Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Dərman və müalicə |
147. Dərman və müalicə 722. Müalicə etmək 2268. İmam Sadiq (ə): «Peyğəmbərlərdən biri xəstələnir və belə deyir: Mənə xəstəlik göndərən mənə şəfa verməyincə, özümü müalicə etməyəcəm. Allah-taala ona vəhy edir ki, «özünü müalicə etməyincə, sənə şəfa verməyəcəm. Çünki şəfa vermək Mənim əlimdədir.»[Biharul-Ənvar, c.62, səh.66 , hədis15] 2269. Allahın Peyğəmbəri (s): «Özünüzü müalicə edin. Çünki Allah-taala ölüm və qocalıqdan başqa (onların dərmanı yoxdur) elə bir dərd göndərməyib ki, onun şəfasını insanların ixtiyarında qoymamış olsun.»[Kənzul-Ummal, hədis 28088] 2270. İmam Əli (ə) :«Hər dərdin bir dərmanı var.»[Ğurərul-Hikəm, hədis 7275] 2271. Allahın Peyğəmbəri (s): «Bədənin xəstəliyə tab gətirənədək dərmandan istifadə etməkdən çəkin və xəstəliyə dözə bilməyəndə dərmana əl at.»[Biharul-Ənvar, c.81, səh.211 , hədis30] 2272. İmam Əli (ə): «Müsəlman özünü, yalnız xəstəlik onun sağlamlığına qalib gələn zaman müalicə edər.»[ əl-Xisal, səh.620 , hədis10] 2273. İmam Kazim (ə): «Elə bir dərman yoxdur ki, özü ilə yeni bir xəstəlik gətirməsin. Bədən üçün ən faydalı şey onun ehtiyacı olduğu (qida) maddələrdən başqa, hər şeydən pəhriz saxlamaqdır.»[əl-Kafi, c.8, səh.273, hədis409] 2274. İmam Əli (ə): «Ən faydalı dərman ac qalmaqdır.»[Ğurərul-Hikəm, səh.903] 2275. İmam Sadiq (ə): «Yeməkdən pəhriz saxlamaq xəstəyə ziyan yetirməz.»[Biharul-Ənvar, c.62, səh.140 , hədis2] 2276. İmam Sadiq (ə): «(Xəstəliyin) Yeddinci günündən sonra pəhrizin (başlamağın) xəstəyə faydası yoxdur.»[əl-Kafi, c.7, səh.291 , hədis442] 2277. İmam Kazim (ə): «Pəhriz ən yaxşı dərman və mə‘də xəstəliklərin evidir. Bədəninin adət etmək qabiliyyəti olduğu qədər ona adət etdir.»[Məkarimul-Əxlaq, c.2, səh.180 , hədis2468] 2278. İmam Kazim (ə): «Pəhriz, heç bir şey yeməmək deyil, əksinə, pəhriz hər şeydən yüngülcə yeməkdir.»[əl-Kafi, c.8, səh.291 , hədis443] 2279. İmam Sadiq (ə): «İmam Hüseynin (ə) qəbrinin türbətində (torpağında) hər dərdin şəfası var. Ən böyük dərman odur.»[Biharul-Ənvar, c.101, səh.123 , hədis18] 2280. İmam Əli (ə): «Nə çoxdur özü ilə dərd və xəstəlik gətirən dərmanlar. Nə çoxdur özü dərman və müalicə olan xəstəliklər.»[ Nəhcül-Bəlağə, məktub 31] 2281. İmam Əli (ə): «Dərmanın acılığına tab gətirməyən şəxsin xəstəliyi uzanar.»[Ğurərul-Hikəm, hədis 9209] 2282. İmam Hüseyn (ə): «Padşaha dərman yazma. Çünki ona fayda versə sənə təşəkkür etməz və əgər ona zərər yetirsə, səni ittiham edər.»[Biharul-Ənvar, c.75, səh.382 , hədis47] | |
Views: 1005 | Rating: 0.0/0 |
Total comments: 0 | |