Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Təhqir |
Təhqir
Mizanul-hikmət 107. Təhqir 543. Xalqı xar hesab etməyin qadağan olunması 1645. Loğman (ə) övladına xitabən: «Oğlum! Heç kəsi köhnə libas geydiyinə görə xar hesab etmə, çünki, sənin və onun da Rəbbi birdir». (Biharul-ənvar, c.72, səh.47, hədis 57) 1646. Allahın Peyğəmbəri (s): Sizlərdən heç kim Allahın bəndələrindən kimsəni xar və dəyərsiz saymamalıdır. Çünki onlardan hansı birinin Allahın dostu və vəlisi olduğunu bilmirsiniz». (Biharul-ənvar, c.75, səh.147, hədis 21) 1647. İmam Sadiq (ə): «Hər kəs yoxsul mömini təhqir etsə, bu təhqirdən əl çəkənədək Allah-Taala həmin şəxsi daim xar edər və onu özünə düşmən bilər». (əl-Təmhis, səh.50, hədis 89) 544. Möminə qarşı təhqirdən çəkindirmək 1648. Allahın Peyğəmbəri (s): «Hər kəs mömin qadın və kişini yoxsulluğa yaxud da malının azlığına görə xar və təhqir edərsə, Allah-Taala Qiyamət günü onu camaat arasında nümayiş və sonra da rüsvay edər». (Biharul-ənvar, c.72, səh.44, hədis 52) 1649. Allahın Peyğəmbəri (s): «Heç bir müsəlmanı alçaldıb təhqir etmə. Çünki onların ən kiçiyi də Allah yanında böyükdür». (Tənbihul-xəvatir, c.1, səh.31) 1650. Allahın Peyğəmbəri (s): «Adəm övladının pis olması üçün öz müsəlman qardaşını alçaltması kifayət edər». (Tənbihul-xəvatir, c.2, səh.122) 1651. İmam Sadiq (ə): «Allah-Taala buyurur: «Hər kəs Mənim dostlarımdan birini xar hesab edərsə, mənimlə müharibəyə hazırlaşmışdır və Mən öz dostlarımın köməyinə ən tez çatanam». (əl-Kafi, c.2, səh.351, hədis 5) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 1041 | Rating: 5.0/2 |
Total comments: 0 | |