«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 4:10 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Mübahisə

Mübahisə
Mizanul-hikmət 
63. Mübahisə

324. Pislənilmiş mübahisə
Quran:
     «İnsanların bəzisi heç bir elmi olmadan Allah barədə mübahisə edir və inadkar şeytana tabe olur». (Həcc surəsi, ayə 3)
     «Allahın ayələri barədə yalnız kafirlər mübahisə edərlər. Odur ki, onların şəhərlərdə gəzib-dolaşması səni aldatmasın». (Mumin surəsi, ayə 4)
     Həmçinin müraciət et: Ali-İmran 66; Əraf 71; Ənfal 6; Kəhf 54, 56; Məryəm 97; Həcc 8, 9, 68; Furqan 50; Şura 35; Zuxruf 57.
     Hədis:
     1051. Allahın Peyğəmbəri (s): «Mübahisə və höcətləşməyə arxalananlardan başqa heç bir qövm yolunu azmadı». (Biharul-ənvar, c.2, səh.138, hədis 52)
     1052. İmam Əli (ə): «Mübahisə etməkdən çəkinin. Çünki, mübahisə (insana) şəkk və tərəddüd gətirər». (əl-Xisal, səh.615, hədis 10)
     325. Gözəl və bəyənilən mübahisə
     Quran:
     «İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl şəkildə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyandır». (Nəhl surəsi, ayə 125)
     Hədis:
     1053. Allahın Peyğəmbəri (s): «Bizik, Allahın dinində mübahisə edənlər!» (Biharul-ənvar, c. 2, səh.125, hədis 1)
     1054. İmam Əskəri (ə): «İmam Sadiqin (ə) hüzurunda söz dində mübahisə etmək, Peyğəmbərin (s) və mə‘sum imamların (ə) (müsəlmanları) bu işdən çəkindirmələrindən düşür. Həzrəti Sadiq (ə): «Mübahisə etmək bütünlüklə pislənilməyib, gözəl olmayan üsulla mübahisə etmək qınanıb». (Biharul-ənvar, c. 2, səh.125, hədis 2)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəh
Category: Mübahisə | Added by: IslamQadini (2011-02-10)
Views: 1112 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]