Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Yaxşılıq etmək |
Yaxşılıq etmək
Mizanul-hikmət 104. Yaxşılıq etmək 533. Yaxşılıq etmək Quran: «Həqiqətən, Allah-Taala ədalətli olmağı, yaxşılığı, qohum-əqrəbaya bəxşiş verməyi əmr və çirkinlikləri, pislik və zülmü qadağan edir. O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız». (Nəhl surəsi, ayə 90) Hədis: 1621. Allahın Peyğəmbəri (s): «Qəlblərin xəmiri onlara yaxşılıq edən kəsə məhəbbət və pislik edənə qarşı düşmənçilik və nifrətlə yoğrulmuşdur». (Tuhəful-uqul, səh.37) 1622. İmam Əli (ə): «Yaxşılıq etmək sənin işin olsun ki, bu ən yaxşı əkin və ən xeyir gətirən maldır». (Ğurərul-hikəm, hədis 6112) 1623. İmam Əli (ə): «Bəndələrə yaxşılıq etmək o biri dünya üçün nə gözəl azuqədir». (Ğurərul-hikəm, hədis 9912) 1624. İmam Əli (ə): «Zəkat yaxşılıq etməyin qələbəsidir». (Ğurərul-hikəm, hədis 5450) 1625. İmam Əli (ə): «Çox yaxşılıq edən kəsi dostları və qardaşları sevərlər». (Ğurərul-hikəm, hədis 8473) 1626. İmam Əli (ə): «Yaxşılıq etməklə qəlblər ələ alınar». (Ğurərul-hikəm, hədis 3439) 534. Pislik edənə yaxşılıq etmək 1627. Allahın Peyğəmbəri (s): «Sənə pislik edənə yaxşılıq et». (Kənzul-fəvayid, c.2, səh.31) 1628. İmam Əli (ə): «Sənin öz düşmən və bədxahlarına yaxşılıq etməyin onlara pislik etməyindən daha təsirlidir və onların islah olunmasına səbəb olar». (Ğurərul-hikəm, hədis 3637) 535. Yaxşılığın izahı 1629. «Nurus-Səgəleyn» kitabında «O kəs ki, üzünü ixlasla Allaha tərəf tuta və ehsan edə…» ayəsi haqda rəvayət olunur ki, Peyğəmbərdən (s) yaxşılıq və ehsan barəsində soruşduqda buyurub: «Ehsan budur ki, Allaha sanki onu görürmüş kimi ibadət edəsən. Çünki, sən Onu görmürsənsə də, O, səni görür». (Nurus-səqəleyn, c.1, səh.553, hədis 579) 536. Yaxşılıq edən kəs özünə yaxşılıq etmişdir Quran: «Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq edirsiniz, əgər pislik etsəniz, özünüzə pislik edirsiniz». (İsra surəsi, ayə 7) Hədis: 1630. İmam Əli (ə): «Əgər yaxşılıq etsən, özünə hörmət qoyub özünə yaxşılıq etmisən, əgər pislik etsən özünü xar etmiş, özünə zərər yetirmisən». (Ğurərul-hikəm, hədis 3808-3809) 537. Müşriklərin yaxşılıqlarının nəticəsi 1631. Salman ibn Amir Zəbbi: «Ərz etdim: «Ey Allahın Rəsulu! Atam qonaqpərvər və qonşucanlı, əhdinə vəfalı və çətinliklərdə əl tutan olub. Bunların ona xeyri varmı? Allahın Peyğəmbəri (s) soruşdu: «O müşrik olaraq öldu?» Ərz etdim: «Bəli». Buyurdu: «Bunların ona bir xeyri olmaz. Ancaq, bu işlərə görə ondan sonra qalan övlad və nəvələri heç vaxt çətinlik, zəlillik və möhtaclıq görməyəcəklər». (Kənzul-ummal, hədis 16489) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 1371 | Rating: 0.0/0 |
Total comments: 0 | |