Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Uzaqgörənlik |
Uzaqgörənlik
Mizanul-hikmət 98. Uzaqgörənlik 503. Uzaqgörənlik 1527. İmam Əli (ə): «Uzaqgörənlik zirəklikdir». (Biharul-ənvar, c.71, səh.339, hədis 8) 1528. İmam Əli (ə): «Uzaqgörən şəxs ehtiyatlı, uzaqgörənliyi tərk edən isə qorxusuz olar». (Ğurərul-hikəm, hədis 7913-7914) 1529. İmam Sadiq (ə): «Uzaqgörənlik gümanın çırağıdır». (Tuhəful-uqul, səh.356) 504. Nəticəni düşünmək 1530. İmam Əli (ə): «Kim sonunu düşünmədən işə başlayarsa, özünü çətinliklərin təhlükəsinə atar».(Tuhəful-uqul, səh.90) 1531. İmam Əli (ə): «İşə başlamamış (nəticəni) düşünmək, səni peşmançılıqdan amanda saxlar».(Uyuni-əxbari Rza (ə), c.2, səh.54, hədis 204) 1532. İmam Əli (ə): «İnsanların ən ağıllısı, onların aqibəti ən çox düşünənidir». (Ğurərul-hikəm, hədis 3367) 505. Uzaqgörənlik və qərar qəbulu 1533. İmam Əli (ə): «Qələbə uzaqgörənlik və güclü iradə ilə qazanılar». (Əvali əla, c.1, səh.292, hədis 164) 1534. İmam Əli (ə): «Uzaqgörənlik olmayan əzm və qərarda xeyir yoxdur». (Ğurərul-hikəm, hədis 10682) 506. Uzaqgörənliyin izahı 1535. İmam Əli (ə): «Uzaqgörənlik aqibəti düşünmək və müdriklərlə məsləhətləşməkdir». (Ğurərul-hikəm, hədis1915) 1536. İmam Əli (ə): «Uzaqgörənliyin kökü, şübhə yarananda dayanmaqdır». (Tuhəful-ugul, səh.214) 1537. İmam Əli (ə): «Sınamamış etimad etmək, uzaqgörənliyə ziddir». (Ğurərul-hikəm, hədis1514) 507. Uzaqgörən 1538. İmam Əli (ə): «Uzaqgörən şəxs odur ki, dünyanın aldadıcı mənzərəsi onu axirət naminə çalışmaqdan çəkindirməsin». (Ğurərul-hikəm, hədis 1984) 1539. İmam Əli (ə): «Uzaqgörən şəxs özünə yaxşı dost seçər. Çünki, insana öz dostu ilə qiymət verilir». (Ğurərul-hikəm, hədis 2026) 1540. İmam Əli (ə): «Uzaqgörən şəxs odur ki, nemət və var-dövlət onu axirət üçün çalışmaqdan saxlamasın». (Ğurərul-hikəm, hədis 1878) 1541. İmam Əli (ə): «Uzaqgörən şəxs odur ki, qəzəbin şölələri şaxə qalxanda cəza verməyi təxirə salsın və ilkin fürsətdə yaxşılığın əvəzini (yaxşılıqla) ödəməyə tələssin».(Ğurərul-hikəm, hədis 2179) 508. Ən uzaqgörən insan 1542. Allahın Peyğəmbəri (s): «Ən uzaqgörən insan, hamıdan çox öz qəzəbinə qalib gələndir». (Əmali, Şeyx Səduq, səh.28, hədis 4) 1543. Allahın Peyğəmbəri (s): «Sizin aranızda ən zirəyiniz ölümü başqalarından daha çox yad edən və ən uzaqgörəniniz ona daha çox hazır olanınızdır». (Əlamud-Din, səh.333) 1544. İmam Əli (ə): «Sizin ən uzaqgörəniniz ən təqvalınızdır». (Ğurərul-hikəm, hədis 2832) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 851 | Rating: 0.0/0 |
Total comments: 0 | |