«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 2:54 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Ordu

Ordu
Mizanul-hikmət 
74. Ordu
355. Ordu
1143. İmam Əlinin (ə) Malik Əştəri Misirə hakim təyin etdiyi fərmanından: «Ordu Allahın izni ilə xalqın qalası, valilərin zinəti, dinin qüdrət və izzət mənbəyi, əmin-amanlıq vasitəsidir. Xalq yalnız ordu mövcud olduqda öz ayağı üstə dayanar». (Nəhcül-bəlağə, məktub 53)
     1144. İmam Əlinin (ə) həmin fərmanından: «Səninçün ordu başçılarının ən seçilmişi o şəxs olmalıdır ki, başqalarına əl tutsun, özlərini və qoyub gəldikləri ailələrini yaxşı təmin etmələri, nəticədə hamılıqla cihadda və düşmənlə mübarizədə yekdil olmaları üçün əlində olanı onlara versin. Çünki, sənin onlarla mehriban olmağın onların qəlblərini sənə qarşı mehriban edər..…Onların arzularını yerinə yetir, onları həmişə tərifləyərək qiymətləndir, çətinlik çəkənlərin zəhmətlərini qeyd et. Yaxşı işlərini çox xatırlamaq Allahın istəyi ilə igidlərini qaldıracaq və iradəsi süst olan qorxaqları təşviq edəcəkdir». (Nəhcül-bəlağə, məktub 53)
     1145. İmam Əli (ə): «Öz ordusuna kömək etməkdən əl çəkən şəxs düşmənlərinə kömək edib». (Ğurərul-hikəm, hədis 8329)
     1146. İmam Əli (ə):«Ordunun bəlası başçılara itaətsizlikdir». (Ğurərul-hikəm, hədis 3932)
     356. Allahın orduları
     Quran:
     «Göylərdəki və yerdəki ordular Allaha məxsusdur. Allah bilən və hikmət sahibidir».(Fəth surəsi, ayə 4-7)
     «Rəbbinin ordularını özündən başqası bilməz». (Müddəssir surəsi, ayə 31)
     «Əgər siz Peyğəmbərə kömək etmirsinizsə, ona mütləq Allah kömək etmişdir……O vaxt Allah ona bir rahatlıq nazil etmiş, onu sizin görmədiyiniz ordularla gücləndirmişdi».(Tövbə surəsi, ayə 40)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhrö

Category: Ordu | Added by: IslamQadini (2011-04-08)
Views: 873 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]