«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 3:16 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Xəsislik

Xəsislik
Mizanul-hikmət
36. Xəsislik

210. Xəsislik

Quran:
«O kəslər ki, özləri xəsislik edir, başqalarını da xəsisliyə əmr edirlər və Allahın öz lütfündən onlara bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq». (Nisa, ayə 37)
«Bilin, sizi (malınızı) Allah yolunda sərf etməyə də‘vət edirlər. Sizdən Bəziləri xəsislik edirlər. Kim xəsislik etsə, özünə xəsislik edib. Çünki Allah ehtiyacsız, siz isə möhtaclarsınız. Əgər üz döndərsəniz O, sizin yerinizə əsla sizin kimi olmayan bir qövm gətirər». (Muhəmməd, ayə 38)
Həmçinin müraciət edin: Nisa 53; İsra 100; Hədid 24; Qələm 12.
Hədis:

708. İmam Əli (ə): «Xəsislik bütün nöqsanların pis cəhətlərini əhatə edib və o, (xəsis şəxsi) hər bir pisliyə tərəf çəkən bir cilovdur». (Biharul-Ənvar, c.73, səh.307, hədis 36)
709. İmam Əli (ə): «Xəsislik ardır». (Nəhcül-Bəlağə, hikmət 3)
710. İmam Əli (ə): «Xəsislik yoxsulluq kürküdür». (Biharul-Ənvar, c.77, səh.238, hədis 1)
711. İmam Əli (ə): «Əlində olana xəsislik etmək Tanrı barəsində bədgümanlıqdır». (Ğurərul-Hikəm, hədis 1258)
712. İmam Əli (ə): «Malında xəsislik edən kəs xar, dinində xəsislik edən kəs isə başıuca olar». (Ğurərul-Hikəm, hədis 7921,7922)
713. İmam Həsən (ə) atasının ondan «paxıllıq» barəsindəki sualının cavabında buyurmuşdur: «Paxıllıq - əlində olanı şərəf amili sanmaq, (Allah yolunda) xərclənəni isə tələf olub bada getmiş güman etməkdir». (Biharul-Ənvar, c.73, səh.305, hədis 23)
714. İmam Sadiq (ə): «Paxıl Allahın haqqını verməyən və (malını) Allah-Təalanın yolundan başqa yolda xərcləyəndir». (Biharul-ənvar, c.73, səh.305, hədis 25)
715. İmam Sadiq (ə): «Paxıllıq xəsislikdən daha pisdir. Çünki xəsis öz əlində olana xəsislik edir. Paxıl isə həm başqalarının əlində olana və həm də öz malına xəsislik edir. O yerə kimi ki, camaatın əlində gördüyü hər bir şeyin halal və ya haram yolla onun olmasını arzulayır. Allahın onun ruzisi etdiyindən nə doyur və nə də bəhrələnir». (Tuhəful-Uqul, səh.371-372)
716. İmam Rza (ə): «Xəsislik abrı bada verir». (Biharul-ənvar, c.78, səh.357, hədis 12)
717. İmam Hadi (ə): «Xəsislik ən məzəmmət olunmuş xislətdir». (Biharul-ənvar, c.72, səh.199, hədis 27)

211. Xəsis
718. Allahın Peyğəmbəri (s): «İnsanların içərisində ən az rahatlığı olanı xəsisdir». (Biharul-ənvar, c.72, səh.300, hədis 2)
719. İmam Əli (ə): «Xəsis öz varislərinin xəzinədarıdır». (Ğurərul-Hikəm, hədis 464)
720. İmam Əli (ə): «Xəsislik öz yoldaşını xar, ondan uzaqlaşanı isə möhtərəm edir». (Ğurərul-Hikəm, hədis 1409)
721. İmam Əli (ə): «Xəsisin heç bir dostu olmaz». (Ğurərul-Hikəm, hədis 7473)
722. İmam Əli (ə): «Xəsisə təəccüb edirəm ki, ondan qaçan yoxsulluğu özünə tərəf çəkir və axtardığı zənginlik və sərvəti əldən çıxarır. O, dünyada yoxsullar kimi yaşayır, axirətdə isə onunla zənginlər kimi hesab çəkiləcəkdir». (Biharul-Ənvar, c.72, səh.199, hədis 28)
723. İmam Əli (ə): «Sənin xəsis adama ehtiyacın buzdan (hədisin əslində «zəmhərir» kəlməsindən istifadə edilib ki, onun mənası «çox soyuq» kimi ifadə edilir)
da soyuqdur». (Biharul-ənvar, c.78, səh.31, hədis 99)
724. İmam Sadiq (ə): «Xəsislər camaatın zəngin olmasını hamıdan çox arzulasınlar. Çünki camaat zənginləşsə xəsislərin var-dövlətindən gözlərini çəkəcəklər». (Əmali, Şeyx Səduq, səh.316, hədis 8)
725. İmam Sadiq (ə): «Xəsisin xəsis olmasına onun öz Allahına qarşı pis gümanda olması kifayətdir. Əvəz veriləcəyinə yəqinliyi olan şəxs bol-bol bağışlayar». (Biharul-ənvar, c.73, səh.307, hədis 35)

212. Həqiqi xəsis
726. Allahın Peyğəmbəri (s): «Əsl xəsis öz malının vacib olan zəkatını ödəməkdən boyun qaçıran, qohum əqrəbasına bəxşiş etməyən və bundan başqa yerlərdə bol-bol xərcləyən şəxsdir». (Məaniəl-əxbar, səh.245, hədis 4)
727. Allahın Peyğəmbəri (s): «Əsl xəsis o şəxsdir ki, onun yanında mənim adım çəkilir, amma o, mənə salavat göndərmir». (Biharul-Ənvar, c.73, səh.306, hədis 28)

213. İnsanların ən xəsisi….
728. Allahın Peyğəmbəri (s): «İnsanların ən xəsisi Allahın vacib etdiyini ödəməyə xəsislik edən kəsdir». (Biharul-Ənvar, c.73, səh.300, hədis 2)
729. Allahın Peyğəmbəri (s): «İnsanların ən xəsisi salam verməkdə xəsislik edən kəsdir». (Biharul-Ənvar, c.76, səh.4, hədis 11)
730. İmam Əli (ə): «İnsanların ən xəsisi öz malını özünə əsirgəyən və varisləri üçün qoyub gedən kəsdir». (Ğurərul-Hikəm, hədis 3253)
731. İmam Əli (ə): «Camaatın əlində olandan gözünü çəkmək bağışlamaqdan üstündür». (Ğurərul-Hikəm, hədis 3537)
732. İmam Sadiq (ə): «Əmirəl-möminin (ə) bir kişiyə beş dəvə yükü xurma göndərdi......Bir nəfər Əmirəl-mömininə (ə) dedi: «Vallah filankəs səndən (bu qədər) istəməyib, beş dəvə yükünün əvəzinə ona bir dəvə yükü bəsdir». Əmirəl-möminin (ə) ona dedi: «Allah möminlərin arasında sənin kimilərini çoxaltmasın! Mən bağışlayıram, sən xəsislik edirsən?» (Vəsailuş-Şiə, c.6, səh.318, hədis 1)

214. Xəsisliyin nişanəsi
733. İmam Əli (ə): «Bəhanə gətirmək xəsisliyn nişanəsidir». (Biharul-Ənvar, c.77, səh.209, hədis 1)
734. İmam Əli (ə): «Xəsis üzr və bəhanə gətirməyə can atar». (Ğurərul-Hikəm, hədis 1275)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
Category: Xəsislik | Added by: IslamQadini (2010-08-05)
Views: 867 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]