«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 11:38 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Təcrübə

Təcrübə
Mizanul-hikmət 
64. Təcrübə
326. Təcrübə
1055. İmam Əli (ə): «Təcrübələr qazanılan elmlərdir».(Ğurərul-hikəm, hədis 1036)
     1056. İmam Əlinin (ə) əziz oğluna tövsiyyəsindən: «Qəlbin daşlaşmamış və fikrin (başqa şeylərə) məşğul olmamış sənə ədəb öyrətməyə başladım ki, möhkəm düşüncənlə təcrübə edənlərin axtarıb sınaqdan keçirdikləri şeyə üz tutasan və beləliklə, də, axtarmağın əziyyəti sənin üzərindən götürülsün və təcrübə etməkdən azad olasan». (Tuhəful-uqul, səh.70)
     1057. İmam Əli (ə): «İşləri təcrübədən çıxarmayan aldanar». (Biharul-ənvar, c.77 səh.420, hədis 40)
     1058. İmam Əli (ə): «Kim düzgün təcrübə öyrənsə ölüm-itimlərdən salamat çıxar, təcrübələrdən ehtiyacsız olmağa çalışansa işlərin sonunu görməz». (Ğurərul-hikəm, hədis 8040-8680)
     1059. İmam Əli (ə): «İnsanın ədəbləndirilməsi və tənbehi üçün təcrübələr kifayət edər». (Ğurərul-hikəm, hədis 7016)
     1060. İmam Əli (ə): «İnsanın fikir və düşüncəsi onun təcrübəsi qədərdir». (Ğurərul-hikəm, hədis 5426)
     1061. İmam Sadiq (ə): « …..Təcrübəsi az olan özbaşına şəxs heç vaxt heç yerdə rəhbərliyə tamah salmamalıdır». (əl-Xisal, səh.434, hədis 20)
     327. Təcrübə və ağıl
     1062. İmam Əli (ə): «Ağıl elm və təcrübə ilə artan şüurdur». (Ğurərul-hikəm, hədis 1717)
     1063. İmam Əli (ə): «Ağıl təcrübələri yığıb qorumaqdır». (Ğurərul-hikəm, hədis 673)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Təcrübə | Added by: IslamQadini (2011-03-28)
Views: 1113 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]