Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Camaatla mehriban davranmaq |
Mizanul-hikmət
142 Camaatla mehriban davranmaq 679. Camaatla mehriban davranmaq 2081. Allahın Peyğəmbəri (s):«Rəbbim mənə vacibatları yerinə yetirməyə fərman verdiyi kimi, xalq ilə mehriban rəftar etməyimi də əmr etmişdir.»(əl-Kafi, c.2, səh.117, hədis 4) 2082. Allahın Peyğəmbəri (s): «Xalqa mehribanlıq göstərmək imanın, onlarla yumşaq və xoşluqla rəftar etmək isə həyatın yarısıdır.»(əl-Kafi, c.2, səh.117, hədis 5) 2083. Allahın Peyğəmbəri (s): «Kimdə üç şey olmasa onun heç bir əməli kamil olmaz. Bu onu Allaha itaətsizlikdən çəkindirən pəhrizkarlığ və mənəvi paklıq, insanlarla mehriban davranmağına səbəb olan gözəl əxlaq və xoş xasiyyət, onunla cahil adamların nalayiq rəftarını özündən uzaqlaşdırdığı dözüm və helmdir.»(əl-Kafi, c.2, səh.116, hədis 1) 2084. İmam Əli (ə): «Əqlin meyvəsi insanlarla mehriban dav¬ranmaqdır.»(Ğurərul-Hikəm, hədis 4629) 2085. İmam Əli (ə): «Dinin və dünyanın salamatlığı xalqla mehriban olmaqdır.»(Ğurərul-Hikəm, hədis 5610) 2086. İmam Əli (ə): «Öz düşmənləri ilə mehriban davranan kəs, müharibələrdən amanda olar.»(Ğurərul-Hikəm, hədis 85839) 2087. İmam Əli (ə): «Əgər xoşluqla rəftar etmək bir kəsi islah etmirsə, ağır cəza vermək onu düzəldər.»(Ğurərul-Hikəm, hədis 8202) 2088. İmam Əli (ə) öz səhabələrini məzəmmət edərkən: «Nə vaxta qədər sizinlə kürəyində yara olan cavan dəvələr və köhnəlmiş paltarlarla davranılan kimi ehtiyatla rəftar edəcəm?! Bir tərəfdən tikiləndə, o biri tərəfdən sökülən paltarlar kimi... Mən bilirəm, sizi nə islah edər, sizin əyriliyinizi və azğınlığınızı nə düzəldər. Amma mən sizin islah olunmanızı, özümü xarab etmək bahasına başa gəlməsini rəva bilmirəm.»(Nəhcül-Bəlağə, xütbə 69) | |
Views: 963 | Rating: 0.0/0 |
Total comments: 0 | |