«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 4:45 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Dözümlülük

Dözümlülük
Mizanul-hikmət 
114. Dözümlülük

573. Dözümlülük
1739. Allahın Peyğəmbəri (s): «Dözümlü insan peyğəmbərliyə yaxındır». (Biharul-ənvar, c.43, səh.70, hədis 60)
     1740. İmam Əli (ə): «Dözümlülük ağlın kamilliyidir».(Ğurərul-hikəm, hədis 1055)
     1741. İmam Əli (ə): «Dözümlülük möminin işinin nizama düşməsinin səbəbidir». (Ğurərul-hikəm, hədis 1055)
     1742. İmam Əli (ə): «Kişinin gözəlliyi onun dözümlülüyü ilə ölçülür». (Ğurərul-hikəm, hədis 1055)
     1743. İmam Əli (ə): «Əgər dözümlü deyilsənsə də, özünü dözümlü kimi göstər. Çünki özünü başqa insanlara bənzədib, sonunda onlardan birinə çevrilməyən çox az adam tapılar». (Nəhcül-bəlağə, hikmət 207)
     1744. İmam Əli (ə): «Dözümlü o kəsdir ki, öz qardaşlarına qarşı dözümlü olsun».(Ğurərul-hikəm, hədis 1111)
     1745. İmam Rza (ə): «İnsan dözümlü olmayınca, abid olmaz». (əl-Kafi, c.2, səh.111)
     574. Dözüm gətirən şeylər
     1746. İmam Əli (ə): «Ağlın artması ilə dözümlülük də artar». (Ğurərul-hikəm, hədis4274)
     1747. İmam Əli (ə): «Sənə dözümlü olmağı tövsiyə edirəm, çünki o, elmin səmərəsidir». (Ğurərul-hikəm, hədis 6084)
     1748. İmam Əli (ə): «Dözümlülüklə vüqar yüksək əzm və iradədən doğulmuş iki əkizdir». (Nəhcül-bəlağə, hikmət 460)
     575. Dözümlülüyün səmərələri
     1749. İmam Əli (ə): «Dözümlü olan, ağalıq edər». (Biharul-ənvar, c.77, səh.208, hədis 1)
     1750. İmam Əli(ə): «Düşməninə qarşı dözüm göstərən, ona qalib gələr». (Kənzul-fəvaid, c.1, səh.319)
     1751. İmam Əli (ə): «Dözümlü şəxsin bu xasiyyətindən götürdüyü ilk bəhrə, nadanın müqabilində xalqın onun köməyinə gəlməsidir». (Məanil-əxbar, səh.319, hədis 896)
     1752. İmam Əli (ə): «Qəzəbin şiddətli vaxtında dözüm göstərmək, insanı Allahın qəzəbindən amanda saxlar». (Ğurərul-hikəm, hədis 1776)
     1753. İmam Sadiq (ə): «Köməklik üçün dözümlülük kifayət edər». (əl-Kafi, c.2, səh.112, hədis 6)
     576. Dözümlülüyün izahı
     1754. İmam Həsən (ə) (dözümlülüyün mənası haqda sualın cavabında): «Dözümlülük qəzəbi boğmaq və nəfsi saxlamaqdır». (Biharul-ənvar, c.78, səh.102)
     577. Qəzəbli olanda dözümlülük
     1755. Loğman (ə): «Dözümlü şəxs qəzəbli vaxtından qeyri bir halda tanınmaz».(Biharul-ənvar, c.78, səh.102)
     1756. İmam Əli (ə) - ən dözümlü şəxs barədə sualın cavabında: «Qəzəblənməyən kimsədir». (Əmali, Şeyx Səduq, səh.322, hədis 4)
     1757. İmam Səccad (ə): «Mənim o insandan xoşum gəlir ki, qəzəbləndiyi vaxtı səbr onu haqlasın». (əl-Kafi, c.2, səh.122, hədis 3)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Dözümlülük | Added by: IslamQadini (2011-06-03)
Views: 1059 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]