu! Bəs, Allah-Taalanın bu sözü necə olsun: «….haqq-hesabları asan olacaq». Allahın Peyğəmbəri (s) buyurdu: «Bu təqdim etmək və vərəqləməkdir». (Sorğu-sual deyil.) (Məanil-əxbar, səh.262, hədis 1)
     524. Sorğu-sual olunmadan Cənnətə gedənlər
     Quran: 
     «De! Ey iman gətirən bəndələr! Öz Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edən kəslər üçün yaxşı mükafat vardır. Allahın yeri genişdir. Səbr edənlərin mükafatı hesabsız və bütünlüklə veriləcək». (Zümər surəsi, ayə 10)
     Hədis: 
     1592. Allahın Peyğəmbəri (s): «Allah-Taala buyurur: «Ey Mənim yolumda vuruşan və Mənim yolumda öldürülən, əziyyət çəkən və Mənim yolumda cihad edən bəndələrim, Cənnətə daxil olun». Sonra onlar əzab görmədən və sorğu-sualsız Cənnətə daxil olarlar». (Kənzul-ummal, hədis 16635)
     1593. İmam Səccad (ə): «Allah-Taala Qiyamət günü bütün insanları toplayanda carçının səsi eşidiləcək: «Hanı səbr edənlər, sorğu-sualsız hamılıqla Cənnətə daxil olsunlar… «Mələklər onlara deyərlər: «Siz kimsiniz?» Deyərlər: «Səbr edənlərik». Mələklər soruşarlar: «Siz nəyə səbr etmisiniz». Cavab verərlər: «Allaha itaət yolunda və günahlardan çəkinməkdə səbr etmişik». (Biharul-ənvar, c.82, səh.138, hədis 22)
     1594. İmam Səccad (ə): «Allah-Taala Qiyamət günü bütün insanları birincidən axırıncı nəfərədək bir yerdə cəm etdiyi zaman carçı qalxıb hamının eşidə biləcəyi səslə qışqırar: «Hanı, Allaha xatir məhəbbət bəsləyənlər?» Bu vaxt camaatın içindən bir dəstə insan ayağa qalxar. Onlara deyilər: «Sorğu-sualsız Cənnətə daxil olun». (Usulul Kafi, c.2, səh.126, hədis 8)
     1595. İmam Sadiq (ə): «Qiyamət günü xalqın içindən bir dəstə insan qalxıb Cənnətin qapısına gələcək və qapını döyəcək. Onlardan soruşacaqlar. «Siz kimsiniz?» Deyəcəklər:«Biz yoxsullarıq». Deyiləcək: «Sorğu-sual olmamış cənnətə daxil olmaq istəyirsiniz?» Cavab verərlər: «Bizə bir şey vermişdiniz ki, onun barəsində də sorğu-sual edəsiniz?» Sonra Allah-Taala buyurar: «Doğru deyirlər, Cənnətə daxil olun». (Usulul Kafi, c.2, səh.264, hədis 19)
     1596. İmam Sadiq (ə): «Allahın Rəsulu (s) buyurdu: «Əməl namələri açılan və tərəzilər qurulan zaman bəla görənlər üçün tərəzilər qurulmaz və əməl namələri açılmaz». Sonra bu ayəni oxudu: «Həqiqətən, səbr edənlərin mükafatı bütünlüklə veriləcək…» (Nurus-səqəleyn, c.4, səh.481, hədis 28)
     525. Sorğu-sual olunmadan Cəhənnəmə daxil olanlar 
     1597. Allahın Peyğəmbəri (s): «Allah-Taala yalnız Allaha şərik qoşanlardan bütün insanlarla hesab çəkəcək. Qiyamət günü onların sorğu-sual olunmadan Cəhənnəmə atılmaları əmr olunacaq». (Uyunul əxbari Rza (ə), c.2, səh.34, hədis 66)
     1598. Allahın Peyğəmbəri (s): «Altı dəstə, altı xasiyyətə görə sorğu-sualsız Cəhənnəmə gedəcək». Ərz olundu: «Ey Allahın Rəsulu! Allahın salamı olsun sənə, onlar kimlərdir?» Buyurdu: «Əmirlər (rəhbərlər) zülm etdiklərinə görə, ərəblər (qəbilə və nəsil) təəssübkeşliyinə görə, mülkədarlar təkəbbürə görə, tacirlər xəyanətə görə, kəndlilər cahilliyə görə və alimlər paxıllıqlarına görə». (Tənbihul-xəvatir, c.1, səh.127)
     1599. İmam Sadiq (ə): «Üç nəfəri Allah-Taala sorğu-sualsız Cəhənnəmə aparacaq:Yolunu azmış və zalım rəhbəri, yalan danışan taciri və zinakar qocanı». (əl-Xisal, səh.80, hədis 1)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Hesab-kitab | Added by: IslamQadini (2011-05-24)
Views: 1615 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]