Main » Articles » Mizanul – hikmət (1-ci cild) » İcarə |
Mizanul – hikmət (Hedis)
İcarə
Quran: «Məgər Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünyada onların ruzilərini öz aralarında Biz bölüşdürürük. Biri o birinə iş gördürsün deyə birinin dərəcəsini digərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır.» «O iki qızın biri dedi:«Atacan! Onu muzdla çoban tut, çünki bu güclü və etibarlı adam muzdla tutduqlarının ən yaxşısıdır!» Hədis: 13.İmam Əli (ə): «Onların ruzilərini aralarında biz bölüşdürürük» ayəsi barəsində buyurub- «Pak və müqəddəs Allah bu ayə ilə bizə insanların dolanacaq yollarından birinin icarə olmasını xəbər verdi. Çünki, Allah öz hikməti əsasında insanları istək, əzmkarlıq və digər cəhətlərdən fərqli yaradıb və bu məsələni yaradılmışların dolanı¬şı¬ğı¬nın dayaq nöqtəsi edib. Ona görə də bir şəxs digərini (onun əmək qüv¬¬vəsini) icarə edir. . . . Əgər bizlərdən biri özü üçün bənnalıq, xər¬rat¬lıq, yaxud digər sənət sahiblərinin işlərini görməyə məcbur olsa, onda dünyanın işləri düzəlməz. İnsanların buna imkanı da yoxdur və heç cür bunu edə bilməzlər. Lakin, Allah onların istəyini müxtəlif etdi, hər kəsin meylini bir işə saldı ki, həmin işi başqaları üçün də görsün və hər biri başqasının köməyi ilə vəziyyətinə uyğun olaraq məişət işlərini irəli aparsın. Beləliklə, Allah dəqiq bir tədbir tökübdür.» 4.İnsanın muzdlu iş görməsinin xoşagəlməzliyi. 14.Əmmar Sabati:«Əbu Abdullaha (İmam Sadiqə (ə)) dedim:«İn¬san ticarət edib özünü belə bir şəkildə icarəyə verə bilərmi ki, alver etdiyi miqdarda ona (pul) verilsin?» Buyurdu:«Özünü muzda sat¬ma¬sın, əksinə, Allahdan ruzi istəsin və ticarətə başlasın. Çünki əgər muzd¬¬la işləsə öz ruzisinə mane olub.» 5.carədə dəllallıq.
15.Məhəmməd ibn Müslim:«İmam Baqir və ya İmam Sadiqdən (ə) soruşdular:«Bir şəxs iş götürür, amma onu özü yerinə yetirmir başqasına həvalə edir və ortada xeyir götürür.»Buyurdu:«Özü də həmin işin bir qədərini görməsə, xeyr. (bu düzgün deyil)!» 6. Muzd alanın haqqını kəsməmək. 16.Həzrət Peyğəmbər (s):«Allah muzd alanın (fəhlənin) muzdunu kəsən şəxsin əməlini puç və ətri beş yüz illik məsafədən hiss olunan Cənnətin iyini ona haram edər.» 17. Həzrət Peyğəmbər (s):«Muzd alanın (fəhlənin) muzdunu kəsmək böyük günahlardandır.»[20] 7.Zəhmət haqqının müəyyənləşdirilməsi və zəhməthaqqı verməyin qaydası. 18.Həzrət Peyğəmbər (s):«Fəhlənin zəhməthaqqını onun təri qurumamış verin və həmin iş halında onun muzdunu müəyyənləşdirin.» 19.İmam Əli (ə):«Allahın Peyğəmbəri (s) muzdu təyin edilməmişdən qabaq fəhlə işlətməyi qadağan edib.» | |
Views: 801 | Rating: 0.0/0 |
Total comments: 0 | |