«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-12-26, 8:44 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Borc almaq

Mizanul-hikmət
149 Borc almaq
739. Borc

2312. Allahın Peyğəmbəri (s): «Borc almaqdan çəkinin ki, o, gecənin qəmi və günün zəlilliyidir.» [Biharul-Ənvar, c.103, səh.141, hədis4]
2313. İmam Əli (ə): «Çox borclu olmaq doğru danışanı yalançı və sözübütöv adamı sözündən çıxan edər.» [ Ğurərul-Hikəm, hədis 7105]
2314. İmam Sadiq (ə): «Az borc götürün, az borclu olmaq ömrü uzadar.»[Biharul-Ənvar, c.103, səh.145, hədis21]
740. Ehtiyac olan yerdə, borc almaq olar

2315. İmam Kazim (ə): «Özünün və ailəsinin tə‘minatı üçün halal ruzi dalınca gedən şəxs Allah yolunda cihad edən kəs (mucahid) kimidir. Əgər bir qazanc əldə edə bilməsə, Allaha və Onun peyğəmbərinə ümid edərək borc götürsün və ailəsinin yeməyini tə‘min etsin.» [ əl-Kafi, c.5, səh.93, hədis3]


741. Borcu (yazılı) qeyd etməyə həvəsləndirmək
Qur’an:

«Ey iman gətirənlər! Bir-birinizə müddətli borc verəndə onu (bir yerdə) yazın.»[Bəqərə/282]
Hədis:
2316. Allahın Peyğəmbəri (s): «Bir neçə dəstə insanın, o cümlədən, bir kəsə müddətli borc verən, amma onu qeyd etməyən, ya bir neçə şahid götürməyən kəsin duası müstəcəb olmaz.»[Biharul-Ənvar, c.104, səh.301, hədis1]
742. Borcu ödəməyi yubatmağın qadağan olunması
2317. Allahın Peyğəmbəri (s): «Əgər bir şəxs öz borcunu ödəməyə imkanı olduğu halda, bu ödənişi yubadırsa, hər keçən gün (zorla) bac (xərac) yığanın günahı onunçün yazılar.»[Biharul-Ənvar, c.103, səh.126, hədis3]
2318. Allahın Peyğəmbəri (s): «İmkanlı şəxsin borcunu ödəməyi yubandırması zülmdür.»[Mustədrəkul-Vəsail, c.13, səh.397 , hədis15713]

2319. İmam Əli (ə): «Öz malında ən xəsis insanlar, öz abırlarında (tökməkdə) ən səxavətli olanlardır.»[Ğurərul-Hikəm, hədis 3190]


Category: Borc almaq | Added by: IslamQadini (2013-03-21)
Views: 1041 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]