«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 4:17 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Təqliğat

Təbliğat
Mizanul-hikmət 
50. Təbliğat
254. Təbliğatın əhəmiyyəti
Quran:
     «Möminlərin hamısının (cihada) getmələri rəva və caiz deyil. Bəs nə üçün hər tayfadan bir dəstə getmir ki, (başqa bir dəstə) dərin elm əldə etmək üçün (qalsın,) tayfaları onların yanına qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (Allahın əzabından) çəkinsinlər». (Tövbə surəsi, ayə 122)
     Hədis:
     858. Allahın Peyğəmbəri (s): «Agah olun, mən bu sözü təkrar edirəm: «Bilin! Namaz qılın, zəkat verin, əmr be məruf (yaxşı işlərə dəvət edin) və nəhy əz münkər edin (pis işlərdən çəkindirin). Bilin ki, əmr be məruf və nəhy əz münkərin əsası onun mənim sözümlə nəticələnməsidir. Onu burada olmayana çatdırın, həmin şəxsə onu qəbul etməsini əmr edin və ona qarşı çıxmaqdan çəkindirin. Çünki o, Allah tərəfindən olan bir göstərişdir». (əl-İhticac, c.1, səh.157, hədis 32)
     859. Allahın Peyğəmbəri (s): «Ey Əli! Əgər Allah sənin əlinlə bir insanı hidayət etsə, bu sənin üçün günəşin üzərinə işıq saçdığı hər bir şeydən daha yaxşıdır». (Mustədrəkus-səhiheyn, c.2, səh.691, hədis6537)
     860. Allahın Peyğəmbəri (s): «Allahı camaata sevdirin ki, Allah da sizi sevsin». (əl-Mucəmul-kəbir, c.8, səh.91, hədis 7461)
     861. Allahın Peyğəmbəri (s): «Kimin əli ilə bir nəfər İslamı qəbul etsə,Cənnət ona vacib olacaqdır». (əl-Mucəmul-kəbir, c.17, səh.285, hədis 786)
     862. Allahın Peyğəmbəri (s): «Doğru yola dəvət edən hər bir kəsə, ona tabe olanların mükafatlarından bir şey azaldılmadan, onların mükafatlarının misli veriləcəkdir». (əl-Muvətəə,c.1, səh.218, hədis 41)
     863. Allahın Peyğəmbəri (s): «Ümmətimin ən yaxşısı bəndələri Allah-Taalaya tərəf dəvət edən və onları Onunla dostlaşdırandır». (Kənzul-ummal, hədis 28779)
     864. Şərif ibn Sabiq Tiflisi Həmmad Səmdəridən nəql edir ki, İmam Sadiqə (ə) dedim: «Mən müşriklərin şəhərlərinə gedirəm. Bəzi dostlarım deyirlər: «Əgər orada ölsəniz məhşərdə onlarla birlikdə olacaqsınız?» Həmmad deyir: «İmam Sadiq (ə) mənə buyurdu: «Ey Həmmad, orada olanda bizim məsələmizi (imamətimizi) xatırlayır və (camaatı) ona tərəf dəvət edirsən?» Həmmad deyir: Dedim: «Bəli». İmam Sadiq (ə) buyurdu: «Bu şəhərlərdə - İslam şəhərlərində - olanda necə bizim məsələmizi xatırlayır və ona də‘vət edirsən?» Həmmad deyir: Dedim: «Xeyr!» İmam mənə buyurdu: «Əgər sən orada (müşriklərin şəhərlərində) ölsən təkbaşına bir ümmət kimi məhşərə gələcəksən və sənin nurun səndən qabaqda hərəkət edəcək». (Əmali-Tusi, səh.46, hədis 54)
     255. Təbliğatçıya vacib olan şeylər
     1. Dərin dini elm
     865. Allahın Peyğəmbəri (s): «Allah-Taalanın dininə yalnız onun bütün cəhətlərindən xəbərdar olan şəxs kömək edər». (əl-Firdovs, c.1, səh.234,hədis 897)
     2. Əhli-Beytin kəlamına əsaslanmaq
     866. Əbdüssalam ibn Saleh Hərəvi: «İmam Rzanın (ə) belə buyurduğunu eşitdim ki: Allah bizim işimizi dirçəldən bəndəyə rəhmət etsin! Dedim: «Sizin işinizi necə dirçəltsin? İmam buyurdu:«Bizim elmimizi öyrənib camaata öyrətsin. Əgər insanlar bizim kəlamlarımızın gözəlliyini bilsəydilər, bizə tabe olar, arxamızca gələrdilər». (Məanil-əxbar, səh.180, hədis 1)
     3. İxlas (niyyət saflığı)
     Quran:
     «Mən bunun (risalətin təbliğinin) müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir». (Şuəra surəsi, ayə 145) 
     Hədis:
     867. Allahın Peyğəmbəri (s): «Allah xütbə oxumuş hər bir bəndədən onun həmin xütbədə məqsədinin nə olmasını soruşacaq». (əz-zöhd. ibn Hənbəl, səh.391) 
     4. Şücaət
     «O kəslər ki, Allahın tapşırıqlarını çatdırırlar, Ondan qorxurlar və Allahdan başqa heç kəsdən qorxmurlar. Allah hesab çəkməyə kifayətdir». (Əhzab surəsi, ayə 39)
     868. Allahın Peyğəmbəri (s): «Haqqı de və Allah yolunda heç bir qınayanın töhmətindən qorxma». (Hilyatul-övliya, c.1, səh.241)
     869. Allahın Peyğəmbəri (s): «Məbada camaatdan qorxmaq sizlərdən haqqı görmüş və ya şahid olmuş kəsin haqqı deməsinə mane olsun. Çünki haqqı demək və ya «böyük işi» (axirəti) xatırlamaq nə ölümü yaxınlaşdırır, nə də ruzini uzaqlaşdırır». (Musnəd ibn Hənbəl, c.4, səh.102, hədis 11474)
     5. Doğruluq
     870. Misbahuş-şəriət kitabında İmam Sadiqin (ə) belə buyurması nəql olunub ki: «Ən gözəl öyüd sözün, doğruluğun sərhəddini və əməlin, ixlasın hüdudlarını aşmamasıdır».(Misbahuş-şəriət, səh.395)
     871. Əmr ibn əbu Miqdam: «İmam Baqir (ə) ilk dəfə onun hüzuruna daxil olarkən mənə belə buyurdu: «Danışmamışdan qabaq doğruluğu öyrənin». (əl-Kafi, c.2, səh.104, hədis 4)
     6. Mülayimlik
     872. Allahın Peyğəmbəri (s): «Asanlaşdırın çətinləşdirməyin, rahatlaşdırın nifrət yaratmayın!» (Səhihu Buxari, c.5, səh.2269, hədis 5774)
     873. Allahın Peyğəmbəri (s): «Risalətin təbliğinə məmur olunduğum kimi camaatla mülayim olmağa da əmr olunmuşam». (Tuhəful-uqul, səh.48)
     874. İmam Sadiq (ə) Ömər ibn Hənzələyə xitab edərək buyurmuşdur: «Ey Ömər, bizim şiələrimizin çiyinlərinə (ağır) yük qoymayın və onlarla mülayim davranın. Çünki insanlar onların çiyinlərinə qoyulanları götürmürlər». (əl-Kafi, c.8, səh.335, hədis 522)
     7. Nəsihət 
     Quran:
     «Rəbbimin risalət və tapşırıqlarını sizə çatdırıram. Mən sizin üçün inanılmış bir nəsihətçiyəm». (Əraf surəsi, ayə 68)
     Hədis:
     875. İmam Əli (ə) Həzrət Peyğəmbərin fəzilətlərini bəyan edərkən buyurmuşdur: «(Allah) onu sərgərdanlıqda azdıqları və fitnədə qərq olduqları bir zamanda göndərdi…..Peyğəmbər (s) nəsihət verməyi son həddinə çatdırdı və doğru yolda hərəkət etdi və (camaatı) hikmət və gözəl öyüdlərə də‘vət etdi». (Nəhcül-bəlağənin, xütbə 95)
     8. Qəlb ilə dilin bir olması
     876. İmam Əli (ə) o Həzrətə məxsus hikmətlərdə buyurmuşdur:«Söz qəlbdən gələndə qəlbə yatar, dildən çıxanda isə qulaqlardan o tərəfə keçməz». (Nəhcül-bəlağənin şərhi, ibn Əbil Hədid, c.20, səh.287, hikmət 279)
     9. Əməl ilə təbliğ
     877. İmam Sadiq (ə): «Camaatı dilinizdən ayrı şeylə yaxşılığa dəvət edin ki, sizdə çalışqanlıq, doğruluq və pəhrizkarlıq görsünlər». (əl-Kafi, c.2, səh.105, hədis 10)
     878. İmam Sadiq (ə): «Allah rəhmət etsin o qövmə ki, çıraq və nur (hidayət) mənbəyidirlər və insanları əməlləri və var gücləri ilə bizə tərəf dəvət edirlər». (Tuhəful-uqul, səh.301)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Təqliğat | Added by: IslamQadini (2011-02-07)
Views: 816 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]