«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 10:35 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Müharib

Müharib
Mizanul-hikmət
93. Müharib (Müharib-Allaha, Peyğəmbərə, imama və möminlərə qarşı vuruşan şəxsdir)
490. Müharib
Quran: 
      «Allah və Onun Rəsulu ilə müharibə edənlərin, yer üzündə fəsad törətməyə çalışanların cəzası öldürülmək ya dar ağacından asılmaq, ya əlləri və ayaqları biri soldan, biri də sağdan kəsilmək, yaxud da öz vətənlərindən sürgün olunmaqdır». (Maidə surəsi, ayə 33)
     Hədis: 
     1479. Allahın Peyğəmbəri (s): «Başqalarının üzərinə qılınc çəkənin qanı hədərdir». (Mustədrakul-vəsail, c.1, səh.99, hədis 12521)
     1480. İmam Əli (ə): «Oğru müharibi (yəni, əlində silah oğurluqla məşğul olan kəsi) öldür və narahat olma, onun qanı mənim boynumadır». (əl-Məhasin, c.2, səh.107, hədis 1289)
     1481. «Dəaimul-İslam»: «Əmirəl-mömininin yanına bir müharib gətirdilər. O Həzrət (ə) müharibi diri-diri dar ağacından asmağı əmr etdi. Bunun üçün üzü qibləyə bir (dar) ağacı qurdu və həmin müharibi arxası ağaca, üzü isə camaata və qibləyə tərəf dar ağacından asdı. Onun cəsədi üç gün dar ağacından asılı qaldı. Üç gündən sonra onu aşağı salmağı əmr etdi və namazını qılıb dəfn etdi». 
     1482. İmam Baqir (ə): «Gecə vaxtı özü ilə silah gəzdirən kəs müharibdir, yalnız heç bir şəkk-şübhə yeri olmayan şəxsdən başqa». (əl-Kafi, c.7, səh.246, hədis 6)
     1483. İmam Sadiq (ə) müharibin sürgün olunması barədə sualın cavabında buyurub: «Şəhərdən sürgün edilər. Əmirəl-möminin (ə) iki kişini Kufədən başqa yerə sürgün etdi».(Mustədrakul-vəsail, c.18, səh.159, hədis 22384)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Müharib | Added by: IslamQadini (2011-05-24)
Views: 842 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]