«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 1:50 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » İmam Hadi

İmam Hadi
Mizanul-hikmət  
28. İmam Hadi

154. O Həzrətin imaməti


İmam Cavad (ə): «Məndən sonra imam, oğlum Əlidir, onun sözü mənim sözümdür və ona tabe olmaq mənə tabe olmaqdır. Ondan sonra imamət onun oğlu Həsənə çatır». (Biharul-ənvar, c.50, səh.118, hədis 1)

155. İmam Hadinin fəzilətləri
540. Kitabul-vahidə: Qardaşım Hüseyn ibn Məhəmməd mənə nəql edərək dedi: «Bir dostum var idi və o, Bəğanın və ya Vəsifin (tərəddüd məndəndir) uşaqlarının müəllimi idi. O mənə dedi: «əmir xəlifənin sarayından qayıdarkən mənə dedi: əmirəl-möminin bu gün İbn Rza deyilən bu şəxsi zindana saldı və onu Əli ibn Kərkərə tapşırdı. Onun belə deməsini eşitdim ki: «Mən Allah yanında Salehin dəvəsindən də əzizəm, «evinizdə daha üç gün yaşayıb kef çəkin. Bu yalan çıxmayacaq bir vəddir». Həzrətin bu ayə və sözdən məqsədinin nə olmasını başa düşmədim. Dostum dedi: «əmirimə dedim: Allah izzətini artırsın, o hədələyib. Görərsən üç gündən sonra bir hadisə baş verəcək». (Biharul-ənvar, c.50, səh.189, hədis 1)
Həmin günün səhərisi xəlifə İbn Rzanı azad etdi və ondan üzr istədi. Üçüncü gün Yağiz, Yəğlun və Tamiş bir dəstə adamla xəlifəyə qarşı üsyan etdilər, onu öldürdülər və oğlu Müstənsiri onun yerində oturtdular».
541. Kəşful-ğummə: «İsfahan əhalisindən bir dəstə, o cümlədən Əbulabbas Əhməd ibn Nəsr və əbu Cəfər Məhəmməd ibn Ələviyyə nəql edirlər ki: «İsfahanda Əbdürrəhman adında bir şiə kişi var idi. Ondan soruşdular ki: «Nə üçün camaatın içində başqasına deyil məhz Əliyyən Nəqinin imamətinə etiqad bəsləyirsən?» Dedi: «Buna mənim rastlaşdığım bir iş səbəb oldu. Mən yoxsul, eyni zamanda çox danışan və cürətli bir şəxs idim. Bir il İsfahan əhalisi məni bir dəstə adamla birlikdə xəlifənin sarayına şikayətə göndərdi. Xəlifənin yanında ikən Əli ibn Məhəmməd ibn Rzanın çağırılması göstərişi verildi. Orada olanlardan birinə dedim: «Çağırılan şəxs kimdir?» Dedi: «O, ələvidir və rafizilər onun imamətinə etiqad bəsləyirlər». Sonra dedi:«Məncə Mütəvəkkil onu öldürmək üçün çağırtdırıb». Dedim: «Mən bu şəxsin necə adam olmasını görməyincə yerimdən tərpənən deyiləm». O, at ilə gəldi. Camaat yolun sağ və sol tərəflərində sıraya düzülmüşdü və ona baxırdı. Məhəbbəti qəlbimə düşdü. Buna görə də qəlbimdə dua edirdim ki: «Allah Mütəvəkkilin şərrini ondan uzaq etsin». O camaatın arası ilə hərəkət edirdi. Gözünü atının yalına dikmişdi və ətrafa baxmırdı. Mən dayanmadan ona dua edirdim. Mənə çatanda üzünü mənə tutub dedi: «Allah sənin duanı qəbul etdi və sənə uzun ömür bağışladı, mal-dövlətini və övladını artırdı». Həmin hadisədən sonra biz İsfahana qayıtdıq. Allah mənə o qədər sərvət verdi ki, evimin qapısını içində milyonlarla dirhəm dəyəri olan şeylər olduğu halda bağlayıram və (hələ) bu, evdən kənarda olan sərvətimdən əlavədir. On övlad da qismətim olub. Ömrümdən də yetmiş neçə il keçir. Əvvəlimdən xəbəri olan və Allahın mənim barəmdəki duasını qəbul etdiyi kəsin imamətinə etiqad bəsləməyimin səbəbi budur». (Kəşful-Ğummə, c.3, səh.179)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: İmam Hadi | Added by: IslamQadini (2010-06-03)
Views: 514 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]