«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 7:16 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Yoldaşlıq

Mizanul-hikmət
Mizanul-hikmət 
69. Yoldaşlıq
343. Kiminlə yoldaşlıq edək?
1100. Loğman (ə): «Oğul! Alimlərlə otur-dur və onlarla diz-dizə otur! Çünki, Allah yerə göyün yağması ilə həyat bəxş etdiyi kimi qəlbləri də hikmət nuru ilə dirildir».(Biharul-ənvar, c.1, səh.204, hədis 22)
     1101. Allahın Peyğəmbəri (s): «İsanın (ə) həvariləri dedilər: «Ey Allahın ruhu! Kiminlə yoldaşlıq edək?» Buyurdu: «Elə insanla yoldaşlıq edin ki, onu görmək Allahı yadınıza salsın, söhbəti elminizi artırsın və əməli sizi axirətə həvəsləndirsin». (Tuhəful-uqul, səh.44)
     1102. Allahın Peyğəmbəri (s): «Yalnız alimlərin hüzurunda oturun ki, onlar sizi beş şeydən beş şeyə şəkk və tərəddüddən əminliyə, riyakarlıqdan saf niyyətə, dünyaya rəğbətdən dünyadan qaçmağa, təkəbbürdən təvazökarlığa və hiyləgərlikdən xeyirxahlığa dəvət edərlər». (Biharul-ənvar, c.74, səh.188, hədis 18)
     1103. Allahın Peyğəmbəri (s): «Yoxsul təbiətli olun və yoxsulları sevin, onlarla oturun və onlara kömək edin. Varlılarla yoldaşlıqdan çəkinin, onlara rəhm edin və mallarından gözünüzü çəkin». (Tənbihul-xəvatir, c1, səh.120)
     1104. İmam Əli (ə): «Alimlərlə otur ki, elmin artsın, tərbiyə və ədəbin gözəlləşsin, ruhun paklaşsın». (Ğurərul-hikəm, hədis 4786)
     1105. İmam Əli (ə): «Müdriklərə yoldaş ol ki, ağlın kamilləşsin, ruhun ucalsın və nadanlıq səndən köçüb getsin». (Ğurərul-hikəm, hədis 4787)
     1106. İmam Əli (ə): «Yoxsullarla otur ki, (Allaha) şükr etməyin artsın». (Ğurərul-hikəm, hədis 4723)
     1107. İmam Səccad (ə): «Pak insanlarla oturub-durmaq düzlük və təmizliyə dəvətdir».(Biharul-ənvar, c.78, səh.141, hədis 35)
     344. Yoldaşın haqqı
     1108. İmam Səccad (ə): «Oturub-durduğun yoldaşının haqqı: onunla mülayim və mehriban olmağın, danışan zaman onunla insafla davranmağın, yerindən yalnız onun icazəsi ilə durmağın, sənin yanında başqa birisi oturanda sənin icazən olmadan durub gedə bilməsi, xətalarını unutmağın, yaxşılıqlarını yadda saxlamağın və ona yalnız xeyirli və yaxşı şeyləri deməyindir». (əl-Xisal, səh.569,hədis 1)
     345. Nalayiq yoldaşlar
     1109. Allahın Peyğəmbəri (s): «Üç şəxslə yoldaşlıq etmək qəlbi öldürər: nanəciblə yoldaşlıq etmək, qadınlarla söhbətləşmək və varlılarla oturub-durmaq». (əl-Xisal, səh.87, hədis 20)
     1110. Allahın Peyğəmbəri (s): «Ölülərlə yoldaşlıq etməkdən çəkinin». Dedilər: «Ey Allahın Peyğəmbəri, həmin ölülər kimlərdir?» Buyurdu: «Var-dövləti onu məst edən varlı». (Tənbihul-xəvatir, c.2, səh.32)
     1111. İmam Əli (ə): «Nəfsinin istəklərinin ardınca gedənlərlə yoldaşlıq etmək imanın unudulması və şeytanın (insanın yanında) hazır olmasına səbəb olar». (Nəhcül-bəlağə, xütbə 86)
     1112. İmam Sadiq (ə): «Bidət yaradanlarla dostluq və yoldaşlıq etməyin ki, camaatın gözündə siz də onlardan biri olarsınız». (əl-Kafi, c.2, səh.375, hədis 3)
     1113. İmam Sadiq (ə): «Hökmdarlar və dünyapərəstlərlə yoldaşlıq etməkdən çəkinin. Bu iş sizin dininizi aradan aparar, nifaq və ikiüzlülük gətirər. Bu, ağır və dərmanı olmayan bir dərddir. Həmçinin, daşqəlblilik yaradar və təvazökarlığı aradan aparar. Öz taylarınızla və (cəmiyyətdə) orta təbəqədən olan insanlarla yoldaşlıq edin ki, cəvahir mə‘dənlərini onların arasında taparsınız». (Müstədrakul-vəsail, c.8, səh.337, hədis 9595)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Yoldaşlıq | Added by: IslamQadini (2011-04-08)
Views: 1136 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]