«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 3:52 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Nadanlıq

Nadanlıq
Mizanul-hikmət 
80. Nadanlıq
386. Nadanlıq
1234. İmam Əli (ə): «Nadanlıq ən böyük dərddir».(Ğurərul-hikəm, hədis 820)
     1235. İmam Əli (ə): «Nadanlıq dirilərin ölümü və bədbəxtliyin əbədiyyətidir». (Ğurərul-hikəm, hədis 1464)
     1236. İmam Əli (ə): «Nadanlıq hər şeyi puç edər».(Ğurərul-hikəm, hədis 930)
     1237. İmam Əli (ə): «Nadanlıq bütün pisliklərin köküdür». (Ğurərul-hikəm, hədis 819)
     1238. İmam Əli (ə): «Hərislik, qarınqululuq və simiclik cahilliyin nəticəsidir». (Ğurərul-hikəm, hədis 1694)
     1239. İmam Əskəri (ə): «Nadanlıq insanın düşmənidir». (əd-Durətul-bahirə, səh.44)
     387. Nadan
     1240. Allahın Peyğəmbəri (s): «Allaha itaətsizlik edən kəs, xoşsifət və mənsəb sahibi olsa belə, nadandır».(Biharul-ənvar, c.1, səh.160, hədis 39)
     1241. Allahın Peyğəmbəri (s): «Nadanın xüsusiyyətləri bunlardır: Onunla münasibətdə olan hər insana zülm edər, əlinin altında olanlara əl qaldırar, özündən yüksəkdə olanlara qarşı itaətsizlik edər, düşünmədən söz danışar». (Tuhəful-uqul, səh.29)
     1242. İmam Əli (ə): «Nadanın öz eyb və nöqsanından xəbəri olmaz, xeyrini istəyənin nəsihətini isə qəbul etməz». (Ğurərul-hikəm, hədis 1809)
     1243. İmam Əli (ə): «Nadan zahirən diri olsa da, ölüdür». (Ğurərul-hikəm, hədis 1125)
     1244. İmam Əli (ə): «Nadan öz nəfsi istəklərinə və batil düşüncələrinə aldanan kimsədir». (Ğurərul-hikəm, hədis 1285)
     1245. İmam Əli (ə): «Elə bir cahil tapmazsan ki, öz işlərində ifrata, ya yüngüllüyə varmasın». (Nəhcul-bəlağə, hikmət 70)
     1246. İmam Əli (ə): «Həqiqətən, nadan o kəsdir ki, nəfsi istəkləri onu özünə qul etmişdir». (Ğurərul-hikəm, hədis 3864)
     1247. İmam Əli (ə): «Nadan öz nəfsinin quludur». (Ğurərul-hikəm, hədis 449)
     1248. İmam Əli (ə): «Nadanın işi ziyana, elmi isə azğınlığa səbəb olar». (Ğurərul-hikəm, hədis 6327)
     1249. İmam Əli (ə): «Nadan, məlumatı olmadığı bir şeydə özünü alim hesab edəndir. O, hər məsələdə öz rəyi və nəzəri ilə kifayətlənər. Daim alimlərdən uzaq gəzər, onların eybindən danışar və onlara irad tutar. Öz əleyhdarlarının səhv yolda olduqlarını düşünər və başa düşmədiyi şeyi batil hesab edər. Qarşısına çıxan bir mətləbdən anlayışı olmayanda onu inkar edər, yalan hesab edər və öz nadanlığı ucbatından deyər: «Mən belə bir şey tanımıram və güman etmirəm ki, belə bir şey ola bilər. Haradadır həmin şey?» Öz nəzərinə və rəyinə arxalanar, halbuki öz nadanlığından xəbəri yoxdur! Nadanlığına görə daim öz cahilliyindən bəhrələnərək, haqqı inkar edər. Nadanlıqdan səfil qalaraq bilik qazanmaq əvəzinə təkəbbür göstərər». (Tuhəful-uqul, səh.73)
     1250. İmam Sadiq (ə): «Nadanın xasiyyətlərindən biri də budur ki, mətləbə axıradək qulaq asmamış cavab verər, öz həmsöhbətinin məqsədini başa düşməmiş ona e‘tirazını bildirər və (mətləbi) dərk etməmiş hökm verər». (Əlamud-din, səh.303)
     1251. İmam Hadi (ə): «Nadan öz dilinin əsiridir». (əd-Durətul-bahirə, səh.41) 
     388. Ən nadan insan
     1252. İmam Əli (ə): «Ən nadan insan odur ki, bir yaltaq ona gözəl təriflər söyləyərək, pisi yaxşı və xeyirxahı düşmən kimi qələmə verən zaman onun sözlərinə aldana».(Ğurərul-hikəm, hədis 3262)
     1253. İmam Əli (ə): «Nadanlığın zirvəsi insanın öz nadanlığı ilə fəxr etməsidir».(Ğurərul-hikəm, hədis 6371)
     1254. İmam Əli (ə): «Ən böyük nadanlıq insanın öz məqam və şənindən agah olmamasıdır». (Ğurərul-hikəm, hədis 2936)
     389. Nadanlıq üçün bu yetər
     1255. İmam Əli (ə): «Ona qadağan edilmiş işi yerinə yetirməsi insana nadanlıq üçün kifayətdir». (Mətalibus-suul, səh.55)
     1256. İmam Əli (ə): «Sənin nadanlığın üçün öz biliyinlə fəxr etməyin yetər». (Əmali Tusi, səh.56, hədis 78)
     1257. İmam Əli (ə): «İnsanın nadanlığından ötrü öz hədd və imkanını bilməməsi bəs edər». (Ğurərul-hikəm, hədis 7054)
     1258. İmam Əli (ə): «Hər bildiyin şeyi danışma, bu nadanlığın nişanəsidir». (Ğurərul-hikəm, hədis10187)
     1259. İmam Sadiq (ə): «Alimlik üçün Allahdan qorxmağın kifayət edər, nadanlıq üçünsə Allahın əzabından qafil olmağın kifayət edər». (Biharul-ənvar, c.70, səh.379, hədis 2)
     390. Nadanlığın mənası
     1260. Allahın Peyğəmbəri (s): «Hər bildiyin şeyi bəyan etmək nadanlıqdandır».(Tənbihul-xəvatir,c.2, səh.122)
     1261. İmam Əli (ə): «Dünyadan gördüyün bu qədər əziyyətlərə rəğmən qəlbini dünyaya bağlamağın nadanlıqdır». (Nəhcül-bəlağə, hikmət 384)
     1262. İmam Əli (ə): «Mümkün olmayan bir şeyi arzulamaq nadanlıqdır». (Ğurərul-hikəm, hədis 5384)
     1263. İmam Həsən (ə) nadanlığın izahı haqda atasının sualına cavabında buyurub: «Nadanlıq, yetişməmiş fürsətin üstünə cummaq və cavab verməkdən imtina etməkdir».(Məanil-əxbar, səh.401, hədis 62)
     1264. İmam Sadiq (ə): «Nadanlıq üç şeydədir: dostu dəyişməkdə, dəlil-sübut olmadan etiraz etməkdə, əhəmiyyətsiz şeylər barədə sorğu və araşdırmaqda». (Tuhəful-uqul, səh.317)
     1265. İmam Əskəri (ə): «Təəccüblənmədən gülmək nadanlığın nişanəsidir». (Tuhəful-uqul, səh.487) 
     391. İnsan bilmədiyi şeyin düşmənidir
     1266. İmam Əli (ə): «İnsanlar bilmədikləri şeyin düşmənidir». (Mətalbus-suul, səh.57)
     1267. İmam Əli (ə): «Hər bir kəs bilmədiyi şeyi pisləyər». (Kəşful-ğummə, c.3, səh.137)
     1268. İmam Əli (ə): «Mən dörd söz söylədim və Allah-Taala ayə nazil etməklə mənim sözlərimi təsdiq etdi… Dedim ki, «insan bilmədiyi şeyin düşmənidir». Allah-Taala bu ayəni nazil etdi: «Elmləri çatmadığı şeyi yalan sanarlar». (Əmali Tusi, səh.494, hədis1082)
     1269. İmam Əli (ə): «Bilmədiyiniz şeyə düşmən kəsilməyin, çünki elmin əksəriyyəti sizin bilmədiyiniz şeylərdədir». (Ğurərul-hikəm, hədis 10246)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Nadanlıq | Added by: IslamQadini (2011-05-24)
Views: 1472 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]