Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Cihad (1) Kiçik cihad. (Cihadi əsğər) |
Cihad (1)
Mizanul-hikmət 77. Cihad (1) Kiçik cihad. (Cihadi əsğər) 371. Cihad Quran: «Ey Peyğəmbər! Kafirlər və münafiqlərlə cihad et. Onlara qarşı amansız ol. Onların yeri Cəhənnəmdir və necə də pis aqibətdir». (Təhrim surəsi, ayəsi 9) «De: «Əgər sizin atalarınız və övladlarınız…. sizinçün Allahdan, peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, onda Allahın əmri gəlincəyə qədər ləngiyin. Allah fasiqləri doğru yola yönəltməz».(Tövbə surəsi, ayə 24) Hədis: 1189. Allahın Peyğəmbəri (s): «Cihad etməyən və ya cihad arzusunda olmadan bu dünyadan köçən şəxs müəyyən mənada münafiq hökmündə ölmüşdür».(Səhihul-Muslim, c.3, səh.1517, hədis 1910) 1190. Mustədrikul-vəsail kitabından: «Bir kişi Allaha ibadət etmək üçün dağa çıxır, ailəsi isə onu peyğəmbərin (s) yanına gətirir. Peyğəmbər bu işi ona qadağan edib buyurur:«Əgər müsəlman cihad meydanında bir gün səbr edərsə, bu onunçün qırx il ibadətdən daha yaxşıdır». (Mustədrəkul-vəsail, c.11, səh.21, hədis 12324) 1191. İmam Əli (ə): «Cihad Allah-Taalanın özünün məxsus övliyaları üçün açdığı Cənnət qapılarından biridir. Cihad təqva libası, Allahın möhkəm zirehi və Onun yenilməz qalxanıdır». (Nəhcül-bəlağə, xütbə 27) 1192. İmam Əli (ə): «Cihad dinin sütunu və xoşbəxt insanların işıqlı yoludur».(Ğurərul-hikəm, hədis 1346) 1193. İmam Əli (ə): «Allah-Taala cihadı vacib etdi. Ona əzəmət verib qələbə rəmzi və özünə yavər etdi. Allaha and olsun, dünyanın və dinin işi cihaddan başqa heç bir şeylə düzəlməz». (Vəsailuş-şiə, c.11, səh.9, hədis 15) 1194. İmam Əli (ə): «Cihad İslamdan sonra ən şərəfli əməldir. Cihad dinin davamlılığının mayasıdır. Cihadın izzət və güc-qüdrət gətirməklə yanaşı böyük əcri də var. Cihad yürüş etməkdir. Onda yaxşılıqlar və savab da var, şəhadətə çatdıqdan sonra gələn Cənnət mücdəsi də». (Nurus-səqəleyn, c.1, səh.408, hədis 154) 1195. İmam Sadiq (ə): «Cihad vacib əməllərdən sonra ən üstün işdir». (Mişkatul-ənvar, səh.154) 372. Mücahid Quran: «Heç bir əziyyət və zərər çəkmədən cihaddan boyun qaçıran möminlər, Allah yolunda cihad edənlərlə bərabər deyillər». (Nisa surəsi, ayə 95) Hədis: 1196. Allahın Peyğəmbəri (s): «Bütün bəndələrin əməlləri Allah yolunda (cihad edən) mücahidlərin yanında dimdiyində dəryadan bir qədər su götürən qaranquşa bənzər».(Kənzul-ummal, hədis 10680) 1197. Allahın Peyğəmbəri (s): «Qılınclar Cənnətin açarlarıdır». (Mustədrakul-vəsail, c.11, səh.13, hədis 12293) 1198. İmam Əli (ə): «Səmanın qapıları mücahidlərin üzünə açıqdır». (Ğurərul-hikəm, hədis 1347) 373. Mücahidlərə kömək etmək və onları incitməyin məzəmməti 1199. Allahın Peyğəmbəri (s):«Döyüşçünü bir iynə və ya sapla təchiz edən şəxsin Allah-Taala keçmiş və gələcək günahlarını bağışlar». (Mustədrakul-vəsail, c.11, səh.24, hədis 12333) 1200. Allahın Peyğəmbəri (s): «Döyüşçünün məktubunu mənzil başına çatdıran hər kəs bir qulu azad etmiş insan və döyüşçünün cihadının «savab» qapısında onun şəriki mislindədir». (Vəsailuş-şiə, cş11, səh.14, hədis 4) 1201. Allahın Peyğəmbəri (s): «Allah yolunda cihad edən mücahidləri incitməyin. Çünki, Allah-Taala peyğəmbərlərə görə qəzəbləndiyi kimi, onlara görə də qəzəblənər. Peyğəmbərlərin dualarını qəbul etdiyi kimi onların da dualarını qəbul edər». (Kənzul-ummal, hədis 10664) 374. Əl, dil və qəlblə cihad əmri vermək 1202. Allahın Peyğəmbəri (s): «Kişinin belinə sarılmış qılıncla qıldığı namaz, qılıncsız qıldığı namazdan yeddi yüz dəfə üstündür». (Kənzul-ummal, hədis 10791) 1203. İmam Əli (ə): «Allah yolunda əllərinizlə cihad edin. Əgər bunu bacarmasanız, dillərinizlə cihad edin. Bunu da bacarmasınız qəlblərinizlə cihad edin». (Biharul-ənvar, c.100, səh.49, hədis 23) 1204. İmam Əli (ə): «Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm, mallarınız, canlarınız və dillərinizlə Allah yolunda cihad edin». (Nəhcül-bəlağə, məktub 47) 375. Cihadı tərk etmək 1205. Allahın Peyğəmbəri (s): «Allah-Taala cihadı tərk edən şəxsin nəfsinə (canına) zillət libası geyindirər, həyatına yoxsulluğ gətirər və dinini yox edər. Allah-Taala ümmətimin izzətini və qüdrətini atların nalları altında və nizələrin ucunda qərar vermişdir». (Əmali Şeyx Səduq, səh.462, hədis 8) 376. Cihadın növləri 1206. İmam Əli (ə): «Cihad dörd hissəyə bölünür: əmr be məruf (yaxşı işlərə də‘vət); nəhy əz munkər (pis işlərdən çəkindirmək); döyüş meydanında mətanətli və dözümlü olmaq; günah edənlərlə mübarizə aparmaq». (əl-Xisal, səh.232, hədis 74) 377. Sərhədlərin mühafizəsi Quran: «Ey peyğəmbər! Kafirlərlə və münafiqlərlə cihad et və onlarla sərt davran. Onların yeri Cəhənnəmdir və bu necə də pis aqibətdir». (Ənfal surəsi, ayə 60) «Ey iman gətirənlər! Səbrli olun və başqalarını səbrli olmağa çağırın, döyüşlərdə müqavimət, şücaət göstərin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız». (Ali-İmran surəsi ayə 200) Hədis: 1207. Allahın Peyğəmbəri (s):«Allah yolunda bir gün sərhəddi qorumaq, dünyadan və onda olan bütün şeylərdən yaxşıdır». (Kənzul-ummal, hədis 10508) 1208. Allahın Peyğəmbəri (s): «Ölümdən sonra hər bir əməl öz sahibini tərk edər, yalnız Allah yolunda sərhəddi qoruyan kimsənin əməlindən başqa. Onun əməli böyüyər və Qiyamət gününədək ruzisi verilər». (Kənzul-ummal, 10611) 378. Keşik çəkməyin fəziləti 1209. Allahın Peyğəmbəri (s): «Allah yolunda bir gecə keşik çəkmək min gecə-gündüz gecələri ibadət və gündüzləri oruc tutmaqla keçirməkdən üstündür». (Kənzul-ummal, hədis 10730) 1210. Allahın Peyğəmbəri (s): «İki göz Cəhənnəm odu görməyəcək: Allah xofundan ağlayan göz və Allah yolunda gecə vaxtı keşik çəkən göz». (Sunənu-Tirməzi, hədis 1369) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 1010 | Rating: 0.0/0 |
Total comments: 0 | |