Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Qorxaqlıq |
Qorxaqlıq
![]() 62. Qorxaqlıq 322. Qorxaqlıq 1044. İmam Əli (ə): «Qorxaqlıq çatışmazlıqdır». (Nəhcül-bəlağə, hikmət 3) 1045. İmam Əli (ə): «Qorxaqlıq, hərislik və simiclik eyb və nöqsan kimi sifətlərdən pak, uzaq olan Allaha qarşı bədgümanlıqdan yaranan pis xislətlərdir».(Ğurərul-hikəm, hədis 1837) 1046. İmam Əli (ə): «Qorxaqlıqdan uzaq olun ki, o, ar və nöqsandır». (Ğurərul-hikəm, hədis 2582) 1047. İmam Əli (ə): «Çox qorxaq olmaq ruhun acizliyi və yəqinin süstlüyündəndir». (Ğurərul-hikəm, hədis 5773) 1048. İmam Həsən (ə) «qorxaqlıq nədir?» sualının cavabında: «Dosta qarşı cəsarətli olmaq və düşmənin qabağından qaçmaq». (Tuhəful-uqul, səh.225) 323. Qorxaq və müharibə 1049. Allahın Peyğəmbəri (s): «Qorxağın iki əcr və savabı var». (Kənzul-ummal, hədis 11298) 1050. İmam Əli (ə): «Tez qaçacağına görə qorxağın müharibəyə getməsi rəva deyil. Əksinə, nə ilə vuruşmaq istəməsinə baxmalı və onu başqasının ixtiyarına verməlidir. Belə olan halda həmin döyüşçünün əcr və savabı qədər savab qazanar və onun (döyüşçünün) əcrindən də heç nə azaldılmaz». (Biharul-ənvar, c.100, səh.49, hədis 16) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 1293 | Rating: 0.0/0 |
Total comments: 0 | |