«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 12:45 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Din

Mizanul-hikmət
148 Din
728. Din

2283. İmam Əli (ə): «Dində (dindarlıqda) incəlikləri görən və dəqiq olan kəs Qiyamət günü ali məqam sahibi olar.»[Ğurərul-Hikəm, hədis 8807]
2284. İmam Əli (ə) : «Din nurdur.»[Ğurərul-Hikəm, hədis 213]
2285. İmam Əli (ə) : «Həqiqətən, ən üstün din Allah yolunda dostluq və düşmənçilik etməkdir.»[Ğurərul-Hikəm, hədis 3540]
2286. İmam Əli (ə): «Din insanı qoruyar.»[ Ğurərul-Hikəm, hədis 1]
2287. İmam Əli (ə) : «Din ən qüdrətli dayaqdır.»[Ğurərul-Hikəm, hədis 489]

2288. İmam Sadiq (ə): «Əmirəl-möminin (ə) öz xütbələrində bu cümləni çox buyurardı: Ey insanlar! Dindar olun, dindar! Əgər günah edib dindar olsanız, (bu sizin üçün) savab iş görüb, amma dinsiz olmadığınızdan daha yaxşıdır. Çünki günah (dindar olduqda) bağışlanar, amma savab və yaxşılıq dinsizlikdə qəbul olunmaz.»[Nəhcüs-Səadə, c.3, səh.368]


729. Dinin bəlası
2289. İmam Əli (ə) : «Dinin bəlası bədgüman olmaqdır.»[Ğurərul-Hikəm, , hədis 3924]
2290. İmam Əli (ə): «Dinin fəsadı dünyadır.»[Ğurərul-Hikəm, hədis 6554]

2291. İmam Sadiq (ə): «Dinin bəlası paxıllıq, xudpəsəndlik və özünü öyməkdir.»[əl-Kafi, c.2, səh.307 , hədis5]


730. Dini qorumağa təşviq
2292. İmam Əli (ə) : «Bəla gələn zaman öz mallarınızı öz canlarınızı qorumaqçün sipər edin. Bir hadisə baş versə canlarınızı dininizə qurban edin və bilin ki, dini məhv olanın özü həlak olmuşdur. Dini qarət olunmuşun özü qarət olunmuşdur.»[ əl-Kafi, c.2, səh.216 , hədis2]

2293. İmam Sadiq (ə) müsibət gələn vaxt buyurardı: «Allaha şükr və həmd olsun ki, mənim müsibətimi dinimdə qərar vermədi.»[Biharul-Ənvar, c.78, səh.268 , hədis183]


731. Bu kəslərin dini yoxdur
2294. İmam Baqir (ə): «Günah iş görən şəxsə itaət etməyi öz öhdəsinə götürənin dini yoxdur. Yalan və batili (şeyləri) Allahın adına çıxanın dini yoxdur. Allahın ayələrindən bir ayəni inkar edən şəxsin dini yoxdur.»[əl-Kafi, c.2, səh.2, hədis4]
2295. İmam Sadiq (ə): «Allah tərəfindən olmayan zalım rəhbərin vilayətini (və hakimiyyətini) qəbul edən kimsənin dini yoxdur.»[Biharul-Ənvar, c.72, səh.135 , hədis19]
2296. İmam Sadiq (ə): «Əhd-peymanına sadiq olmayan kəsin dini yoxdur.»[Biharul-Ənvar, c.84, səh.252 , hədis48]
2297. İmam Sadiq (ə):«Məhəbbəti və düşmənçiliyi dinə görə olmayanın dini yoxdur.»[ əl-Kafi, c.2, səh.127 , hədis16]
2298. İmam Kazim (ə): «Mərdliyi və insaniyyəti olmayan kəsin dini yoxdur.»[Tuhəful-Uqul, səh.389]

2299. İmam Rza (ə): «Allah qorxusu olmayan kəsin dini yoxdur.»[Kəmalu-Din, səh.341 , hədis5]


732. Dinin asanlığı
2300. Allahın Peyğəmbəri (s): «Ey insanlar! Həqiqətən, Allahın dini asandır.»[Kənzul-Ummal, hədis 5418]
2301. Allahın Peyğəmbəri (s): «Mən (insanlara) haqq (hənif), asan din gətirmək üçün seçilmişəm. Mənim sünnəmə və üslubuma müxalif olan kəs məndən deyil.»[Kənzul-Ummal, hədis 900]

2302. Allahın Peyğəmbəri (s): «Allah-taala məni zahidliyi təbliğ etməyə göndərməmişdir. Həqiqətən, Allahın yanında ən yaxşı din Allahın asan, haqq (hənif) dinidir.[Kənzul-Ummal, hədis 5422]


733. Əməllərin yalnız onunla qəbul olunduğu din
Qur’an:
«İslamdan qeyri bir dini seçən kəsdən (heç bir əməl) qəbul olunmayacaq və axirətdə ziyan görənlərdən olacaqdır.»[Ali İmran, ayə85]
Hədis:

2303. İmam Sadiqin (ə) əbu Bəsirin «Sənə fəda olum! Məni, Allah-taalanın bəndələr üçün vacib etdiyi dindən agah et. O dindən ki, bəndələrin vəzifəsi onu tanımaqdır və ondan başqa bəndələrdən heç bir din qəbul olunmur» sualına cavabından: «Allahın vahidliyinə, Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək, namaz qılmaq, zəkat vermək, gücü çatanlar üçün Allahın evini (həcc) ziyarət etmək və Ramazan ayının orucunu tutmaq.» Burada İmam bir qədər sükut etdi. Sonra iki dəfə buyurdu:«Və (biz Əhli-Beytin) vilayəti qəbul etmək.»[əl-Kafi, c.2, səh.22 , hədis11]


734. Dini tanımağın yolu
2304. İmam Sadiq (ə): « Öz dinini Allahın kitabı ilə tanıyan şəxs dağlar öz yerindən oynasa belə, dinində tərəddüdə və şəkkə düşməz. Amma başa düşmədiyi bir əqidəni qəbul edən kəs, başa düşmədən də həmin əqidədən çıxar.»[Biharul-Ənvar, c.33, səh.103 , hədis11]

2305. İmam Sadiq (ə): «Kim bəzi insanların (şəxsiyyətlərinə məftun olmaq) vasitəsilə bu dinə gələrsə, həmin şəxslər onu dinə gətirdikləri kimi, eləcə də dindən çıxardar. Amma kim Allahın kitabı və peyğəmbərin sünnəsi ilə dinə gələrsə,dağlar yerindən qopar, ancaq o, öz dinində sabitqədəm qalar (və əqidəsində, dinində tərəddüdə, səkkə düşməz).» [Biharul-Ənvar, c.2, səh.105 , hədis67]


735. Dini dünya ilə qorumaq
2306. İmam Əli (ə): «Öz dinini dünyanla qoru ki, hər ikisini udasan. Öz dünyanı dininlə qoruma ki, hər ikisini uduzarsan.»[Ğurərul-Hikəm, hədis 5861]

2307. İmam Əli (ə): «Əgər insanlar öz dünyalarının xeyir və abadlığı naminə öz dini işlərindən birini tərk edərlərsə, Allah-taala ziyanı o xeyirdən daha çox olan bir işi onlara ürcah edər.» [Ğurərul-Hikəm, hədis 10831]


736. Dinin qəlbdə möhkəmlənməsi üçun dua

2308. Abdulla ibn Sənan: «İmam Sadiq (ə) buyurmuşdur: «Tezliklə elə bir şübhəyə düçar olacaqsınız ki, (doğru) yol tapmaq üçün nə bir nişanə görəcəksiniz, nə də bir rəhbər sizi (doğru yola) hidayət edəcək. O şübhədən yalnız qəriğ duası oxuyan kəs nicat tapacaq.» Ərz etdim: «Qəriq duası necədir?» Buyurdu:«Belə deyərsən: Ya Allahu, ya rəhmanu, ya rəhim. Ya muqəllibəl qulub. Səbbit qəlbi alə dinəkə.» (Yəni, ey Allah, ey bağışlayan, ey mehriban! Ey qəlbləri dəyişdirən! Mənim qəlbimi öz dinində sabit və möhkəm et). [Kəmalud-Din, səh.352 , hədis49]


737. Allahın dinini qoruyanların xüsusiyyəti
2309. İmam Əli (ə): «Allahın dinini qoruyan kəslər, dini bərpa edənlər, ona kömək edənlər, dini hər tərəfdən əhatəyə alanlar, onu Allah bəndələri üçün saxlayanlar, onu əziz tutan və ona riayət edənlərdir»[Ğurərul-Hikəm, hədis 3912].
738.Dindən bəhrələnməyən şəxslərin vasitəsilə dinin möhkəmlənməsi
2310. Allahın Peyğəmbəri (s): «Allah-taala bu dini bədəməl kişinin vasitəsilə möhkəmlədər.»[Kənzul-Ummal , hədis115]

2311. Allahın Peyğəmbəri (s): «Allah-taala bu dini xeyirdən və dindən bir bəhrə görməyən insanların vasitəsilə möhkəmlədər.»[Kənzul-Ummal, hədis 2895]


Category: Din | Added by: IslamQadini (2013-03-21)
Views: 1158 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]