Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Əsir |
Əsir
Əsir
60.Əsir kimi təslim olmaq rəva deyil. 178.İmam Əli (ə):«Kim ağır yaralanmadan əsir kimi təslim olsa, onun azad olunması üçün beytül-maldan fidyə (əsirin azad olunması üçün ödənilən mal) verilməməlidir. Əgər onun ailəsi istəsə onun fidyəsi öz malından ödənilməlidir.»[192] 179.İmam Sadiq (ə):«Allahın Peyğəmbəri (s) Əlini (ə) bəraəti[193] elan etmək üçün göndərəndə, onunla birlikdə bir dəstə də göndərdi və onlara belə buyurdu: Kim ağır yaralanmadan əsir kimi təslim olsa bizdən deyil.»[194] 61.Əsirlə yaxşı rəftar etmək. Quran: «Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər»[195] «(Ya Peyğəmbər!) Əlinizdə olan əsirlərə de: Əgər Allah ürəklərinizdə bir yaxşılıq olmasını bilsə sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah bağışlayan və rəhm edəndir.»[196] Hədis: 180.İmam Əli (ə):«Əsirə yemək vermək və onunla xoş davranmaq vacib haqlardandır, hətta onu sabah öldürməli olsan belə!»[197] 181.İmam Əli (ə) İbn Mülcəm onu yaraladıqdan sonra Həsən və Hüsey¬nə (ə) buyurdu:«Bu əsiri zindana salın, ona yemək və su verin və əsirlikdə onun¬la xoş davranın.»[198] 182.İmam Sadiq (ə):«Əsirə yemək vermək onu əsir götürmüş şəxsin boynunda olan haqdır, hətta o sabah öldürülməli olsa belə! Əsirin kafir və qeyri-kafir olmasından asılı olmayaraq ona su və yemək verilməli (və kölgədə saxlanılmalıdır) və onunla mülayim davranılmalıdır.»[199] 183.İmam Sadiq (ə):«Əli (ə) zindana salınan şəxsə müsəlmanların beytül-malından yemək verərdi.» Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri
| |
Views: 735 | Rating: 0.0/0 |
Total comments: 0 | |