«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-05-08, 5:39 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » And içmək

And içmək
Mizanul-hikmət 
112. And içmək

567. Pak və müqəddəs Allaha and içməyin qadağan olunması
Quran: 
     «Yaxşılıq etməkdən, təqvalı olmaqdan, xalq arasında barışıq yaratmaqdan kənar durmanız üçün Allahı öz and yerinizə çevirməyin. Allah eşidən və biləndir». (Bəqərə surəsi, ayə 224)
     Hədis: 
     1730. İmam Sadiq (ə): «Allaha, doğru da olsa, yalan da olsa and içməyin. Çünki Allah-Taala buyurmuşdur: «Allahı öz andlarınıza vasitə etməyin». (əl-Kafi, c.7, səh.434, hədis 1)
     568. Yalan and içmədən çəkinmək
     1731. «Səvabul-əmal» kitabından: «Allah-Taala buyurmuşdur: «Mən öz rəhmətimi yalandan and içən şəxsə şamil etmərəm». (Səvabul-əmal, səh.261, hədis 2)
     1732. Allahın Peyğəmbəri(s): «Yalandan and içməkdən çəkinin. Çünki bu iş evləri sakinsiz qoyar». (Səvabul-əmal, səh.270, hədis 3)
     1733. İmam Sadiq (ə): «Hər kəs yalan olduğunu bildiyi halda and içsə Allaha qarşı müharibəyə qalxmışdır». (Səvabul-əmal, səh.269, hədis 1)
     İmam Sadiq (ə): «Məcburən yalandan and içmək özündən sonra qalan övladlara yoxsulluq gətirər». (Biharul-ənvar, c.104, səh.209, hədis 19)
     569. Zalıma and içdirməyin yolu
     İmam Əli (ə): «Zalıma and içdirmək istəyəndə, ona «Mən Allahın qüvvət və qüdrətindən uzaq olum» dedizdirərək and içirdin. Çünki əgər yalandan buna and içmiş olsa çox tez bir zamanda öz cəzasına çatar. Ancaq, «And olsun Allaha, Ondan başqa Allah yoxdur» desə Allah cəza verməyə tələsməz. Çünki Allah-Taalanı vahidliyi ilə mədh etmişdir».(Nəhcül-bəlağə, hikmət 253)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: And içmək | Added by: IslamQadini (2011-06-03)
Views: 887 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]