«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-27, 6:10 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » İmam Cavad

İmam Cavad
Mizanul-hikmət 
27. İmam Cavad

152. O Həzrətin imaməti


533. Abdullah ibn Cəfər: «Mən Səfvan ibn Yəhya ilə imam Rzanın (ə) hüzuruna getdim. Hələ üç yaşı olan əbu Cəfər (orada) dayanmışdı. Dedim: «Allah bizi sizə fəda etsin! Allah eləməmiş, əgər sizin başınıza bir iş gəlsə sizdən sonra (imam) kim olacaq?» O Həzrət imam Cavada işarə edərək buyurdu: «Bu oğlum». Abdullah ibn Cəfər deyir: Mən dedim: «O, bu yaşda?!» Buyurdu: «Bəli, o, bu yaşda. Allah-Taala iki yaşlı İsa ilə dəlil-sübut gətirdi». (Biharul-ənvar, c.50,səh.35, hədis 23)
534.Yəhya Sənani: «Məkkədə imam Rzanın (ə) yanına getdim. Gördüm ki, o Həzrət bananın qabığını soyub əbu Cəfərin (ə) (imam Cavadın) ağzına qoyur. Dedim: «Qurban olum, sizin əziz övladınız elə budur?» Buyurdu: «Bəli. O elə bir uşaqdır ki, İslamda bizim şiələrimiz üçün ondan bərəkətli bir uşaq doğulmayıb». (əl-kafi, c.6, səh.360, hədis 3)

153. İmam Cavadın(ə) fəzilətləri
535. Allahın Peyğəmbəri (s) Abdullah ibn Məsudun Hüseynin (ə) nəslindən olan imamlar barəsindəki sualının cavabında buyurmuşdur: «...Və Əlinin (Rzanın) nəslindən onun oğlu təriflənmiş Məhəmməd dünyaya gələcək və insanların yaradılış baxımından ən pakı və ən xoş əxlaqlısı olacaqdır». (Kifayətul-əsər, səh.84)
536. Abdullah ibn Səid: «Məhəmməd ibn Əli ibn Ömər ibn Tənuxi mənə dedi: «Məhəmməd ibn Əlini öküz ilə söhbət edən gördüm. Öküz də başını tərpədirdi». Dedim: «Yox (bu qəbul deyil), göstəriş ver öküz səninlə söhbət etsin». Həzrət buyurdu: «Bizə quşların dili öyrədilib və bizə hər bir şey verilib». Sonra (öküzə xitab edərək) buyurdu: «La ilahə illəllah vəhdəhu la şərikə ləh de». Və öküzün başına əl çəkdi. Həmin vaxt öküz dedi: «La ilahə illəllah vəhdəhu la şərikə ləh». (Dəlailul-İmamə, səh.211)
537. Əli ibn Həssan Vasiti: «İsfahanda düzəldilmiş və bəzi hissələri gümüşdən olan bir aləti özümlə götürdüm və dedim ki, onu mövlam əbu Cəfərə hədiyyə edərəm. Həzrət hamının cavabını verdikdən və onlar dağlışdıqdan sonra, özü də durub getdi. Mən onun arxasınca yola düşdüm və yolda cənab Müvəffəq ilə rastlaşdım. Ona dedim ki, əbu Cəfərdən mənə, hüzuruna getmək üçün icazə al. Sonra, o Həzrətin hüzuruna getdim və salam verdim. Çöhrəsində narazılıq əlaməti olan halda salamımın cavabını verdi və əyləşdi. Həzrətə yaxınlaşdım və qolumda olanı onun qarşısında qoydum. Qəzəblə mənə baxdı və sonra sağ və sola nəzər salıb buyurdu: «Allah məni bu işlər üçün yaratmayıb. Mənim oynamaqla nə işim var?!» Mən o Həzrətdən üzr istədim. O məni bağışladı və mən həmin aləti götürüb çölə çıxdım». (Dəlailul-İmamə, səh.212)
538. Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman deyir: «Mən Bağdada getdim və ora çatanda camaatın qaçıb nəyəsə baxaraq dayandığını gördüm». Soruşdum: «Nə olub?» Dedilər: «Rzanın oğludur». Dedim: «Mən onu görməliyəm». O dişi (və ya erkək) bir qatırın üstündə göründü. Öz-özümə dedim: «Allah Lənət etsin imamət etiqadı sahiblərinə ki, Allahın bu kişinin itaətini vacib etməsini deyirlər». O mənə tərəf dönüb dedi: «Ey Qasim ibn Əbdürrəhman: «Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Onda biz haqq yoldan azmış və dəlilik etmiş olarıq». (Qəmər surəsi /24) Mən öz-özümə dedim: «Vallah o cadugərdir». Yenə mənə tərəf dönüb dedi:«məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir». (Qəmər surəsi /25) Qasim deyir: «Mən qayıtdım və imamətə etiqad bəslədim və şəhadət verdim ki, o Allahın yaratdıqlarına qarşı dəlil və höccətidir və ona etiqad bəslədim». (Kəşful-Ğummə, c.3, səh.153)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: İmam Cavad | Added by: IslamQadini (2010-06-03)
Views: 1089 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]