Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Kin bəsləmək |
Kin bəsləmək
Mizanul-hikmət 106. Kin bəsləmək 541. Kin bəsləmək 1635. İmam Əli (ə): «Kin bəsləmək eyblərin ən pisidir».(Ğurərul-hikəm, hədis 966) 1636. İmam Əli (ə): «Kin qəzəb gətirər». (Ğurərul-hikəm, hədis 530) 1637. İmam Əli (ə): «Kin bəsləmək, paxıl adamların xislətidir». (Ğurərul-hikəm, hədis 422) 1638. İmam Əli (ə): «Kin bəsləmək elə bir oddur ki, (ona) qalib gəlməkdən başqa heç bir şeylə söndürülməz». (Ğurərul-hikəm, hədis 2203) 1639. İmam Əli (ə): «Kin bəsləmək fitnə və narahatlıqların səbəbidir». (Ğurərul-hikəm, hədis 5522) 1640. İmam Əli (ə): «Kinli adamın canı əzabda və qəmi ikiqat çoxdur». (Ğurərul-hikəm, hədis 1962) 1641. İmam Əli (ə): «Kin saxlayan dostluğa sadiq deyil». (Ğurərul-hikəm, hədis 10436) 1642. İmam Hadi (ə): «Məzəmmət və gileylənmək qəlbdə kin saxlamaqdan daha yaxşıdır». (Biharul-ənvar, c.78, səh.369, hədis 4) 1643. İmam Əskəri (ə): «Ən az rahatlığı olan insan, kin bəsləyən şəxsdir». (Tuhəful-uqul, səh.488) 542. Kin möminin qəlbində çox qalmaz 1644. İmam Sadiq (ə): «Kin möminin qəlbində oturaq halda olduğu vaxtacan qalar, elə ki ayağa qalxdı, kin də onun qəlbindən galxar». (Tuhəful-uqul, səh.310) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 1063 | Rating: 2.0/1 |
Total comments: 0 | |