Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Töhmət |
Töhmət
![]() 57. Töhmət 308. Töhmət 1006. İmam Sadiq (ə): «Mömin öz (mömin) qardaşına töhmət vuran zaman iman onun qəlbində duz suda əridiyi kimi əriyər». (əl-Kafi, c.2 səh.361, hədis 1) 1007. İmam Sadiq (ə): «Kim öz din qardaşına töhmət vursa, onların arasında hörmət qalmaz». (əl-Kafi, c.2 səh.361, hədis 2) 309. Töhmətə səbəb olan yerlərə getmək qadağandır 1008. Allahın Peyğəmbəri (s): «Töhmətə ən layiqli şəxs töhmətli adamlarla yoldaşlıq edən kəsdir». (Əmali ,eyx Səduq, səh.28, hədis 4) 1009. İmam Əli (ə): «Töhmətə səbəb olan və barəsində pis gümanlar edilən məclislər(ə getmək)dən çəkin. Çünki pis dost öz yoldaşını aldadır». (Biharul-ənvar, c.75, səh.90, hədis 2) 1010. İmam Əli (ə): «Töhmətə səbəb olan yerlərdə dayanan kəs onun barəsində pis gümana düşən şəxsi məzəmmət etməməli, qınamamalıdır». (Biharul-ənvar, c.75, səh.90, hədis 4) 1011. İmam Əli (ə): «Pis yerlərə get-gəl edən şəxs pis güman və töhmətə məruz qalar». (Biharul-ənvar, c.75, səh.91, hədis 8) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
| |
Views: 815 | Rating: 0.0/0 |
Total comments: 0 | |