«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 9:50 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Allahı yad etmək

Allahı yad etmək
150. Allahı yad etmək
743. Allahı yad etməyin fəziləti
Qur’an:

«Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizin fikrinizi Allahı yad etməkdən yayındırmasın. Belə edən kəslər (Əlbəttə,) ziyana uğrayanlardır.»[Münafiqun/9]
Hədis:
2320. Allahın Peyğəmbəri (s): «Heç bir şeyi Allahı yad etməkdən üstün bilmə. Çünki O, buyurmuşdur: «Allahı yad etmək daha böyükdür.» [Biharul-Ənvar c.77, səh.107 , hədis1]
2321. Allahın Peyğəmbəri (s): «Allah yanında heç bir başqa əməl Allahın xatırlanması qədər sevilən, dünya və axirətdə bəndənin bütün günahlardan xilas olmağında daha tə‘sirli olan heç bir başqa əməl yoxdur.» Ərz etdilər: «Hətta Allah yolunda müharibə etmək də?» Buyurdu: «Əgər Allahı yad etmək olmasaydı, Allah yolunda müharibə əmri verilməzdi.»[Kənzul-Ummal, hədis 3931]
2322. İmam Əli (ə): «Allahı yad etmək (Allahı) sevənlərin ləzzətidir.»[Ğurərul-Hikəm, hədis 670]
2323. İmam Əli (ə) : «Yad etmək, sevilən (məşuq) ilə həmsöhbət olmaqdır.» [Ğurərul-Hikəm, hədis 322]

2324. İmam Əli (ə): «Allahı yad etmək hər yaxşı əməl sahibinin adəti və hər bir möminin xasiyyətidir.» [Ğurərul-Hikəm, hədis 5173]

744. Allahı çox yad etməyə həvəsləndirmək
Qur’an:

«Ey iman gətirənlər! Allahı çox yad edin, Ona hər səhər və axşam təsbih deyin.»[Əhzab/41, 42]
Hədis:
2325. Allahın Peyğəmbəri (s): «Çoxlu Qur‘an oxumağı və Allahı çox yad etməyi sənə tövsiyə edirəm. Çünki bu, sənin üçün səmada ad (və şöhrət) və yerdə nurdur.» [əl-Xisal, səh.525 , hədis13]
2326. İmam Əli (ə): «Allahı gizlində yad edən kəs Allahı çox yad etmişdir.» [Biharul-Ənvar, c.93, səh.342 , hədis11]
2327. İmam Sadiq (ə): «Bacardığınız qədər gecə və gündüz, hər an, hər saat Allahı çox yad edin. Çünki Allah-taala özünü çox yad etməyi əmr etmişdir.» [əl-Kafi, c.8, səh.8 , hədis1]

2328. İmam Sadiq (ə): «Xanım Fatimeyi Zəhranın (ə) təsbihi Allah -taalanın «Allahı çox yad edin.» kəlamında buyurduğu həmin çox zikrlərdəndir.» [Xanım Fatimeyi-Zəhranın (ə.s.) təsbihi – 34 dəfə Allahu əkbər, 33 dəfə əlhəmdulillah, 33 dəfə subhanəllah deməkdir.]


745. Allahı daim yad etməyə həvəsləndirmək
2329. Allahın Peyğəmbəri (s): «Adəm övladı dünya həyatında Allahın anmadan keçirdiyi hər bir anına görə Qiyamət günü təəssüflənəcək.»[əl-Kafi, c.2, səh.500 , hədis4]
2330. İmam Əli (ə) Şəban ayının dualarında: «İlahi, məni Səni yad etməyə məftun və divanə et, mənim sə‘yimi Sənin qalib adlarının ruhuna və müqəddəs dərgahına tərəf yönəlt.»[Kənzul-Ummal, hədis 1819]

2331. İmam Əli (ə): «İlahi! Səndən Məhəmməd və onun ismətli Əhli-Beytinə salam göndərməyi və məni daim Səni yad edənlərdən, Sənin əhdini pozmayanlardan etməyini diləyirəm.»[ Biharul-Ənvar, c.94, səh.98 , hədis13]

746. Allahı hər bir halda yad etmək yaxşıdır
Qur’an:

«Həqiqətən, səmaların və yerin yaranmasında, gecə ilə gündüzün dəyişməsində ağıl sahibləri üçün ibrətlər vardır. O kəslər ki, ayaq üstə, oturaq və yanları üstündə uzanıqlı halda Allahı yad edirlər.»[Ali İmran/190, 199]
Hədis:
2332. İmam Əlinin (ə) vəfat edərkən oğlu Həsənə (ə) tövsiyyələrindən: «Bütün hallarda Allahı yad et.»[Biharul-Ənvar, c.81, səh.99 , hədis13]

2333. İmam Sadiq (ə): «Musa (ə) ərz etdi: «Ey Rəbbim! (Bə‘zən) Elə bir halda oluram ki, sənin şənini, məqamını Səni yad etməyimdən daha ali bilirəm.» Allah buyurdu: «Ey Musa! Məni bütün hallarda yad et.»[Əmali-Tusi, səh.8 , hədis8]

747. Allahı yad edənlər
2334. Allahın Peyğəmbəri (s): «(Allahdan) Qafil olanların arasında Allahı yad edən kəs, fərarilər arasında döyüşən şəxs kimidir.»[Biharul-Ənvar, c.80, səh.176 , hədis21]
2335. Allahın Peyğəmbəri (s): «Allahı yad edənlərdən başqa hamı dodaqları təşnə halında öləcək.»[Məkarimul-Əxlaq, c.2, səh.373 , hədis2661]
2336. «Biharul-Ənvar»: «Musa ibn İmran (ə) öz Rəbbinə ürək sirlərini açan zaman ərz etdi: «Ey Rəbbim! Məgər Sən məndən uzaqsan ki, Səni səsləyim, ya mənə yaxınsan ki, Səninlə pıçıldaşım?» Allah-taala vəhu etdi:«Mən, Məni yad edən kəsin yoldaşıyam.»[Biharul-Ənvar, c.81, səh.240, hədis26]
2337. İmam Əli (ə): «Allahı (daim) yad edən kəsi Allah-taala adlı-sanlı edər.»[Ğurərul-Hikəm, hədis 8235]
2338. İmam Əli (ə): «Sübhan olan Allahı yad edən kəs, Onunla yoldaşdır.»[Ğurərul-Hikəm, hədis 5159]
2339. İmam Baqir (ə): «Mömin ayaq üstə, oturaq, ya uzanıqlı halda Allahı yad etməklə məşğul olan zamanadək daim namazdadır. Allah-taala buyurmuşdur: «O kəslər ki, ayaq üstə, oturaq və yanları üstündə uzanıqlı halda Allahı yad edərlər...»[Əmali-Tusi, səh.79]

2340. İmam Sadiq (ə): «Allahı yad edənə ildırım ziyan yetirməz.»[Əmali-Səduq, səh. 375]

748. Məni yad edin ki, sizi yad edim
Qur’an:

« Məni yad edin ki, Mən sizi yad edim. Mənə şükr edin, Mənə qarşı küfr və nankorluq etməyin»[Bəqərə/152]
Hədis:

2341. İmam Sadiq (ə): «Allah-taala buyurub: «Ey Adəm ovladı! Öz qəlbində Məni yad et ki, Mən də özümdə səni yad edim. Ey Adəm övladı! Xəlvətdə Məni yad et ki, səni xəlvətdə yad edim. Ey Adəm övladı! Camaat arasında Məni yad et ki, sənin camaatından daha yaxşı camaat arasında səni yad edim.»[Biharul-Ənvar, c.93, səh.158 , hədis31]

749. Allahı yad etməyin səmərələri
Qur’an:

«İman gətirən və qəlbləri Məni yad etməklə rahatlıq tapan kimsələr. Bilin ki, Allahı yad etməklə qəlblər rahatlıq tapar.»[ Rəd/27]
Hədis:
2342. Allahın Peyğəmbəri (s): «Allahı yad etmək qəlblərin şəfasıdır.»[Kənzul-Ummal, hədis 1751]
2343. Allahın Peyğəmbəri (s): «Allahı çox yad edən kəs nifaqdan uzaq olar.»[əl-Firdovs, c.3, səh.564 , hədis5768]
2344. Allahın Peyğəmbəri (s):«Allah-taala, Onu çox yad edən kəsi sevər.»[Biharul-Ənvar, c.93, səh.160 , hədis39]
2345. İmam Əli (ə): «Öz qəlbini Allahı həmişə yad etməklə abad edən şəxsin əməlləri gizlində də, aşkarda da gözəl olar.»[Ğurərul-Hikəm, hədis 8872]
2346. İmam Əli (ə): «Qəlbin islah olmasının və təmizlənməsinin kökü onun Allahı yad etməsindədir.»[Ğurərul-Hikəm, hədis 3083]
2347. İmam Əli (ə): «Kim pak olan Allahı yad edərsə, Allah-taala onun qəlbini dirildər, əqlini və düşüncəsini işıqlandırar.»[ Ğurərul-Hikəm, hədis 8876]
2348. İmam Əli (ə): «Allahı yad etmək canların qidası (qüvvəsi) və məşuqla həmsöhbət olmaqdır.»[Ğurərul-Hikəm, hədis 5166]
2349. İmam Əli (ə): « Sənə Allahı yad etməyi tövsiyyə edirəm. Çünki o, qəlblərin nurudur.»[ Ğurərul-Hikəm, hədis 6103]
2350. İmam Əli (ə): «Daim Allahı yad etmək qəlbi və düşüncəni işıqlandırar.»[Ğurərul-Hikəm, hədis 5144]
2351. İmam Əli (ə): «Sübhan olan Allah özünü yad etməyi qəlbləri cilalayan vasitə etmişdir; qəlblərin ağır eşidən qulaqları Allahı yad etməklə açılar, qəlblərin zəif gözləri onun vasitəsilə işıqlı və iti görən olar, inadkar və dava axtaran qəlblər Allahı yad etməklə ram olarlar.»[Nəhcül-Bəlağə, xütbə 222]
2352. İmam Əli (ə): «Ey adı dərman və zikri şəfa olan.»[İqbalul-Əmal, c.3, səh.337]
2353. İmam Əli (ə): «Allahı xatırlamaq, ünsiyyətin açarıdır.»[Ğurərul-Hikəm, hədis 541]
2354. İmam Əli (ə): «Elə ki gördün, pak olan Allah öz zikrini sənin qəlbinə salıb, (yəqin) bil ki, O səni sevir. Elə ki gördün, sənin qəlbini öz yaratdıqları ilə məşğul edib və öz zikrindən (yadından) ayırıb, bil ki, səndən üz döndərib.»[Ğurərul-Hikəm, hədis 4040+4041]
2355. İmam Əli (ə): «Allahı yad etmək şeytanı uzaqlaşdırar.»[ Ğurərul-Hikəm, hədis5162]
2356. İmam Əli (ə): «Allalhı yad etmək sinələri cilalandırar və qəlblərə rahatlıq bəxş edər.»[Ğurərul-Hikəm, hədis 5165]
2357. İmam Əli (ə): «Allahı yad etmək sinəni genişləndirər.»[Ğurərul-Hikəm, hədis 835]

752. Bəzi məxsus məqamlarda Allahı yad etməyə həvəsləndirmək

1. Düşmənlə üz-üzə gələndə.
Qur’an:
«Ey iman gətirənlər! Düşmənlərdən bir dəstə ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yad edin, bəlkə nicat tapasınız.»[ Ənfal/45]
Hədis:
2358. İmam Əli (ə): «Müharibədə düşməninizlə qarşı-qarşıya gələndə, az söz danışın və Allahı çox yad edin.»[ əl-Xisal, səh.617, hədis10]
2. Bazara daxil olanda.
2359. İmam Əli (ə): «Bazara daxil olarkən insanların (alverlə) məşğul olduğunu görəndə Allahı çox yad edin. Çünki bu əməl günahları aparar, yaxşılıqları artırar və adlarınız qafil olanların sırasında yazılmaz.»[əl-Xisal, səh.614, hədis10]
2360. Allahın Peyğəmbəri (s): « Sənə qəm-qüssə üz verəndə öz qəminlə Allahı yad et. Hökm vermək istəyəndə Allahı dilinlə zikr et, bir şeyi bölmək istəyəndə Allalhı öz əlinlə yad et.»[Biharul-Ənvar, c.77, səh.171, hədis7]
4. Qəzəbli olanda.
2361. Allahın Peyğəmbəri(s): «Allah-taala öz peyğəmbərlərindən birinə vəhy etdi: «Ey Adəm övladı! Qəzəbli olanda Məni xatırla ki, Mən də qəzəblənəndə səni yad edim və başqaları ilə birlikdə səni məhv etməyim.»[Biharul-Ənvar, c.75,səh.321, hədis50]
5. Tək olanda və ləzzətlər vaxtı.

2362. İmam Baqir (ə): «Tövratda yazılıb: ...Ey Musa! Tək olanda, ləzzət və şadlıqlar sevinci zamanı Məni yad et ki, qəflətdə olduğun vaxt da Mən səni yad edim.»[Əmali-Səduq, səh. 210, hədis6]

751. Allahı yad etməyin həqiqəti
2363. Allahın Peyğəmbəri (s): «Kim Allahın əmrinə itaət edərsə -hərçənd namaz qılmağı, oruc tutmağı və Qur‘an oxumağı az olsa da- Allahı yad etmişdir.»[Biharul-Ənvar, c.77, səh. 86, hədis3]
2364. İmam Sadiq (ə) («və Allahı yad etmək daha böyükdür» ayəsi barədə): «Burada məqsəd, Allahın halal və haramı ilə qarşılaşanda Allahı yad etməkdir.»[Nurus-Səqəleyn, c.4, səh.162, hədis61]
2365. İmam Sadiq (ə): «Zikr iki növdür: Qəlblə müvafiq və onunla birlikdə olan xalis zikr, digəri isə Allahdan qeyri bir kəsin zikrini (yad edilməsini) qəlbdən götürən çəkindirici zikrdir.»[Biharul-Ənvar, c.93, səh.159, hədis33]
2366. İmam Sadiq (ə): «Əgər Allahı yad edirsənsə, bil ki, bunun səbəbi Onun səni yad etməyindir. O səni yad edir, halbuki səndən ehtiyacsızdır. Beləliklə, Onun səni yad etməyi, sənin Onu yad etməyindən daha qiymətli, daha çox istənilən, daha kamil və daha tezdir... Buna əsasən, Allah-taalanı yad etmək istəyən kəs bilməlidir ki, Allah-taala özünü yad etmək uğurunu bəndənin yadına salmasaydı, bəndənin Onu yad etməyə qüdrəti çatmazdı.»[Biharul-Ənvar, c. 93, səh.158 , hədis33]

2367. İmam Rza (ə): «Allahı yad edən kəs Onun görüşünə tələsməsə özünə rişxənd etmişdir.»[ Biharul-Ənvar, c.78, səh.356 , hədis11]

752. Allahı daim yad etməyə səbəb olan amillər
2368. «Biharul-Ənvar»: Merac hədisində nəql olunur ki, Allah-taala buyurmuşdur: «Ey Əhməd! Məni daim yad et.» Ərz etdi: «Ey Rəbbim! Səni daim necə yad edim? Buyurdu: «İnsanlardan xəlvətə çəkilməklə, turş və şirin şeylərdən uzaq durmaqla, qarnını və evini dünyadan boş saxlamaqla.»[Biharul-Ənvar, c.77, səh.22 , hədis6]

2369. İmam Əli (ə): «Hər kəsin sevdiyi şey, onun dilinin əzbəri olar.»[Ğurərul-Hikəm, hədis 7851]

753. Allahı yad etməkdən saxlayanlar
Qur’an:

«Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahı yad etməkdən yayındırmasın. Kim belə edərsə, (əlbəttə,) ziyana uğrayanlardandır.»[Münafiqun/9]
«Həqiqətən, Şeytan içki və qumarla sizin aranızda ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namaz qılmaqdan çəkindirmək istəyir. Bu işə son qoyacaqsınızmı?»[Maidə/91]
Hədis:
2370. İmam Əli (ə): «Günahların arasında şəhvətə tabe olmaqdan şiddətlisi yoxdur. Buna görə ona itaət etməyin ki, sizi Allahdan qafil edər.»[Ğurərül-Hikəm, hədis 7520]
2371. İmam Əli (ə): « Səni Allahı yad etməkdən yayındıran hər bir şey qumar (məysir) sayılır.»[Biharul-Ənvar, c. 37, səh. 157 , hədis2]
2372. İmam Əli (ə): «Səni Allahın zikrindən yayındıran hər bir şey şeytandandır.»[Tənbihul-Xəvatir, c.2, səh.170]

2373. İmam Səccad (ə): «Çox yemək, iradə zəifliyi, toxluqdan və qüdrətdən məst olmaq (xeyir) əməldən çəkindirən, onu ləngidən və Allah zikrini unutduran amillərdəndir.»[Biharul-Ənvar, c. 78, səh.129 , hədis1]

754. Allahın zikrini tərk etməyin nəticələri
Qur’an
:
«Kim Məni yad etməkdən üz döndərsə, yaşayışı sıxıntılı olar və Qiyamət günü onu qəbrdən kor (halda) qaldırarıq»[Taha/124]
«Kim rəhman Allahı yad etməkdən boyun qaçırsa, Biz ona şeytanı ürcah edərik ki, onunla yoldaşlıq etsin.»
«Allahı unutduqlarına görə, Allahın da onların özlərini-özlərinə unutdurduğu kəslər kimi olmayın. Fasiqlər elə onlardır.»[Həsr/19]
Hədis:
2374. İmam Əli (ə): «Kim pak olan Allahı unutsa, Allah-taala özünü o kəsə unutdurar və qəlbini kor edər.»[Ğurərül-Hikəm, hədis 8875]
755. Alalhı gizlində yad etmək
Qur’an:
«Rəbbini hər sübh və axşam öz qəlbində yalvarışla, qorxu ilə, səsini ucaltmadan yad et və qafillərdən olma.»[Ə‘raf, ayə205]
Hədis:
2375. Allahın Peyğəmbəri (s): «Ən yaxşı zikr gizli zikrdir.»[Kənzul-Ummal, hədis17712627]

2376. İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Mələk yalnız eşitdiyini yazar. Allah-taala buyurmuşdur:«və Rəbbini öz qəlbində yad et...» Bəndənin bu daxili zikrinin savabının (ölçüsünü) Allahdan başqa heç kim bilmir.»[Biharul-Ənvar, c. 5, səh.322 , hədis7]


Category: Allahı yad etmək | Added by: IslamQadini (2013-03-26)
Views: 1468 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]