Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Şəhər |
Şəhər
![]() 48. Şəhər 247. Pak şəhər Quran: «Pak şəhər və bağışlayan Rəbb». (Səba surəsi, ayə 15) «Onlar ilə bərəkət verdiyimiz abadlıqlar arasında bir-birinə birləşik abadlıqlar və onlarda məlum yol müəyyənləşdirmişik. Odur ki, gecələri və gündüzləri həmin şəhər və kəndlərdə qorxusuz gəzib dolanın». (Səba surəsi, ayə 18) Həmçinin müraciət et: Ənbiya 71, 81; Muminun 50; Qəsəs 29, 30; Naziat 16; Bələd 1, 2; Tin 1-3. 248. Böyük şəhərlərdə yaşayın 847. İmam Əli (ə) Haris Həmdaniyə yazdığı məktubda buyurmuşdur:«Böyük şəhərlərdə məskunlaş. Çünki onlar müsəlmanların bir yerə toplaşdıqları məkandır. İnsanları nadan və kobud olan yerlərdən uzaqlaş».(Nəhcül-bəlağənin şərhi, ibn Əbil Hədid, c.18, səh.42) 249. Şəhərlərin ən yaxşısı 848. İmam Əli (ə): «Sənin üçün bir şəhər digərindən üstün deyil. Şəhərlərin ən yaxşısı səni öz çiyinlərində aparandır (rifah və asayiş ilə yaşadığın şəhərdir)». (Nəhcül-bəlağənin şərhi, ibn Əbil Hədid, c.20, səh.90) 250. Bütün şəhərlərin əhalisinin zəruri ehtiyacı 849. İmam Sadiq (ə): «Bütün şəhərlərin əhalisinin öz dünya və axirət işlərində müraciət etmələri üçün üç şeyə ehtiyacı var və əgər həmin şeylərə malik olmasalar nadanlıq və intizamsızlığa düçar olacaqlar: savadlı və təqvalı fəqihə, yaxşı və itaət edilən başçı və hakimə, mahir və etibarlı həkimə». (Tuhəful-uqul, səh.321) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
| |
Views: 735 | Rating: 0.0/0 |
Total comments: 0 | |