«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 3:49 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » İncitmək

İncitmək
 
İncitmək
57.İncitmək

171.İmam Sadiq (ə):«And olsun Allaha ki, yaxşılar nicat tapdılar. Onların kim olmasını bilirsiniz? Onlar qarışqanı da incitməyən kəslərdir.»[
58.Mömini incitmək
Quran :
«Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.»

Hədis:
172.Allahın Peyğəmbəri (s):«Mömini incidən şəxs şübhəsiz ki, məni incitmişdir.»
173.Allahın Peyğəmbəri (s):«Kim möminə onu qorxudan baxışlarla baxsa, Allah Öz kölgəsindən başqa bir kölgə olmayacaq gündə onu qorxudar.»
174.Allahın Peyğəmbəri (s):«Kim mömini kədərləndirsə və sonra dünyanı ona bağışlasa, bu işi onun günahının bağışlanmasına səbəb olmaz və bəxşişinin müqabilində ona savab verilməz.»
175.İmam Sadiq (ə):«Uca Allah buyurub ki, Mənim mömin bəndəmi incidən şəxs Mənə qarşı müharibə elan etsin.»
59.İncitməmək
176.Allahın Peyğəmbəri(s):«Camaatı incitmə! Çünki (başqalarını) incitməmək sənin özün üçün verdiyin sədəqədir.»
177.İmam Sadiq (ə):«Kim camaatı incitməkdən əl çəksə onlardan bir əl çəkilər (onları incidənlərdən biri azalar), camaat isə çox əlləri ondan saxlayar.»
Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri 
Category: İncitmək | Added by: IslamQadini (2009-10-10)
Views: 854 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]