Main » Articles » Mizanul – hikmət (1-ci cild) » İmamların anası.. |
İmamların anası - Fatimə
Mizanul-hikmət
19. İmamların anası - Fatimə 127. Həzrət Fatimənin adları 472. Allahın Peyğəmbəri (s): «Qızım ona görə Fatimə adlanıb ki, Allah-Taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib». (Əmali-Tusi, səh. 300) 473. İmam Sadiq (ə): «Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra». (Əmali-Səduq, səh. 474, hədis 18) 474. Umarə: «İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün «Zəhra» (parlaq) adlandırıblar?» Buyurdu: «Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı». (Məani əl-Əxbar, səh. 64, hədis 15) 128. Fatimə mənim bədənimin bir parçasıdır 475. Allahın Peyğəmbəri (s): «Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir». (Biharul-Ənvar, c. 43, səh. 23, hədis 17) 476. Allahın Peyğəmbəri (s): «Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir». (Əmali-Səduq, səh. 394, hədis 18) 129. Fatimə dünya xanımlarının xanımıdır 477. Allahın Peyğəmbəri (s): «Qızım Fatimə dünya xanımlarının xanımıdır». (Biharul-Ənvar, 43, səh. 22, hədis 13) 478. Allahın Peyğəmbəri (s): «Fatimə Cənnət xanımlarının xanımıdır». (Musnəd əhməd ibn Hənbəl, c. 3,səh. 80) 479. Allahın Peyğəmbəri (s): «Qızım Fatimə dünyanın - yaradılışın əvvəlindən sonuna kimi - bütün qadınlarının xanımıdır». (Nurus-Səqəleyn, c. 1, səh. 338, hədis 135) 130. Fatimə qəzəblənəndə Allah da qəzəblənir 480. Allahın Peyğəmbəri (s) Fatimə əleyhəs-səlama buyurub: «Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur». (Kənzul-Ummal, hədis 37725) 131. Həzrət Fatimənin müsibəti 481. İmam Əli (ə) Fatimə əleyhəs-səlamı torpağa tapşırarkən buyurmuşdur: «Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi və güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram. Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Tezliklə qızın səni ümmətinin və bir-birləri ilə əlbir olanların ona olan zülmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək. Bütün baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zülmlər baş verərkən sənin getməyindən elə də çox zaman keçməmişdi və xatirələrin itməmişdi. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil. Əgər qalsam, bu, Allahın səbr edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil». (Nəhcül-Bəlağə, xütbə 202) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 977 | Rating: 0.0/0 |
Total comments: 0 | |