Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Dövlət |
Mizanul-hikmət
146 Dövlət 721. Alicənab insanların dövləti 2262. İmam Əli (ə): «Alicənabların dövləti ən böyük qənimət, alçaqların dövləti isə alicənabların xar olmasına səbəbdir.»[Ğurərul-Hikəm, hədis 5112+5113] 2263. İmam Əli (ə): «Dövlətlərin dağılmasının dörd əlaməti var: Üsulu (dini əqidələri) kənara qoymaq, furudan (yalnız zahirən dini əməlləri yerinə yetirməkdən) yapışmaq, alçaqları qabağa çəkmək, ləyaqət və fəzilət sahiblərini geriyə atmaq.»[Ğurərul-Hikəm, hədis 10965] 2264. İmam Əli (ə): «Allahın vacib etdiyi ən mühüm hüquq rəhbərin xalq üzərində olan haqqı və xalqın rəhbər üzərində olan haqqıdır...Əgər xalq rəhbərin, rəhbər də xalqın haqqını yerinə yetirərsə bu dövlətdə haqq izzət və qüdrət tapar, dinin aydın yolları düz, hamar olar, ədalət və doğruluq nişaşələri bərpa olunar, qayda-qanunlar düzgün icra edilər. Bu minvalla, zəmanənin vəziyyəti düzələr, dövlətin möhkəm və davamlı olmasına ümid artar və düşmənlər öz arzularına çatmaqdan məyus olarlar.»[Nəhcül-Bəlağə, xütbə 216] 2265. İmam Əli (ə): «Ədalət qədər dövləti möhkəmlədən heç bir amil yoxdur.»[Ğurərul-Hikəm, hədis 9574] 2266. İmam Əli (ə): «Dini öz dövlətinin hasarı, şükr etməyi öz nemətlərinin mühafizəçisi et! Çünki din hasarları arasında olan hər bir dövlət məğlub edilməzdir və şükr etməyin mühafizəsi altında olan hər bir nemət isə heç vaxt oğurlanmaz.»[Ğurərul-Hikəm, hədis 5831] 2267. İmam Əli (ə): «İşlərin təhlükəsizliyi üçün oyaq qalmaq dövlətin möhkəmliyinin nişanəsidir.»[Ğurərul-Hikəm, hədis 9360] | |
Views: 6677 | Rating: 0.0/0 |
Total comments: 0 | |