Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Yaxşılıq |
Yaxşılıq
Mizanul-hikmət 103. Yaxşılıq 531. Yaxşılıq 1618. Allahın Peyğəmbəri (s): «Yaxşılığı qəlbin nuru, üzün zinəti və işin qüvvəsi, günahı isə qəlbin qarası, işin zəifliyi və üzün eybəcərliyi gördüm». (Kənzul-ummal, hədis 44084) 532. Yaxşılıqların dəfələrlə artması Quran: «Hər kəs bir yaxşı iş görərsə, ona on dəfə artıq mükafat verərlər. Hər kəs bir pis iş görərsə, o qədər də cəza görər və onlara zülm olunmaz». (Ənam surəsi, ayə160) Hədis: 1619. İmam Səccad (ə): «Vay o kəsin halına ki, onun birləri onlarına qalib gələ». İmamın (ə) məqsədi budur ki, pislik bir dəfə kimi, yaxşılıq isə onqat hesablanır».(Tuhəful-uqul, səh.271) 1620. İmam Sadiq (ə): «Mömin bir yaxşı iş görərsə, Allah-Taala onun hər yaxşı əməlini yeddi yüz dəfə artırar və bu Allah-Taalanın kəlamıdır ki, «Allah-Taala istədiyi kəs üçün artırar». (Biharul-ənvar, c.71, səh.247, hədis7) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 823 | Rating: 0.0/0 |
Total comments: 0 | |