«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 1:52 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Nifrət

Nifrət
Mizanul-hikmət
45. Nifrət

237. Allahın ən çox nifrət etdiyi kəslər


795. Allahın Peyğəmbəri (s): «Allah zinakar qocaya, zalım varlıya, lovğa yoxsula və həyasız dilənçiyə nifrət edir. Həmçinin bağışlayıb minnət qoyanı mükafatsız qoyacaq. Yalançı və üzlü təkəbbürlüyə nifrət edir». (Tuhəful-uqul, səh.42)
796. Allahın Peyğəmbəri (s): «Allah-Taala dünyaya elmi olub, axirətə nadan olan hər bir kəsə nifrət edir».(Kənzul-ummal, hədis 28982)
797. Allahın Peyğəmbəri (s): «Allah-Taala bazarlarda dözümsüzlük edən, gecə ölü kimi düşən, gündüz uzunqulaq kimi olan, dünya işindən xəbərdar, axirətə isə nadan olan kobud həqirə nifrət edir». (Kənzul-ummal, hədis 43679)
798. Allahın Peyğəmbəri (s): «Allah-Taala evində hücuma məruz qalıb vuruşmayan kəsə nifrət edir».(Uyuni əxbarir-Riza, c.2, səh.28, hədis 24)
799. İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allah günahdan qorxmayan həyasız adama nifrət edir». (Ğurərul-hikəm, hədis 3437)
800. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) buyurardı: Allah qardaşlarına üzünü turşudan kəsə nifrət edir». (Mustədrəkul-vəsail, c.8, səh.321, hədis 9552)
801. İmam Baqir (ə): «Allah, pis ağızlı söyüş söyənə nifrət edir». (Biharul-ənvar, c.78, səh.176, hədis 38)

238. Allah yanında ən mənfur şəxs
802. Allahın Peyğəmbəri (s): «Allah yanında üç nəfər hamıdan mənfurdur: Axşam heç namaz qılmamasına baxmayaraq gündüz çox yatan kəs, çox yeyən və yemək yeyən zaman Allahın adını çəkməyən və (qurtarandan sonra) Ona şükr etməyən kəs və səbəb olmadan çox gülən kəs». (Kənzul-ummal, hədis 21431)
803. Allahın Peyğəmbəri (s): «Allahın yanında insanların ən mənfuru üç nəfərdir: Hərəmdə (Məkkədə) yolunu azan, İslamda cahiliyyət dövrünün adətini qoymaq istəyən və haqsız yerə birini öldürmək üçün onu təqib edən». (Kənzul-ummal, hədis 43833)
804. Allahın Peyğəmbəri (s): «Allah yanında sizin ən mənfurunuz xəbərçilik edənləriniz, qardaşlar arasında ayrılıq salanlarınız və günahsız şəxslərdə səhv və xəta axtaranlarınızdır». (Biharul-ənvar, c.71, səh.383, hədis 17)
805. Allahın Peyğəmbəri (s): «Allah-Taalanın yanında yaradılmışların ən mənfuru məmurların görüşünə gedən alimdir». (Kənzul-ummal, hədis 28985)
806. Allahın Peyğəmbəri (s): «Qiyamət günü mənim yanımda sizin ən mənfurunuz və mənə ən yad olanınız çox danışan, boşboğaz və «mütəfəyhiq» kəslərdir». Dedilər:«Ey Allahın Peyğəmbəri, «mütəfəyhiq» kimlərdir?» Buyurdu: «Təkəbbürlülər». (Kənzul-ummal, hədis 5184)
807. İmam Əli (ə): «Allah yanında ən mənfur kəs başqalarının dalınca pis sözlər danışaraq qeybət edən kəsdir». (Ğurərul-hikəm, hədis 3128)
808. İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru bütün dərdi-qəmi qarınqululuq və şəhvətpərəstlik olan kəsdir». (Ğurərul-hikəm, hədis 3294)
809. İmam Əli (ə): «Allah-Taalanın yanında yaradılmışların ən mənfuru nadan şəxsdir». (Ğurərul-hikəm, hədis 3259)
810. İmam Əli (ə): «Allahın yanında Onun yaratdıqlarının ən mənfuru o kəsdir ki, ordan-burdan elm toplayar, amma fitnə zülmətlərində qəflətə düçar olar, sülh və sakitliyin məziyyətlərini görməz, özü kimiləri onu alim adlandırar halbuki, tam bir gününü belə elmə həsr etməyib». (Kənzul-ummal, hədis 4422)
811. İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru zor işlədən alimdir». (Ğurərul-hikəm, hədis 3164)
812. İmam Baqir (ə): «Musa (ə) dedi: «Pərvərdigara, bəndələrindən Sənin yanında ən mənfuru kimdir?» Buyurdu: «Gecə ölü kimi düşüb gündüz bekar olan!» (Biharul-ənvar, c.76, səh.180, hədis 8)
813. İmam Sadiq (ə): «Allahın yaratdıqlarının ən mənfuru camaatın dilindən qorxduğu bəndədir». (əl-Kafi, c.2, səh.323, hədis 4)

239. Allah yanında mənfur olan işlər
814. Allahın Peyğəmbəri (s): «Allah yanında hər şeydən mənfur dolu qarındır». (Uyuni əxbarir-Riza, c.2, səh.36, hədis 89)
815. İmam Baqir (ə): «Allahın Peyğəmbəri (s) Cəbrailə dedi: «Allah-Taalanın yanında hara daha mənfurdur?» Cəbrail buyurdu: «Bazarlar. Və bazar əhlinin ən mənfuru bazara hamıdan tez gedib hamıdan gec çıxan şəxsdir». (Biharul-ənvar, c.84, səh.4, hədis 76)
816. İmam Sadiq (ə): «Allah çox yatmağa və çox bekar olmağa nifrət edir». (Biharul-ənvar, c.76, səh.180, hədis 10)
817.İmam Sadiq (ə): «Allah üç şeyə nifrət edir: «Gecə oyaq olmadan gündüz yatmağa, səbəbsiz gülməyə və tox halda yemək yeməyə». (əl-Xisal, səh.89, hədis 25)
818. İmam Sadiq (ə): «Xəsəmdən bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: «Allah-Taalanın yanında hansı əməl daha mənfurdur?» Peyğəmbər buyurdu: «Allaha şərik qoşmaq». Kişi dedi: «Daha nə?» Buyurdu: «Qohumlarla əlaqəni kəsmək». Kişi dedi: «Sonra nə?» Peyğəmbər buyurdu: «Pis işə əmr edərək yaxşı əməldən çəkindirmək». (əl-Kafi, c.24, səh.290, hədis 4)
819.İmam Rza (ə): «Allah hay-küyə, malı bada verməyə və çox ağız açmağa nifrət edir». (Biharul-ənvar, c.78, səh.335, hədis 16)

240. Nifrət və düşmənçilik
820. Allahın Peyğəmbəri (s): «Keçmiş ümmətlərin xəstəliyi - düşmənçilik və həsəd sizə sirayət edib». (Məanil-əxbar, səh.367, hədis 1)
821. İmam Sadiq (ə): «Üç şey - ikiüzlülük, zülmkarlıq və xudpəsəndlik nifrət və düşmənçiliyə səbəb olur». (Tuhəful-uqul, səh.316)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri


Category: Nifrət | Added by: IslamQadini (2011-01-31)
Views: 915 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]