Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Əmanətdarlıq |
Əmanətdarlıq
![]() 32. Əmanətdarlıq 196. Əmanətdarlıq Quran: «O kəslər ki, əmanətlərinə və əhdlərinə əməl edirlər». (Muminun, ayə 8) Hədis: 672. İmam Əli (ə): «İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır». (Ğurərul-Hikəm, hədis 2905-2906) 673. İmam Baqir (ə): «Üç şey var ki, Allah onlar barəsində heç kəsə istədiyi kimi davranmaq icazəsi verməyib: əmanəti yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq sahibinə qaytarmaq, həm yaxşı və həm də pis əməl sahibi ilə olan əhd-peymana vəfalı olmaq, yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq ata-anaya yaxşılıq etmək». (əl-Kafi, c.2, səh.162, hədis 15) 674. İmam Sadiq (ə): «Əmanətdarlıq zənginlikdir». (Tənbihul-Xəvatir, c.1, səh.12) 197. Əmanəti hər halda qaytarmaq vacibdir 675. İmam Əli (ə): «Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə». (Biharul-Ənvar, c.77, səh.208, hədis 1) 676. İmam Sadiq (ə): «Allahdan qorxun və əmanəti sizə etibar edən şəxsə qaytarın. Hətta Əmirəl-mömininin (ə) qatili mənə bir əmanət tapşırsa əmanəti mütləq ona qaytararam». (Əmali-Səduq, səh.204, hədis 5) 677. İmam Sadiq (ə): «Əmanəti (sahibinə) qaytarın, hətta Hüseyn ibn Əlinin (ə) qatili olsa belə». (Əmali-Səduq, səh.204, hədis4) 198. Əmanətdar olmayanın imanı yoxdur 678. Allahın Peyğəmbəri (s): «Əmanətdar olmayanın imanı yoxdur». (Biharul-Ənvar, c.72, səh.198, hədis 26) 679. Allahın Peyğəmbəri (s): «Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil». (Biharul-Ənvar, c.75, səh.172, hədis 13) 199. Əmanətin nəticələri 680. Loğman (ə): «Oğlum! əmanəti (sahibinə) qaytar ki, dünya və axirətin salamat olsun. Əmanətdar ol ki, zəngin olasan». (Məani-Əxbar, səh.253, hədis 1) 681. Allahın Peyğəmbəri (s): «Əmanətdarlıq zənginlik gətirir, (əmanətə) xəyanət yoxsulluq». (Biharul-Ənvar, c.75, səh.114, hədis 6) 682. İmam Əli (ə): «Əmanətdarlıq güclənən zaman düzlük artar». (Ğurərul-Hikəm, hədis 4053) 200. Əmanət tapşırılmamalı kəslər 683. Allahın Peyğəmbəri (s): «Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil. Çünki Allah insanı etibarsız şəxsə əmanət tapşırmaqdan çəkindirib». (Biharul-Ənvar, c.103, səh.179, hədis 3) 684. İmam Baqir (ə): «Etibarlı və əmanətdar adam sənə xəyanət etməyib, bəlkə sən xainə əmanət tapşırmısan». (ət-Təhzib, c.7, səh.232, hədis 1013) 685. İmam Sadiq (ə): «Mənim üçün xainə əmanət tapşırmaqla əmanəti qorumayıb zay edən kəsə əmanət tapşırmaq arasında heç bir fərq yoxdur». (əl-Kafi, c.5, səh.301, hədis 4) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 746 | Rating: 0.0/0 |
Total comments: 0 | |