Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Peşə |
Peşə
Mizanul-hikmət 97. Peşə 500. Peşə 1519. Allahın Peyğəmbəri (s): «Allah-Taala mömin, öz peşəsinin ustası olan və işləyən bəndəni sevir». (Kənzul-ummal, hədis 9199) 1520. «Əl-xisal»: «Allahın Rəsulu (s) bir kimsəyə baxanda və ondan xoşu gələndə buyurardı: «Peşəsi də varmı?» Əgər «xeyr» desəydilər buyurardı: «Gözümdən düşdü» Ərz edərdilər: «Niyə, ey Allahın Rəsulu?» Buyurardı: «Əgər möminin bir peşəsi və məşğuliyyəti olmazsa öz dinini dolanışıq vasitəsinə çevirəcək».(Camiul-əxbar, səh.390, hədis 1084) 1521. İmam Əli (ə): «Ticarətlə məşğul olun ki, sizi xalqın malından ehtiyacsız edər və Allah-Taala peşəkar, işində düz olan bəndəni sevər». (əl-Xisal, səh.621, hədis 10) 1522. «Müstədrəkul-Vəsail»: «İmam Sadiq (ə) səhabələrin birindən peşəsi barəsində soruşdu. Səhabə ərz etdi ki, «sənə fəda olum, mən ticarətdən kənara çəkilmişəm». Buyurdu: «Niyə?» Ərz etdi: «Bu işin baş verməsini (sizin hökumətinizin qurulmasını) gözləyirəm».O Həzrət (ə) buyurdu: «Bu sizdən gözlənilməyən bir hərəkətdir, (çünki) sərvətiniz əldən gedir. Ticarətdən əl çəkmə, Allahın fəzilət və bərəkətini axtar, dükanını aç, mallarını doldur, işini genişləndir və Allahdan ruzi istə». (Müstədrəkul-Vəsail, c.13, səh.10, hədis 14578) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 1038 | Rating: 0.0/0 |
Total comments: 0 | |