Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Səxavət |
Səxavət
Mizanul-hikmət 83. Səxavət 406. Səxavət 1296. İmam Əli (ə): «Əldə etdiyin hər şeyi bəxşiş et ki, hörmətin olsun». (Ğurərul-hikam, hədis 4716) 1297. İmam Əli (ə): «Səxavət insanı əleyhdarlarına da sevdirər, simiclik isə hətta, övladlarında da ona qarşı nifrət oyadar». (Ğurərul-hikam, hədis 4729) 1298. İmam Əli (ə): «Səxavət alicənablıqdan irəli gəlir». (əl-İrşad, c.1, səh.303) 1299. İmam Əli (ə): «Səxavət əsl başucalığıdır».(Ğurərul-hikam, hədis 330) 1300. İmam Hüseyn (ə): «Səxavətli olan ağa olar».(Kəşful-ğummə, c.2, səh.242) 407. Ən böyük səxavət 1301. Allahın Peyğəmbəri (s): «Ən səxavətli insan öz canını və malını Allah yolunda bəxş edəndir».(Nəvaderul-Ravəndi, səh.20) 1302. İmam Əli (ə): «Ən böyük səxavət yoxsul vaxtı bəxşiş etməkdir». (Ğurərul-hikam, hədis 3185) 1303. İmam Hüseyn (ə): «Ən səxavətli insan, ona ümid bəsləməyənə bəxşiş edəndir».(Kəşful-ğummə, c.2, səh.242) 408. Səxavətli insanın xüsusiyyəti 1304. İmam Sadiq (ə): «Səxavətli insanın üç xüsusiyyəti var: Varlı və kasıb vaxtında öz malından bəxşiş edər, mustəhəqqə (yəni, şəriət baxımından yardım düşən şəxsə) bəxşiş edər və yaxşılığının müqabilində ona edilən təşəkkürü bəxşiş etdiyi şeydən daha üstün və qiymətli bilər». (Biharul-ənvar, c.78, səh.231, hədis 27) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 941 | Rating: 0.0/0 |
Total comments: 0 | |