«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 12:03 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Ticarət

Ticarət
Mizanul-hikmət 
55. Ticarət
278. Ticarət
Quran:
     «Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən ticarət istisna olmaqla bir-birinizin mallarını haqsız yerə yeməyin və bir-birinizi öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir». (Nisa surəsi, ayə 29)
     Hədis:
     937. İmam Əli (ə): «Ticarət işləri ilə məşğul olun ki, ticarət sizi başqalarının malından ehtiyacsız edir. Allah-Taala düz olan peşə sahibini sevir». (Vəsailuş-şiə, c.12, səh.4, hədis 6)
     938. İmam Sadiq (ə): «Ticarət etmək ağlı artırar». (əl-Kafi, c.5, səh.148, hədis 2)
     279. Ticarət etməmək
     939. İmam Sadiq (ə): «Ticarət etməmək ağlı zəiflədir».(əl-Kafi, c.5, səh.148, hədis 1)
     940. İmam Sadiq (ə) geyim alveri ilə məşğul olan Məaz ibn Kəsir «mənim özümə görə sərvətim var və bazardan çıxmaq qərarına gəlmişəm» dedikdə buyurmuşdur: «Belə olan halda nəzərin etibardan düşəcək və heç bir işdə səndən kömək istənilməyəcək». (əl-Kafi, c.5, səh.149, hədis 10)
     280. Ticarətin qayda və şərtləri
     941. Allahın Peyğəmbəri (s): «Alver edən şəxs beş işdən - sələmdən, and içməkdən, malın eybini gizlətməkdən, satanda tərifləməkdən və alanda pisləməkdən çəkinməli, əks təqdirdə (deyilənləri etməyəcəyi təqdirdə) alveri tərk etməlidir». (Biharul-ənvar, c.103, səh.95, hədis 18)
     942. İmam Əli (ə): «Qorxaq tacir ruzidən məhrum qalar, cəsarətli tacirin ruzisi olar».(Kənzul-ummal, hədis 9293)
     943. İmam Əli (ə): «Ey tacirlər! Ticarətin hökmlərini öyrənin sonra ticarət edin! Ticarətin hökmlərini öyrənin sonra ticarət edin! Ticarətin hökmlərini öyrənin sonra ticarət edin!» (əl-Kafi, c.5, səh.150, hədis 1)
     944. İmam Əli (ə): «Ey tacirlər! Qazanc və işə başlamamışdan Allahdan xeyir diləyin, alverdə sadə olmaqla Allahdan bərəkət axtarın, alıcılara yaxınlaşın, həlimlik zinəti ilə bəzənin, and içməkdən çəkinin, yalan deməkdən uzaqlaşın, zülm etmək və haqsızlıqdan qorxun, məzlumlarla insaf və ədalətli davranın, sələmin ətrafına fırlanmayın «və ölçü və çəkini kamil edin, camaatın haqqından bir şey kəsməyin və yer üzündə fəsad törədən olaraq dolaşmayın». (Biharul-ənvar, c.78, səh.54, hədis 100)
     945. İmam Sadiq (ə): «Ticarət etmək istəyən hər bir şəxs öz dininin hökmlərini öyrənməlidir ki, halalı haramdan seçə bilsin. Öz dininin hökmlərini öyrənmədən ticarət edən şəxs şübhələr (halal -haramlığı məlum olmayan) bataqlığına yuvarlanar».(Vəsailuş-şiə, c.12, səh.283, hədis 4)
     946. İmam Sadiq (ə): «Bir-biri ilə alver edən iki müsəlmandan biri peşman olub işin pozulmasını istəyən zaman qarşı tərəf onun xahişini qəbul etsə, Allah Qiyamət günü onun səhv və xətalarından keçər». (Vəsailuş-şiə, c.12, səh.287, hədis 4) 
     281. Çəkidə aldatmaq qadağandır
     Quran:
     «Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslərin ki, özləri xalqdan bir şey alan zaman onu tam ölçüb alar, xalq üçün ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər».(Mutəfifun surəsi, ayə 1-3)
     Həmçinin müraciət et: Ənam 152; Hud 84, 85; Şuəra 181-183; ər-Rəhman 7-9
     Hədis:
     947. Allahın Peyğəmbəri (s): «Çəkəndə (müştərinin xeyrinə) ağır çəkin». (Kənzul-ummal, hədis 9442)
     948. İmam Sadiq (ə): «Tərəzi müştərinin xeyrinə ağır olmayınca müştərinin haqqı ödənilməyəcəkdir». (əl-Kafi, c.5, səh.159, hədis 1)
     282. Tacirlərin sədəqə verməyə təşviq edilməsi
     949. Allahın Peyğəmbəri (s): «Ey tacirlər! Alver zamanı Şeytan və günah yanınızdadır. Odur ki, alış-verişinizi sədəqə ilə qarışdırın». (Kənzul-ummal, hədis 9440)
     283. Alış-verişdə asanlıq yaratmaq
     950. Allahın Peyğəmbəri (s): «Allah rəhm etsin o bəndəyə ki, alış-verişdə, borcun verilməsi və alınmasında asanlıq yaradır». (Kənzul-ummal, hədis 9453)
     951. İmam Əli (ə) mal satan bir kişiyə tövsiyə edərək buyurmuşdur: «Allahın Peyğəmbərinin (s) belə buyurmasını eşitdim: Güzəşt və asanlıq yaratmağın özü bir növ mənfəətdir». (Vəsailuş-şiə, c.12, səh.288, hədis 4)
     284. Çənə vurmaq
     952. Allahın Peyğəmbəri (s): «Ey Əli! Dörd şeydə çənə vurma: «Qurbanlığın, kəfənin və qulun alınmasında və Məkkə səfərinin kirayə¬sində». (əl-Xisal, səh.245, hədis 103)
     953. İmam Baqir (ə): «Müştəri ilə çənə vur. Çünki çox pul versə də çənə vurmaq rahatlıq və xatircəmliyə səbəb olur. Alış-verişdə ziyana uğrayan nə tərifə layiqdir, nə də mükafata!» (Vəsailuş-şiə, c.12, səh.335, hədis 2)
     285. Çənə vuranla çənə vurmayan arasında fərq qoymamaq
     954. İmam Sadiq (ə) malının üstünə müəyyən bir qiymət qoyub onu çənə vurmayan müştəriyə həmin qiymətə, malı həmin qiymətə almaq istəməyən buna görə də çənə vuran müştəriyə isə malı artıran şəxs barəsində buyurmuşdur: «Əgər hər ikisinə və üçüncü bir şəxsə (satanda) malı artırsa eybi yoxdur. Amma həmin miqdar malı o qiymətə almaqdan imtina edərək çənə vuran şəxsə belə edir, çənə vurmayana etməyirsə, mən bu cür işi bəyənmirəm.Əlbəttə, malın hamısını bir yerdə topdan satsa bu istisnadır». (əl-Kafi, c.5, səh.152, hədis 10)
     286. Möminin mömindən qazanc götürməsi
     955. İmam Sadiq (ə): «Möminin mömindən qazanc götürməsi sələmdir, bu istisna ilə ki, malı yüz dirhəmdən artıq qiymətə almış olsa, bu halda həmin malın qiymətinin üstünə gündəlik yeməyin miqdarı qədər artır. Yaxud da (mömin mömindən aldığı malı) ticarət etmək üçün almış olsun ki, onda onlardan qazanc götürmək olar. Amma (hər halda) bir-birinizlə mülayim və mehriban davranın». (əl-Kafi, c.5, səh.154, hədis 22)
     956. İmam Sadiq (ə) möminin mömindən qazanc götürməsinin sələm olması barəsindəki rəvayətlə bağlı buyurmuşdur: «Bu haqqın hakim olduğu və biz əhl-beytin Qaim imamı qiyam edən zaman üçündür. Bu gün isə (həmin işi görməyin) eybi yoxdur».(Vəsailuş-şiə, c.12, səh.294, hədis 4)
     287. Yaramaz və pis əməlli tacirlər
     957. Allahın Peyğəmbəri (s): «Tacirlər yaramaz adamlardırlar». (Peyğəmbərə) dedilər: «Ey Allahın Peyğəmbəri, məgər Allah alış-verişi halal etməyib?» Buyurdu: «Bəli, amma bu tayfa alver edən zaman yalan danışır və and içməklə günah edir». (Kənzul-ummal, hədis 9451)
     958. Kənzül-ummal: «İmam Əli (ə) bazara gələr və öz yerində dayanıb buyurardı: «Salam olsun sizə ey bazar əhli! Allahdan qorxun və and içməyin! Çünki and içmək malı rövnəqləndirir və bərəkəti aradan aparır. Düz alıb düz verəni istisna olmaqla, tacirlər yaramaz adamlardır!» (Kənzul-ummal, hədis 10043)
     288. Tacirin doğru danışmağı
     959. Allahın Peyğəmbəri (s): «Doğru danışan və doğru əməl sahibi olan müsəlman tacir Qiyamətdə şəhidlərlə bir yerdə olar». (Kənzul-ummal, hədis 9216)
     960. Allahın Peyğəmbəri (s): «Doğru danışan tacir Qiyamətdə ərşin kölgəsinin altında olacaqdır». (Kənzul-ummal, hədis 9218)
     961. Allahın Peyğəmbəri (s): «Allah üç nəfər(in üzün)ə baxmayacaq: «……öz malını yalandan tərifləyənə». (Biharul-ənvar, c.75, səh.211, hədis 6)
     289. And içməklə malı tərifləmək
     962. İmam Əli (ə): «Ey dəllallar! Az and için! Çünki bu iş malın satılmasına səbəb olsa da,(həqiqi) xeyir və mənfəəti aradan aparar». (əl-Kafi, c.5, səh.162, hədis 2)
     963. İmam Sadiq (ə): «Allah-Taala malını and içməklə satan şəxsə nifrət edər». (Əmali Şeyx Səduq, səh.390, hədis 6)
     290. xirət ticarəti
     Quran:
     «Ey iman gətirənlər! Sizə elə bir ticarət yolu göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O bundan ibarətdir:) Allaha və Onun Peyğəmbərinə iman gətirin və Allah yolunda mal və canınızla cihad edin. Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir». (Səf surəsi, ayə 10-11)
     Hədis:
     964. Allahın Peyğəmbəri (s): «Gözün görən və qəlbinə yatan hər bir şeyi Allaha görə kənara qoy. Budur axirət ticarəti. Çünki Allah buyurub: «Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir». (Biharul-ənvar, c.77, səh.106, hədis 1)
     965. Allahın Peyğəmbəri (s): «Dünya taciri özünü və malını təhlükəyə atır, axirət taciri isə qazanc və mənfəət götürür. Onun ilk qazancı nəfsi, ondan sonra isə uca Cənnət!»(Tənbihul-xəvatir, c.2, səh.120)
     966. İmam Əli (ə): «Saleh əməl kimi ticarət, savab kimi qazanc yoxdur». (Biharul-ənvar, c.69, səh.409, hədis 122)
     967. İmam Əli (ə): «Ən çox qazancı dünyanı verib axirəti alan şəxs əldə edib».(Ğurərul-hikəm, hədis 3076)
     968. İmam Əli (ə): «Kim özünü Cənnətdən başqa bir qiymətə satsa dərdi-sərə düşüb».(Ğurərul-hikəm, hədis 3474)
     969. İmam Əli (ə): «Kim Allaha itaəti öz malı etsə, ticarət etmədən qazanclar ona tərəf gələr». (Ğurərul-hikəm, hədis 8864)
     291. Ticarət mömini Allahı zikr etməkdən və yada salmaqdan yayındırmır
     Quran:
     «O kəslər ki, nə ticarət, nə alış veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar». (Nur surəsi, ayə 37)
     Hədis:
     970. Fiqhur-Rza (ə) kitabında: «Qazanc və ticarətlə məşğul ikən namazın vaxtı çatan zaman alverin səni namazdan saxlamasın. Çünki Allah bəzilərini bu cür vəsf edərək tərifləyib: «O kəslər ki,….. yayındırmaz» Onlar tacir olublar. Amma namazın vaxtı çatan kimi qazanc və alverdən əl çəkərək namaza durardılar. Onların muzd və mükafatı ticarət etməyib namaz qılanlardan çox idi». (Biharul-ənvar, c.103, səh.100, hədis 40)
     292. Ticarət və din
     971. İmam Əli (ə): «Dinini öz dükanı etmiş şəxsin dinindən payı, elə həmin yediyidir».(Tuhəful-uqul, səh.223)
     972. İmam Əli (ə): «Axirət əməli ilə dünya (malı) axtaran şəxs öz məqsədindən daha da uzaqlaşar». (Ğurərul-hikəm, hədis 7901)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Ticarət | Added by: IslamQadini (2011-02-10)
Views: 923 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]