«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 12:36 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Qəm

Qəm
Mizanul-hikmət 
99. Qəm
509. Qəm
1545. Məsih (ə) : «Çox qəmli olanın bədəni xəstə olar».(Əmali, Şeyx Səduq, səh.436, hədis 3)
     1546. İmam Əli (ə): «Qəm-kədər qocalığın yarısıdır».(Tuhəful-uqul, səh.214)
     1547. İmam Əli (ə): «Qəm bədəni əridər». (Ğurərul-hikəm, hədis 1039)
     1548. İmam Sadiq (ə): «Xəstəliklər bədənin naxoşluğu olduğu kimi, qəm-qüssələr də qəlbin naxoşluğudur».(əd-Dəvat, səh.118, hədis 276)
     510. Qəm gətirən amillər
     1549. Allahın Peyğəmbəri (s): «Gözü xalqın əlində olan kəsin qəm-qüssəsi uzun və təəssüfü çox olar».(Əlamud-Din, səh.294)
     1550. Allahın Peyğəmbəri (s): «Nə çoxdur özündən sonra uzun qəm-qüssə qoyan bir anlıq keçici istək və ləzzətlər». (Əmali, Tusi, səh.533, hədis 1162)
     1551. İmam Əli (ə): «Kim ziyan vurmaq qüdrəti olmadığı şəxsə qəzəblənsə, qəmi uzun və özünə əzab vermiş olar». (Tuhəful-uqul, səh.99)
     1552. İmam Əli (ə): «Həsəd çəkən şəxs qədər məzluma daha çox oxşayan zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəm-qüssəsi daimidir». (Biharul-ənvar, c.73, səh.256, hədis 29)
     1553. İmam Əli (ə): «Əməlində səhlənkarlıq edən qəm-qüssəyə düçar olar». (Nəhcül-bəlağə, hikmət 127)
     1554. İmam Əli (ə): «Hövsələsizlik etməkdən çəkin ki, o ümüdü kəsər, əməli zəiflədər və qəm gətirər». (Dəaimul-İslam, c.1, səh.223)
     511. Qəm-qüssəni aparan amillər
     Quran: 
     «Bilin ki, Allahın dostlarına qorxu yoxdur və onlar qəmli olmazlar». (Yunu surəsi, ayə 62)
     Hədis: 
     1555. Allahın Peyğəmbəri (s): «Allah öz hikmət və lütfünə əsasən rahatlığı və şadlığı yəqinlik və razılıqda, qəm-qüssəni şəkkdə və (Allahdan) narazı olmaqda qərar verdi».(Tuhəful-uqul, səh.6)
     1556. Allahın Peyğəmbəri (s): «Ey insanlar! Dünya qəm sarayıdır, şadlıq sarayı deyil. Çətinlik sarayıdır, rahatlıq sarayı deyil. Beləliklə, onu tanıyan şəxs ümidlə şad və çətinliklə qəmgin olmaz». (Əlamud-Din, səh.343)
     1557. Allahın Peyğəmbəri (s): «La hövlə və la qüvvətə illa billah» cümləsi doxsan doqquz dərdə şəfadır ki, onların ən sadəsi qəm-qüssədir». (Qurbul-isnad, səh.76, hədis 244)
     1558. İbni Abbas: «Allahın Rəsulunun (s) sözündən sonra, heç bir sözdən Əli ibn Əbutalibin (ə) mənə yazdığı məktub qədər bəhrələnmədim. O mənə yazmışdı: (Allaha həmd etdikdən sonra buyurdu) «İnsan, çata bilmədiyi bir şeyə çatmadığına görə qəmlənir və çatması mümkün olmayan bir şeyə çatdığına görə sevinir. Öz axirətindən bir şeyə çatanda şad ol və öz axirətindən bir şeyi əldən verməyinə qəmlən. Öz dünyandan bir şeyə yetişəndə sevinmə və ondan bir şeyi itirməyinə kədərlənmə. Öz qəm-qüssəndən, ölümdən sonra üçün istifadə et. Vəssəlam». (Mətalebus-suul, səh.55)
     1559. İmam Əli (ə): «Yəqinlik qəm-qüssəni necə də gözəl yox edir». (Biharul-ənvar, c.77, səh.211, hədis 1)
     1560. İmam Əli (ə): «Paltarları yumaq qəm-qüssəni aparar». (əl-Xisal, səh.612, hədis 10)
     1561. İmam Sadiq (ə): «Əgər hər şey qəzavü-qədərə bağlıdırsa, onda qəm-qüssə nəyə lazım?» (Əmali, Şeyx Səduq, səh.16, hədis 5)
     1562. İmam Sadiq (ə): «Peyğəmbərlərdən biri Allahın dərgahına qəm-qüssədən şikayət etdi. Allahdan ona əmr gəldi ki, üzüm yesin». (əl-Məhasin, c.2, səh.362, hədis 2262)
     1563. İmam Sadiq (ə): «Hər kəs özündə qəm-qüssə hiss etsə və bunun səbəbini bilməsə başını yusun». (əd-Dəvat, səh.120, hədis 284)
      512. Zahirən dəlili olmayan şadlıq və qüssənin səbəbi 
     1564. Əbu Bəsir: «Şiələrdən biri ilə İmam Sadiqin (ə) yanına gəldik. O Həzrətə (ə) ərz etdim: «Sənə fəda olum, ey Allah Rəsulunun övladı! Mən (bəzən) səbəbini bilmədən qəmgin və qüssəli oluram! İmam Sadiq (ə) buyurdu: «O qəm və şadlıq bizdən sizə yetişir. Əgər bizə bir qüssə və ya şadlıq üz verərsə sizə də çatar. Çünki, biz (Əhli-Beyt) və sizlər Allahın nurundanıq». (İləluş-şəraye, səh.93, hədis 2)
     1565. «Biharul-ənvar» kitabından: «Rəvayət edirlər ki, Alimdən (ə) soruşdular:«Bir nəfər səbəbini bilmədən qəmgin olur? Buyurdu: «Əgər ona qəm yetişsə bilsin ki, qardaşının qəm-qüssəsi var. Eləcə də, səbəbsiz yerə şad olsa da bu cürdür. Buna görə, qardaşların haqlarını yerinə yetirməkdə Allahdan kömək diləyirik». (Biharul-ənvar, c.74, səh.227, hədis 2)
     513. Bəyənilən qəm-qüssə
     1566. Allahın Peyğəmbəri (s): «Allah-Taalaya uzun qəm-qüssə kimi (Allahın bəyəndiyi) bir şeylə ibadət olunmayıb». (Məkarimul-əxlaq, c.2, səh.367)
     1567. İmam Səccad (ə): «Allah-Taala qəmli qəlbləri sevər». (əl-Kafi, c.2, səh.99, hədis 30)
     1568. İmam Sadiq (ə): «Mömin səhərini, axşamını qəm-qüssə ilə keçirər və bundan başqa onun üçün xeyirli, məsləhətli bir şey yoxdur». (əd-Dəvat, səh.287, hədis 18)
     1569. İmam Sadiq (ə): «Bizdən ötrü narahatlıq keçirən və bizə yetişən zülmə görə qəmli olan kimsənin nəfəs çəkməyi (Allaha) təsbih və bizə görə qəmlənməyi ibadətdir».(əl-Kafi, c.2, səh.226, hədis 16)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Qəm | Added by: IslamQadini (2011-05-24)
Views: 1043 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]