Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Ünsiyyət |
Ünsiyyət
![]() 34. Ünsiyyət 204. Ünsiyyət 692. İmam Əli (ə): «Haqdan başqa heç nə ilə ünsiyyətdə olub isinişmə və batildən başqa heç nədən üz döndərmə». (Ğurərul-Hikəm, hədis 10303) 693. İmam Sadiq (ə): «Üç şey ünsiyyət və həmdəmlik amilidir: ailəsi ilə yola gedən arvad, saleh övlad və səmimi dost». (Biharul-Ənvar, c.78, səh.231, hədis 25) 694. İmam Rza (ə): «Çox ünsiyyətdə olmaq heybət və əzəməti aradan aparar». (Əlamud-Din, səh.307) 205. Allahla ünsiyyətdə olmaq
695. Allahın Peyğəmbəri (s): «Kim günah xarlığından itaət başucalığı ilə çıxsa, Allah yoldaş və həmdəmsiz onun həmdəmi olar və mal və sərvətsiz ona kömək edər». (Biharul-Ənvar, c.75, səh.359, hədis 74) 696. İmam Əli (ə): « Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar». (Ğurərul-Hikəm, hədis 8644) 697. İmam Sadiq (ə): «Allah hər bir möminin imanını onun həmdəm və qəlb rahatlığı (amili) edər. Belə ki, əgər dağın zirvəsində olsa, təklik hiss etməsin». (Biharul-Ənvar, c.70, səh.111, hədis 14) 698. İmam Əskəri (ə): «Allahla ünsiyyətdə olan kəs camaatla həmdəm olmaz». (əd-Dürrə əl-Bahirə, səh. 43) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 818 | Rating: 0.0/0 |
Total comments: 0 | |