«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-27, 1:58 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » İnqilab

İnqilab
Mizanul-hikmət 
59. İnqilab
313. Şərqdə Mehdinin zühurundan qabaq İslam inqilabının olması
1020. İmam Əli (ə): «Şərqdə camaat qiyam edəcək və Mehdinin hakimiyyətinə şərait yaradacaq». (Kənzul-ummal, hədis 38657)
     1021. Abdullah: «Peyğəmbərin yanında oturmuşduq və Qureyşdən olan bir neçə gənc oradan keçdi. Peyğəmbərin rəngi dəyişdi. Dedik: «Ey Allahın Peyğəmbəri! Biz həmişə sizin üzünüzdə xoşagəlməz və narahatedici bir hal görürük». Buyurdu: «Biz elə bir ailəyik ki, Allah bizim üçün dünyanın yerinə axirəti seçib. Məndən sonra mənim bu Əhli-Beytim bəla, didərginlik və sürgünə düçar olacaq, o vaxta kimi ki, burdan - əli ilə şərqə işarə etdi - bir qövm qara bayraqlarla qiyam edəcək. Onlar haqqı tələb edərlər, amma haqq, onlara verilməz. Onlar bir daha haqqı tələb edərlər, amma yenə də onlara verməzlər. Sonra döyüş və müqavimətə əl atarlar və nəhayət onların istədiklərini verərlər. Amma onlar onu mənim Əhli-Beytimdən dünyanı azğınlıq və ədalətsizliklə dolduğu kimi ədalətlə dolduran bir kişiyə verənə kimi qəbul etməzlər. Kim həmin qövmü görsə hətta qarın üzərində sürünməklə olsa belə onlara birləşsin». (ət-Təşrifu bil-minən, səh.314, hədis 445 )
     314. Əcəmlərin inqilabda rolu
     1022. Allahın Peyğəmbəri (s) (ərəblərə xitab edərək) farslar barəsində buyurmuşdur: «Siz Quranın nazil olmasının üstündə onlarla vuruşdunuz. Dünya sona çatmamış, onlar da Quranın təvili üstündə sizinlə vuruşarlar». (Biharul-ənvar, c.67, səh.174, hədis 7)
     1023. Allahın Peyğəmbəri (s): «Mütləq əmr be məruf və nəhy əz münkər edin. Yoxsa Allah əcəmi sizin üstünüzə göndərəcək. Onlar sizin boyunlarınızı vuracaq, qənimətlərinizi yeyəcək və qorxmaz şirlər olacaqlar». (ət-Təşrifu bil-minən, səh.95, hədis 59)
     1024. İmam Əli (ə): «Sanki əcəmi Kufə məscidində çadır qurmuş və Quranı camaata nazil olduğu kimi öyrədən görürəm». (əl-Ğeybə, Nomani, səh.318, hədis 5)
     315. Qum şəhərindən inqilab
     1025. İmam Sadiq (ə): «Elə bir dövr gələcək ki, Qum şəhəri və onun əhalisi digər insanlara dəlil olacaq. Həmin dövr bizim Qaimimizin (ə) qeybə çəkilməsindən Onun zühuruna kimi olacaq dövrdür. Əgər belə olmasaydı yer öz əhlini udardı. Mələklər bəlaları Qum şəhərindən və onun əhalisindən uzaqlaşdıracaqlar. Hansı zalım onlar barədə pis fikrə düşsə, zalımları məhv edən onu məhv edəcək». (Biharul-ənvar, c.60, səh.213, hədis 22)
     1026. İmam Sadiq (ə) Əffan Bəsriyə buyurmuşdur: «Bilirsən, nə üçün «Qum» deyiblər?» (Əffan deyir ki,) Ərz etdim: «Allah, onun Peyğəmbəri və siz daha yaxşı bilirsiniz». Buyurdu: «Qumu ona görə Qum adlandırıblar ki, oranın əhalisi Məhəmməd Əhli-Beytinin Qaiminin (salavatullah əleyh) ətrafına toplaşacaq, onunla birgə qiyam edəcək və onun yolunda müqavimət göstərib köməyinə çatacaq». (Biharul-ənvar, c.60, səh.213, hədis 38)
     1027. İmam Kazim (ə): «Qum əhalisindən bir kişi insanları haqqa dəvət edəcək və onun ətrafına dəmir parçaları tək insanlar toplaşacaq. Tufanlardan titrəməyəcək, vuruşmaqdan usanmayacaq və qorxu-hürkü bilməyəcəklər. Onlar Allaha təvəkkül edərlər və (gözəl) aqibət də pərhizkarlarındır». (Biharul-ənvar, c.60, səh.213, hədis 37)
     1028. Biharul-ənvar: «Şiələrdən biri deyir: «İmam Sadiqin (ə) yanında oturmuşduq və o Həzrət «onlardan birincisinin vaxtı gələndə üstlərinə bəndələrimizdən bir dəstə güclü cəngavərlər göndərdik. Onlar hətta evlərinin içində belə vuruşdular və bu vəd artıq yerinə yetirildi» ayəsini oxudu. Dedik: «Sənə fəda olaq, bunlar kimlərdir?» Üç dəfə buyurdu: «And olsun Allaha, onlar Qum əhlidirlər!» (Biharul-ənvar, c.60, səh.213, hədis 40)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: İnqilab | Added by: IslamQadini (2011-02-10)
Views: 1052 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]