Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Qəddarlıq |
Qəddarlıq
![]() 61. Qəddarlıq 320. Qəddarlığın pislənilməsi və qəddarların sifəti 1036. Allahın Peyğəmbəri (s): «La ilahə illəllah» deməkdən boyun qaçıran hər kəs haqqa qarşı çıxan qəddardır». (ət-Tovhid, səh.22, hədis 9) 1037. Allahın Peyğəmbəri (s): «Qiyamətdə qəddarlar və təkəbbürlülər məhşərə qarışqa şəklində gələcəklər və Allah yanında xar, dəyərsiz olduqları üçün camaat onları tapdayıb əzəcək». (Tənbihul-xəvatir, c.1, səh.199) 1038. İmam Əli (ə): «Zorba təbiətli adamın əməli pak və öyünməli deyil». (Ğurərul-hikəm, hədis 10587) 1039. İmam Əli (ə): «Mənimlə zorba adamlarla danışılan kimi danışmayın və məndən tez əsəbləşən hakimlərdən çəkinilən kimi çəkinməyin. Mənimlə süni rəftar etməyin». (Nəhcül-bəlağə, xütbə 216) 1040. İmam Sadiq (ə): «Qiyamət günü Allaha ən uzaq insanlar qəddarlar olacaq». (Vəsailuş-şiə, c.11, səh.304, hədis 7) 321. Qəddarların aqibətlərinin pis olması 1041. İmam Əli (ə): «Kim qəddarlıq etsə sındırılar». (Ğurərul-hikəm, hədis 7697) 1042. İmam Əli (ə): «Kim qəddarlıq etsə Allah onu xar edib alçaldar». (Ğurərul-hikəm, hədis 8471) 1043. İmam Əli (ə): «Allahın bəndələrinə qarşı qəddarlıqdan çəkin. Çünki, Allah qəddarlıq yolunu tutan hər kəsi sındırar». (Ğurərul-hikəm, hədis 2695) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 846 | Rating: 0.0/0 |
Total comments: 0 | |