Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Axmaqlıq |
Axmaqlıq
Mizanul-hikmət 115. Axmaqlıq 578. Axmaqlıq 1758. İmam Əli (ə): «Axmaqlıq, ən pis xəstəlikdir».(Ğurərul-hikəm, hədis 687) 1759. İmam Əli (ə): «Ən pis yoxsulluq axmaqlıqdır».(Ğurərul-hikəm, hədis 2849) 1760. İmam Əli (ə): «Axmağın özü özünə vurduğu ziyanı, düşmən öz düşməninə vurmaz». (Nəhcüs-səadə, c.3, səh.225) 579. Axmağın sifətləri 1761. Məsih (ə) «Axmaq kimdir?» sualının cavabında: «İnadkar, özündənrazı, bütün fəzilətlərin özündə olduğunu zənn edən, heç kəsi özündən üstün bilməyən, bütün hüquqların onunçün olduğunu düşünən və başqalarının onun üzərində olan heç bir haqqını tanımayandır. Bu elə axmaqlıqdır ki, onun dərdinə heç bir əlac yoxdur». (əl-İxtisas, səh.221) 1762. İmam Əli (ə): «Kim başqalarının eyblərini görüb onları yaramaz hesab edir, sonra isə həmin eyibləri özündə bəyənirsə, həqiqi axmaq odur». (Nəhcül-bəlağə, hikmət 349) 1763. İmam Əli (ə): «Kişinin axmaqlığı üç şeydən tanınar: mənasız (sözlər) danışmaqdan, ondan soruşulmayan suala cavab verməkdən və işlərində qorxmazlıq və cəsarətdən». (Ğurərul-hikəm, hədis 4542) 1764. İmam Əli (ə): «Axmağın nişanələrindən biri budur ki, hər an bir rəngə düşər».(Ğurərul-hikəm, hədis 9445) 1765. İmam Əli (ə): «Xalqın sənin üçün dedikləri hər bir şeyi rədd etməyə çalışma. Axmaqlığı göstərməkçün elə bu kifayətdir». (Ğurərul-hikəm, hədis 10251) 580. Axmaqla yoldaşlıq etmək 1766. İmam Səccadın (ə) öz alicənab oğlu Həzrət Baqirə (ə) tövsiyyələrindən: «Oğlum! Axmaqla oturub-durmaqdan və ya yoldaşlıq etməkdən çəkin, ondan uzaqlaş və onunla həmsöhbət olma. Çünki ağılsız adam istər yanında olsun, istərsə də başqa yerdə, alçaq və şəxsiyyətsizdir. Söhbətə başlasa axmaqlığı onu rüsvay edər və nə vaxt sakit qalsa, bu onun söz danışmaq qüdrətinin olmamasına görə olar. Əgər bir iş görərsə onu xarab edər, öhdəsinə bir məsuliyyət götürsə onu yarıtmaz. Nə öz elmi onun dadına yetər, nə də başqalarının biliyi ona fayda verər. Onun xeyrini istəyən insanın sözünə qulaq asmaz. Onunla oturub duranın əlindən rahatlığı olmaz, anası ölümünü istəyər. Zövcəsi onu itirməyi, qonşusu qonşuluqdan getməsini və yoldaşı onunla yoldaşlıqdan xilas olmasını arzulayar. Əgər məclisin ən kiçik şəxsi olsa, özündən yüksək şəxsləri əziyyətə salar. Məclisin ən böyük şəxsi olarsa tabeliyində olanları fəsada və pozğunluğa çəkər». (Əmali, Tusi, səh.613, hədis 268) 1767. İmam Sadiq (ə) :«Hər kəs axmaqla dostluq etməkdən uzaqlaşmasa, tezliklə onun əxlaqını və xasiyyətini özünə götürər». (Əmali, Saduq, səh.222) 571. Ən axmaq insan 1768. İmam Əli (ə): «Ən axmaq insan özünü hamıdan ağıllı biləndir». (Ğurərul-hikəm, hədis 3089) 1769. İmam Əli (ə): «Ən ağılsız insan odur ki, yaxşılıq etmədən (eyni halda) təşəkkür gözləsin, pislik edərək (əvəzində) yaxşı mükafat umsun». (Ğurərul-hikəm, hədis 3283) 1770. İmam Əli (ə): «Ən axmaq insan odur ki, özündə də olduğu halda başqaların eybini yaramaz hesab edir». (Ğurərul-hikəm, hədis 3343) 582. Axmağın cavabı 1771. İmam Əli (ə): «Axmağın müqabilində susmaq, ona cavab verməkdən yaxşıdır».(Ğurərul-hikəm, hədis 1160) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 911 | Rating: 0.0/0 |
Total comments: 0 | |