«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 9:15 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » İnsan

İnsan
 
Mizanul-hikmət
35. İnsan

206. İnsanın kəramət və əzəməti

Quran:
«Biz, Adəm övladını şərəfli və hörmətli etdik, onları quruda və suda (münasib miniklərə) mindirdik, onlara gözəl və pak şeylərdən ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan üstün etdik». (İsra, ayə 70)
Hədis:

699. Allahın Peyğəmbəri (s): «Allah yanında heç nə Adəm övladından hörmətli deyil». Soruşdular:«Ey Allahın Peyğəmbəri, hətta mələklər?» Buyurdu: «Mələklər günəş və ay kimi məcburdurlar». (Kənzul-Ummal, hədis 34621)
700. Allahın Peyğəmbəri (s): «İnsandan başqa heç nə öz tayından min dəfə üstün deyil». (Kənzul-Ummal, hədis 34615)
701. İmam Sadiq (ə) Abdullah ibn Sənanın «mələklər üstündür yoxsa insan?» sualının cavabında buyurmuşdur: Əmirəl-möminin Əli ibn əbu Talib (ə) buyurmuşdur: «Allah mələklərdə ağıl qoyub, nəfsi istəklər qoymayıb, heyvanlarda nəfsi istəklər qoyub ağıl qoymayıb. Adəm övladında isə onların hər ikisini qoyub. Odur ki, ağlı nəfsi istəklərinə qalib gələn kəs mələklərdən də yaxşıdır, nəfsi istəkləri ağlına qalib gələn kəs isə heyvanlardan da pisdir». (Biharul-Ənvar, c.60, səh. 299, hədis 5)

207. İnsanın yaranmasının fəlsəfəsi
Quran:
«Mən cinləri və insanları Mənə ibadət etmələrindən başqa bir şey üçün yaratmamışam». (Zariyat, ayə 56)
«Əgər Rəbbin istəsəydi bütün insanları tək bir ümmət edərdi. Lakin onlar Rəbbinin rəhm etdiyi və bunun üçün yaratdığı kəslər istisna olmaqla, həmişə müxtəlif olacaqlar». (Hud, ayə 118, 119)
Hədis:

702. İmam Əli (ə): «Allahdan qorxmağa əmr edilmisiniz və (Allaha) itaət etmək üçün yaradılmısınız». (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.3, səh.108)
703. İmam Hüseyn (ə): «Camaat! Allah-Taala bəndələri yaratmışdır ki, Onu tanısınlar, Onu tanıyandan sonra Ona ibadət etsinlər və Ona ibadət etdikdən sonra başqasına ibadət etməyə ehtiyacları olmasın». Bir nəfər dedi: «Ey Allahın Peyğəmbərinin oğlu! Atam-anam sənə fəda olsun, Allahı tanımaq nədir?» Buyurdu: «(Allahı) tanımaq hər bir zəmanənin insanlarının itaəti vacib olan öz imamını tanımasıdır». (Biharul-Ənvar, c.23, səh.83, hədis 22)
704. İmam Sadiq (ə) dinsiz bir şəxsin «Allah yaratdıqlarına ehtiyacı olmaya-olmaya, onları yaratmağa məcbur olmadığı, bizi oyuncaq etmək Ona yaraşmadığı halda məxluqatı nə üçün yaratdı?» sualının cavabında buyurmuşdur: «O, məxluqatı öz hikmətini göstərmək, öz elmini yerinə yetirmək və öz tədbirini (həyata) keçirmək üçün yaratdı». (Biharul-Ənvar, c.10, səh.167, hədis 2)
705. İmam Sadiq (ə) «Onlar hələ də ixtilafdadırlar, Rəbbinin mərhəmət etdiyi kəslər istisnadır. Onları bunun üçün yaratmışdır» ayəsinin təfsirində buyurmuşdur: «Allah onları yaratdı ki, Onun rəhm və mərhəmətinə səbəb olan iş görsünlər və onlara rəhm etsin». (Nurus-Səqəleyn, c.2, səh.404, hədis 250)

208. İnsanın zəif və acizliyi
Quran:
«İnsan zəif yaradılmışdır». (Nisa, ayə 28)
Hədis:

706. İmam Əli (ə): «Yazıq Adəm övladı! Əcəli məxfi, xəstəliyi gizli, əməlləri isə yazılıb. Ağcaqanad incidir, boğazda qalan qurtum onu əldən salır və tər onu iyləndirir!» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.20, səh.62)

209. İnsanlıq meyarı
707. İmam Əli (ə): «İnsan(ın dəyəri) onun iki kiçik üzvü - qəlb və dili ilədir. Vuruşanda qəlbi ilə vuruşsun və danışanda aydın və yetərli danışsın». (Ğurərul-Hikəm, hədis 2089)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: İnsan | Added by: IslamQadini (2010-06-15)
Views: 955 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]