Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Paxıllıq |
Paxıllıq
Mizanul-hikmət 101. Paxıllıq 526. Paxıllıq Quran: «Paxılın həsəd çəkən zaman şərrindən və zərərindən (Allaha pənah aparıram)». (Fələq surəsi, ayə 5) Hədis: 1600. Allahın Peyğəmbəri (s): «Allah-Taala Musa ibn İmrana (ə) buyurmuşdur: «Həqiqətən, paxıl olan şəxs mənim nemətlərimdən narahat və bəndələrim üçün böldüyüm qismətə etiraz edəndir». (əl-Kafi, c.2, səh.307, hədis 6) 1601. İmam Əli (ə): «Paxıllıq ruhun zindanıdır».(Ğurərul-hikəm, hədis 372, 332, 5242) 1602. İmam Əli (ə): «Paxıllıq ən pis xəstəlikdir».(Ğurərul-hikəm, hədis 332) 1603. İmam Əli (ə): «Paxıllıq alçaqlıqların başıdır».(Ğurərul-hikəm, hədis 5242) 1604. İmam Əli (ə): «Afərin paxıllığa! Nə ədalətli peşədir! Hamıdan əvvəl öz sahibini öldürər». (Şərhi Nəhcül-bəlağə, c.1, səh.316) 1605. İmam Əli (ə): «Paxıllığın səmərəsi dünya və axirətdə bədbəxtlikdir». (Ğurərul-hikəm, hədis 4632) 1606. İmam Əli (ə): «Paxıl paxıllığını çəkdiyi şəxsin nemətini itirməsini özü üçün nemət bilər». (Ğurərul-hikəm, hədis 1832) 1607.İmam Əli (ə): «Məzluma paxıl qədər bənzəyən zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəmi daimidir». (Biharul-ənvar, c.73, səh.256, hədis 29) 1608. İmam Əli (ə): «Paxılın (öz paxıllığından) çəkdiyi ona bəsdir». (Müstədrəkul-vəsail, c.12, səh.17, hədis 13388) 1609. İmam Əli (ə): «Paxıl çox təssüflənər və günahları ikiqat artar». (Ğurərul-hikəm, hədis 1520) 1610. İmam Əli (ə): «Paxıl ağalıq etməz». (Ğurərul-hikəm, hədis 1017) 527. Hər bir dövlətlinin paxıllığını çəkərlər 1611. Allahın Peyğəmbəri (s): «Öz ehtiyaclarınızı ödəməkdə məxfilikdən kömək alın, çünki, hər bir nemət sahibinə həsəd apararlar». (Nəhcül-bəlağənin şərhi, c.1 səh.306) 528. Paxıllıq və iman 1612. İmam Baqir (ə): «Alov odunu yediyi kimi, paxıllıq da imanı yeyər». (əl-Kafi, c.2, səh.306, hədis 1) 1613. İmam Sadiq (ə): «Bir-birinizə paxıllıq etməkdən çəkinin, çünki, küfrün kökü paxıllıqdır». (əl-Kafi, c.8, səh.8, hədis 1) 529. Paxılın nişanəsi 1614. İmam Sadiq (ə): «Loğman öz oğluna dedi: Paxılın üç nişanəsi var: Adamın dalınca qeybət edər, üz-üzə olanda yaltaqlanar və başqalarının çətinliklərinə şad olar».(əl-Xisal, səh.121, hədis 113) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 1519 | Rating: 2.0/1 |
Total comments: 0 | |