Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Dünya |
Mizanul-hikmət
144 Dünya 697. Dünya həyatı 2171. İmam Əli (ə): «Dünya ən alçaq (ya ən yaxın) şey olduğu üçün dünya adlanıb. Axirətə də, orada əvəz və mükafat olduğuna görə axirət deyilir.»[İləluş-Səraye, səh.2 , hədis1] 2172. İmam Əli (ə): «İnsanlar dünyanın övladlarıdır. Heç kəs anasını sevdiyinə görə məzəmmət olunmaz.»[Nəhcül-Balağə, hikmət 303] 698. Dünya axirət üçün əkin yeridir 2173. Allahın Peyğəmbəri (s): «Dünya axirətin əkin sahəsidir.»[Əvaliyul-Lali, c.1, səh.267 , hədis66] 2174. İmam Əli (ə) : «Axirət, dünya ilə əldə olunar.»[Nəhcül-Bəlağə, xütbə 156] 2175. İmam Əli (ə): «Həqiqətən, pak və müqəddəs Allah dünyanı ondan sonra üçün yaradıb. Dünya əhlini onda imtahana çəkir ki, kimin ən yaxşı əməl sahibi olduğu məlum olsun. Biz dünya üçün yaradılmamış və orada çalışmağa əmr olunmamışıq.»[Nəhcül-Bəlağə, məktub 55] 2176. İmam Baqir (ə) : «Dünya axirət üçün necə də gözəl köməkçidir.»[Biharul-Ənvar, c.73, səh.127 , hədis126] 699. Dünyanın mənası 2177. Allahın Peyğəmbəri (s): «Dünya Lənətlənibdir. Allahın razılığını qazanmaq üçün vasitə olan hər bir şeydən başqa, dünyada olan nə varsa hamısı Lənətlənmişdir.»[Kənzul-Ummal, hədis 6088] 2178. İmam Səccad (ə): «Dünya iki növdür: axirətə çatdıra biləcək həddə olan dünya və bir də (axirətdən çəkindirən) Lənətlənmiş dünya.»[əl-Kafi, c.2, səh.317 , hədis8] 700. Dünyadan yalnız zəruri olan qədər götürmək 2179. İmam Əli (ə): - Onun yanında özünün ehtiyaclı olmasından şikayətlənən kişiyə- «Bil ki, sənə dünya malından qüvvəndən və ehtiyacından artıq nə yetişsə, sən onu yalnız başqası üçün saxlayan xəzinədarsan.»[Biharul-Ənvar, c.73, səh.90 , hədis61] 2180. İmam Əli (ə): «Dünya malından ehtiyacın olduğundan artıq heç nə axtarma və sənə kifayət edəndən başqa heç nə istəmə.»[Nəhcül-Bəlağə, xütbə 45] 2181. İmam Əli (ə): «Dünya münafiqlərin sarayıdır, təqvalıların sarayı deyil. Buna görə, dünyadan bədəninini qüvvətləndirən, səni diri saxlayan və axirətin üçün azuqə olan həddə bəhrələn.»[Mətalibus-Suul, səh.52] 2182. İmam Sadiq (ə): «Dünya mənim nəzərimdə bir leşə bənzər, yalnız çarəsiz qaldığım vaxt ondan yeyərəm.»[Biharul-Ənvar, c.78, səh.193 , hədis7] 701. Dünya onu tərk edən kəs üçündür 2183. Allahın Peyğəmbəri (s): «Allah-taala dünyaya vəhy etdi: Sənə xidmət edən kəsi əziyyətə sal, səndən uzaqlaşana isə xidmət et.»[Əmali-Səduq, səh.230, hədis9] 2184. İmam Əli (ə): «Dünya, onu tərk edən və axirət, onu axtaran üçündür.»[Biharul-Ənvar, c.73, səh.81, hədis43] 2185. İmam Əli (ə): «Dünyanın misalı sənin kölgənə bənzər. Sən dayansan, o da dayanar, əgər dalınca getsən, səndən uzaqlaşar.»[Ğurərul-Hikəm, hədis 9818] 702. Dünyanı nadancasına məzəmmət etmək 2186. Allahın Peyğəmbəri (s): «Dünyaya nalayiq sözlər deməyin, o mömin üçün gözəl bir minikdir. Çünki mömin onun vasitəsilə xeyir-bərəkətə yetişər və şərr-bəladan xilas olar. Bəndə «Allah dünyaya Lənət etsin» deyəndə dünya deyər:«Allahın Lənəti öz Rəbbinə qarşı ən çox itaətsizlik edənimizə olsun.»[Biharul-Ənvar, c.77, səh.178, hədis 10.] 2187. İmam Əli (ə): «Ey dünyanı məzəmmət edən kimsə, axı onun puçluqlarına məftun olan və batilinə aldanan da sənsən. Dünyaya məftun olduğun halda onu məzəmmət edirsən? Sən onu cinayətkar və günahkar bilirsən, yoxsa o səni? Dünya səni nə vaxt məftun etdi, nə vaxt aldatdı?.. Dünya, ona doğru-düzgünlük qapısından daxil olan hər kəs üçün doğruluq sarayıdır. Onu yaxşı dərk edən üçün əmin-amanlıq və səadətdən bir imarət, ondan (axirətə) azuqə yığançün qüdrət və ehtiyacsızlıq sarayıdır.»[Nəhcül-Bəlağə, 131 hikmət.] 703. Məzəmmət olunmuş dünyanın xüsusiyyətləri 2188. İmam Əli (ə): «Dünya ziyan bazarıdır.»[Ğurərul-Hikəm, hədis 396] 2189. İmam Əli (ə): «Dünya ağılların torpağa düşmə (yıxılma) meydanıdır.»[Ğurərul-Hikəm, hədis 921] 2190. İmam Əli (ə): «Dünya pislik mə‘dəni və aldatma məkanıdır.»[Ğurərul-Hikəm, hədis 1473] 2191. İmam Əli (ə): «Dünya şər və pisliyin əkinidir.»[Ğurərul-Hikəm, hədis 401] 2192. İmam Əli (ə): «Dünya (insanı) xar edər.»[Ğurərul-Hikəm, hədis 3] 704. Dünyanı sevmək bütün günahların mənşəyidir 2193. Allahın Peyğəmbəri (s): «Dünyanı sevmək ən böyük «kəbirə» günahdır.»[Kənzul-Ummal, hədis 6074] 2194. Allahın Peyğəmbəri (s): «Dünya məhəbbəti hər bir asiliyin kökü və hər günahın başlanğıcıdır.»[Tənbihul-Xəvatir, c.2, hədis 122] 2195. Allahın Peyğəmbəri (s): «Dünyadan səni islah edən şeyi axtarmaq, dünya məhəbbəti deyil.»[Kənzul-Ummal, 5439] 2196. İmam Sadiq (ə): «Dünya sevgisi bütün günahların mənşəyidir.»[əl-Kafi, c.2, səh.315, hədis1] 705. Dünyaya məhəbbətin nəticələri 2197. İmam Əli (ə): «Dünyaya məhəbbət ağlı zay, qəlbi kar edər, qəlb hikməti eşitməz və ağrılı əzaba səbəb olar.»[Ğurərul-Hikəm, hədis 4878] 2198. İmam Əli (ə): «Dünya sevgisi tamahkarlıq gətirər.»[Ğurərul-Hikəm, hədis 4872] 2199. İmam Sadiq (ə): «Qəlbini dünyaya bağlayan kəs, qəlbini üç şeyə bağlamışdır: sonu olmayan qəm-qüssəyə, əlçatmaz arzuya və doğrulmayan ümidə.»[əl-Kafi, c.2, səh.320, hədis17] 2200. İmam Sadiq (ə): «Dünyaya daha çox bağlanan şəxs ayrılıq vaxtı daha çox heyfslənər.» [əl-Kafi, c.2, səh.320, hədis16] 706. Dünya İmam Əlinin (ə) nəzərində 2201. İmam Əli (ə): «Allaha and olsun, sizin dünyanızın mənim nəzərimdə cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan bir donuz sümüyü qədər də dəyəri yoxdur.»[Nəhcül-Bəlağə, hikmət 236] 2202. İmam Əli (ə): «Sizin bu dünyanız mənim nəzərimdə bir keçinin burnunun suyundan da dəyərsizdir.»[Nəhcül-Bəlağə, xütbə 3] 2203. İmam Əli (ə): «Həqiqətən, sizin dünyanızın mənim nəzərimdə çəyirtkənin ağzında əzilən bir ağac yarpağı qədər dəyəri yoxdur. Əlinin puç olan bu nemətlərlə nə işi?!»[Nəhcül-Bəlağənin şərhi, c.1, səh.246] 2204. İmam Əli (ə): «Ey dünya, məndən uzaq ol, sənin ipini belinə atmışam. (yəni, səni azad buraxmışam) Mən sənin caynaqlarından xilas olmuşam, tələlərindən qaçmış və sənin uçurumlarından uzaqlaşmışam.»[Nəhcül-Bəlağənin şərhi, səh.111] 2205. İmam Əli (ə): «Sizi dünyadan çəkindirirəm. Çünki dünya şirin, təravətli və nəfsi istəklərin mühasirəsindədir.» 2206. İmam Əli (ə): «Dünyadan çəkinin ki, onun halalının hesabatı və haramının cəzası var. Başlanğıcı əziyyət, sonu isə məhv olmaqdır.»[Biharul-Ənvar, c.73, səh.108 , hədis88] 2207. İmam Əli (ə): «Bu aldadıcı, vəfasız, xəyanətkar dünyadan çəkinin. Zinətləri ilə özünü bəzəyən və bər-bəzəyi ilə naz-işvə edən dünyadan... O, təzə gəlin kimi çilvələnmiş və gözlər ona mat-məətəl qalmışdır.»[Biharul-Ənvar, c.73, səh.109 , hədis109] 2208. İmam Əli (ə): «Dünyadan uzaqlaşın ki, dünya bivəfa, məkrli və yalançıdır. Bəxş edən, amma eyni zamanda xəsisdir. Geyindirəndir, amma özü də soyundurandır» (verdiyi şeyi sonra geri alandır).»[Nəhcül-Bəlağə, xütbə 230] 2209. İmam Əli (ə): «Dünyadan çəkinin! Çünki o, həm Allah dostlarının düşməni, həm də Allah düşmənlərinin düşmənidir. Belə ki, o, Allahın dostlarını qəm-qüssəli edər və Onun düşmənlərini isə aldadar.»[Nəhcül-Səadət, c.3, səh.202] 707. Dünyanın yalanından çəkinmək Qur‘an: «Qadınlara, uşaqlara, qızıl-gümüş yığınları, nişanəli (cins) atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi şeylərə məhəbbət insanlara gözəl göstərilmişdir. (Lakin) Bunların hamısı dünya həyatının malıdır. Halbuki, xeyirli aqibət Allah yanındadır.»[Ali İmran, ayə14] «Dünya həyatı sizləri aldatmasın, eləcə də yalançı sizi Allahla (kərəmi ilə) məğrur etməsin.»[Loğman, ayə33] Hədis: 2210. İmam Əli (ə): «Bilin ki, dünya çox hiyləgər və məkrli bir saraydır. Hər gün birinə ərə gedər, hər gecə bir ailəni öldürər və hər dəm, hər saat birlikdə olanları bir-birindən ayırar.»[Nəhcül-Səadət, c.3, səh.174] 2211. İmam Əli (ə): «Dünyanın rəngarəng cazibələri sizi aldatmasın. Çünki onlardan yalnız az bir miqdarını özünüzlə aparacaqsınız.»[Biharul-Ənvar, c.73, səh.118 , hədis109] 2212. İmam Əli (ə): «Dünya çox hiyləgərdir və onda hər nə varsa aldadıcıdır. Məhv olmağa məhkumdur və onda yaşayan hər bir şey fani olar. Təqvadan başqa onun heç bir azuqəsində xeyir və yaxşılıq yoxdur.»[Nəhcül-Bəlağə, xütbə 111] 708. Dünyaya yalnız nadanlar aldanar 2213. İmam Əli (ə): «Ey dünya! Sənin hiylələrini tanımayan və kələk torlarından xəbərsiz olan kimsəni aldat.»[Ğurərul-Hikəm, hədis 6413] 2214. İmam Əli (ə): «Dünya axmaqların qənimətidir.»[Ğurərul-Hikəm, hədis 1110] 2215. İmam Əli (ə): «Dünyaya sevinmək axmaqlıqdır.»[Ğurərul-Hikəm, hədis 454] 709. Qəlbi dünyaya bağlamaqdan çəkinmək Qur’an: «Bizimlə görüşməyə (Qiyamətə) ümid etməyən, dünya həyatına razı olan, qəlbini ona bağlayan və bizim ayələrimizdən xəbərsiz olanlar etdikləri əməllərin cəzasına çatacaqlar. Onların yeri (Cəhənnəm) oddur.»[Yunis,ayə7,8] Hədis: 2216. İmam Əli (ə) «Onun (divarın) altında ikisinə (iki yetimə) çatacaq bir xəzinə var idi»[Kəhf, ayə82] mübarək ayəsi haqda buyurub: Həmin xəzinə, üzərində aşağıdakı sözlər yazılmış bir qızıl lövhə idi: Mən, dünyanın və onun əhlinin hallarının dəyişkənliyini görən və yenə də qəlbini ona bağlayan kimsəyə təəccüb edirəm.»[Məani -Əxbar, səh.200 , hədis1] 2217. İmam Əli (ə) :«Dünyaya, dünyada zahid olanların gözü ilə baxın, çünki dünya tezliklə öz sakinlərini qovar, naz-nemət görmüş qüdrətliləri dərdə-qəmə salar. Buna görə dünyada xoşunuza gələn firavanlıq sizi aldatmasın, çünki dünyadan özünüzlə çox az bir şey aparacaqsınız.»[Biharul-Ənvar, c.87, səh.20 , hədis79] 2218. İmam Əli (ə) :«Dünyaya, ona rəğbəti, meyli olmayan və ondan ayrılan kəs kimi bax, dünyaya, ona məftun olan aşiq kimi baxma.»[Ğurərul-Hikəm, hədis 2386] 2219. İmam Sadiq (ə) :«Əgər dünya fanidirsə, ona ürək bağlamaq nəyə gərəkdir?»[Biharul-Ənvar, c.13, səh.422 , hədis54] 710. Dünyanı (axirətdən) üstün tutmağın təhlükəsi Qur‘an: «Beləliklə, kim tüğyan edib bu dünya həyatını seçərsə (onu axirətdən üstün tutarsa), şübhəsiz ki, onun yeri Cəhənnəmdir.»[Naziat, ayə37-39] Hədis: 2220. Loğman (ə) oğluna nəsihətindən: «Dünyanı axirətinə sat ki, hər ikisini əldə edərsən. Axirətini dünyaya satma ki, hər ikisini əldən verərsən.»[Biharul-Ənvar, c.13, səh.422 , hədis17] 2221. İmam Əli (ə): «Dünyaya pərəstiş edən və onu axirətdən üstün tutan şəxsin aqibəti acı olacaqdır.»[Əl-Xisal, səh.632 , hədis10] 2222. İmam Əli (ə): «Əgər insanlar öz dünyəvi xeyirləri üçün dini işlərindən birini tərk edərlərsə, Allah-taala ziyanı həmin xeyirdən daha çox olan bir işi onların qarşısına çıxarar.»[Nəhcül-Bəlağə, hikmət 106] 711. Dünya möminin zindanıdır 2223. Allahın Peyğəmbəri (s): «Dünya heç bir möminin ürəyincə deyil. O, mömin üçün zindan, əziyyət və çətinliklərin mənşəyi olduğu halda başqa cür necə ola bilər ki...»[Kənzul-Ummal, hədis 6090] 2224. İmam Sadiq (ə): «Dünya möminin zindanı, qəbr onun qalası, Cənnət isə onun (əbədi) mənzilidir. Dünya kafirin Cənnəti, qəbr onun zindanı, Cəhənnəm odu isə onun (əbədi) mənzilidir.»[əl-Xisal, səh.108 , hədis74] 712. Dünyaya çox əhəmiyyət verməyin təhlükəsi 2225. İmam Əli (ə) :«Ən böyük dərdi-səri dünya olan kəsin bədbəxtliyi və qəmi uzun çəkər.»[Biharul-Ənvar, c.73, səh.81 , hədis43] 2226. İmam Sadiq (ə): « Allah-taala gecə-gündüz ən böyük dərdi-səri dünya olan kəsin gözləri önünə yoxsulluğu gətirər, işini pərişan edər və Allah-taalanın qismət etdiyindən başqa dünyadan ona bir şey yetişməz. Gecə və gündüz ən böyük dərdi-səri axirət olan kəsin qəlbini Allah-taala ehtiyacsız edər və işlərini səhmana salar.»[əl-Kafi, c.2, səh.319 , hədis15] 713. Allah yanında dünyanın zəlilliyi və dəyərsizliyi Qur’an: «Əgər insanların vahid ümmət kimi birləşmələri (ehtimalı) olmasaydı, Rəhman Allahı inkar edənlərin evlərinin tavanlarını gümüşdən edərdik... bütün bunların hamısı heç bir dəyəri olmayan dünya malıdır. Halbuki ki, axirət sənin Rəbbinin yanında təqvalılar üçündür.»[Zuxruf, ayə33-35] Hədis: 2227. Allahın Peyğəmbəri (s): «Allah-taala: Əgər mömin bəndəmin xətrinə dəyməsəydi, kafirin başına ləl-cəvahiratla bəzənmiş şal sarıyardım.»[Ət-Təmhis, səh.47] 2228. Allahın Peyğəmbəri (s): «Əgər Allahın yanında dünyanın ağcaqanad qanadı qədər dəyəri olsaydı, heç vaxt kafirə və fəsad törədənə bir qurtum su belə içirtməzdi.»[Əmali-Tusi, səh.531 , hədis1162] 2229. İmam Əli (ə): «Dünyanın Allah yanında xar və ucuz olması (nişanəsi) bundadır ki, dünyadan başqa heç bir yerdə Ona itaətsizlik edilmir və dünyanı tərk etməkdən başqa heç bir yolla Allahın yanında olanlara (Cənnətə və Allahın razılığına) yetişmək mümkün deyil.»[Nəhcül-Bəlağə, hikmət 385] 2230. İmam Hüseyn(ə): « Dünyanın Allah-taalanın yanında xar və ucuz olmağındandır ki, Yəhya ibn Zəkəriyyanın başı bəni İsrail fahişələrindən birinə hədiyyə verildi.»[Biharul-Ənvar, c.44, səh.365] 714. Dünyanın axirətdən ayrı olması 2231. Allahın Peyğəmbəri (s): «Dünyasını sevən kəs axirətinə ziyan yetirər.»[Biharul-Ənvar, c.73, səh.81 , hədis43] 2232. İmam Əli (ə): «Həqiqətən, dünya və axirət iki barışmaz düşmən və bir-birindən ayrı iki yoldur. Beləliklə, kim dünyanı sevib onunla dostluq edərsə, axirətə nifrət edib ona düşmən olar. Dünya və axirət şərqlə qərb kimidir. Kim onların (ikisinin) arasında yol gedərsə, hər nə qədər birinə yaxınlaşarsa bir o qədər o birindən uzaqlaşar. Dünya və axirət bir kişinin iki arvadı kimidir. (Yəni hər nə qədər birinə tərəf meyl etsə, bir o qədər o biri arvadın ona nifrəti artacaq).[Nəhcül-Bəlağə, hikmət 103] 2233. İmam Əli (ə): «Dünyanın acılığı axirətin şirinliyi və dünyanın şirinliyi isə axirətin acılığıdır.»[Nəhcül-Bəlağə, hikmət 251] 2234. İmam Əli (ə): «Dünya ilə axirəti bir yerə yığmağa çalışmaq nəfsin hiylələrindəndir.»[Ğürərul-Hikəm, hədis 5995] 2235. İmam Əli (ə): «İnsanın dünyada daddığı elə bir ləzzət yoxdur ki, Qiyamət günü ona qəm-qüssə gətirməsin.»[Ğürərul-Hikəm, 9618] 2236. İmam Əli (ə): «Dünyanın sərvəti axirətin yoxsulluğudur.»[Ğürərul-Hikəm, 4705] 2237. İmam Səccad (ə): «Allaha and olsun, dünya və axirət tərəzinin iki gözü kimidir. Biri aşağı enəndə, o biri yuxarı qalxar.»[əl-Xisal, səh.64 , hədis95] 2238. İmam Sadiq (ə): «Cənnətə axırıncı daxil olan peyğəmbər Süleyman ibn Davud (ə) olacaq. Bunun səbəbi onun dünyada bütün nemətlərdən bəhrələnməsidir.»[Biharul-Ənvar, c.14, səh.74 , hədis16] 715. Dünya və axirətin hazırlanması Qur’an: «Allah-taala onlara həm bu dünya mükafatını, həm də axirətin gözəl mükafatını bəxş etdi. Allah yaxşı iş görənləri sevər.»[Ali İmran, ayə148] Hədis: 2239. İmam Əli (ə): «Var-dövlət və övladlar dünya əkini, yaxşı əməllər isə axirətin tarlasıdır. Bə‘zən Allah-taala insanlar üçün bu iki neməti birlikdə bəxş edər.»[Nəhcus-Səadə c.3, səh.127] 2240. İmam Əli (ə): «Əgər dinini dünyana tabe etsən, dininin və dünyanın hər ikisini itirəcək, axirətdə isə ziyana uğrayanlardan olacaqsan. Amma öz dünyanı dininə tabe etsən, dinini və dünyanı-hər ikisini əldə edəcək və axirətdə də nicat tapanlardan olacaqsan.»[Ğurərul-Hikəm, hədis 3750,3751] 2241. İmam Kazim (ə): «Mürvətinizə xələl yetirmədən və israfa yol vermədən halal istəklərinizi əldə etməklə nəfslərinizi dünya nemətindən bəhrələndirin və bu vasitə ilə öz dini işlərinizi yerinə yetirmək üçün kömək alın. Çünki rəvayət olunub ki, dünyasını dininə görə tərk edən, ya dinindən öz dünyasına görə üz döndərən kəs bizdən deyil.»[Biharul-Ənvar, c.78, səh.321 , hədis18] 716. Dünyanın bənzəri Qur’an: «Onlara dünyanı misal çək. (Bu dünya) Səmadan yağdırdığımız yağışa bənzər. Yerin bitkiləri onunla qarışıb yetişər, sonra isə qupquru quruyar və külək onun çör-çöplərini havaya sovurub hər tərəfə dağıdar. Allah hər şeyə qadirdir.»[Kəhf, ayə45] Hədis: 2242. İmam Əli (ə): «Dünya sənin kölgənə bənzər. Dayansan, o da dayanar, əgər onun dalınca getsən, səndən uzaqlaşar.»[Ğurərul-Hikəm, hədis 9818] 2243. İmam Kazim (ə): «Dünya ilana bənzər. Ona sığal çəkərkən (dərisinin) yumşaqlığını hiss edirsən, amma daxilində öldürücü zəhər var. Ağıllı insanlar ondan çəkinər, uşaqlar isə əllərini ona tərəf uzadarlar.»[Biharul-Ənvar, c.78, səh.311 , hədis1] 2244. İmam Kazim (ə): «Dünya dəniz suyuna bənzər. Təşnə (insan) ondan nə qədər içərsə, susuzluğu daha da artar və axırda onu öldürər.»[Tuhəful-Uqul, səh.396] 2245. İmam Kazeim (ə): «Dünya göy gözlü qadın surətində İsa Məsih (ə) qarşısında təcəssüm etdi. Həzrət (ə) ona buyurdu: «Nə qədər ərə getmisən?.» Dedi: «Çox.» Məsih (ə) buyurdu: «Onların hamısı sənə təlaq verdilər?» Dünya dedi: «Xeyr, əslində onların hamısını öldürdüm.» Məsih (ə) buyurdu:«Onda, vay olsun sənin qalan ərlərinə. Necə də köçüb gedənlərdən ibrət götürmürlər?!»[Biharul-Ənvar, c.78, səh.311 , hədis1] 717. Dünyanın xüsusiyyəti Qur’an: «Allah-taala istədiyi kəsin ruzisini bol edər, ya da azaldar. İnsanlar isə dünya həyatına sevinirlər. Halbuki, dünya həyatı axirət həyatının müqabilində azacıq maldan başqa bir şey deyil.»[Rəd, ayə26] Hədis: 2246. «Tənbihul-Xəvatir»: Cəbrayıl (ə) Nuha (ə) dedi:«Ey peyğəmbərlərin ən yaşlısı! Dünyanı necə gördün.» Nuh (ə) buyurdu:«Dünyanı iki qapılı ev kimi gördüm. Bir qapıdan daxil olub o biri qapıdan çıxdım.»[Tənbihul-Xəvatir, c.1, səh.131..] 2247. Məsih (ə): «Dünya körpüdən başqa bir şey deyil. Belə isə, ondan keçib gedin və onu abad etməyin.»[əl-Xisal, səh.65] 2248. Allahın Peyğəmbəri (s): «Dünya axirətlə müqayisədə yalnız buna bənzər ki, sizlərdən bir nəfəri barmağını dənizə batırsın və özü ilə nə gətirdiyinə baxsın.»[Biharul-Ənvar, c.73, səh.119 , hədis110] 2250. İmam Əli (ə): «Dünya gəldi-gedər və fanidir. Əgər, o sənin üçün qalarsa, sən onun üçün qalmayacaqsan.»[Ğurərul-Hikəm, hədis 1802] 2251. İmam Əli (ə): «Ey insanlar! Dünya keçid sarayı və axirət (əbədi) qalmaq yeridir. Buna görə bu keçiddən öz (əbədi) qalacağınız mənzil üçün (azuqə) götürün.»[Nəhcül-Bəlağə, xütbə 203] 2252. İmam Əli (ə): «Dünya keçid sarayıdır, qalmaq yeri deyil və burada insanlar iki dəstəyə bölünür: biri dünyada özünü satıb pozğunluğa düçar edir, o biri isə özünü alır və azad edir.»[Nəhcül-Bəlağə, hikmət 133] 2253. İmam Baqir (ə): «Dünyanı özünçün bir dayanacaq mənzil kimi bil ki, sonra oradan köçəcəksən. Yaxud da, yuxu aləmində tapdığın bir mal bil ki, oyanandan sonra ondan bir əsər-əlamət qalmayacaq. Mən bunu bir bənzətmə və misal kimi sənə dedim. Çünki dünya əql və ilahi mərifət sahiblərinin nəzərində kölgələrin yerini dəyişməsinə bənzər.»[ əl-Kafi, c.1, səh.133 , hədis16 ] 2254. İmam Baqir (ə): «Dünya, alimlərin nəzərində kölgə kimidir.»[Biharul-Ənvar, c.73., səh.126 , hədis123] 2255. İmam Kazim (ə): «Loğman oğluna dedi: «Dünya dərin dənizə bənzər, çox insanlar onda qərq olublar. Buna görə (xilas olmaq üçün) sənin bu dənizdə (mindiyin) gəmin gərək ilahi təqva, onun yükü iman, yelkəni təvəkkül, kapitanı ağıl, yol göstərəni elm və sükanı da səbr olsun.»[ əl-Kafi, c.1, səh.16 , hədis12 ] 718. Dünya bəla ilə dolu saraydır 2256. İmam Əli (ə): «Dünya bəla ilə dolu bir saraydır, vəfasızlığı ilə məşhurdur, halları davamsızdır. Onun sakinləri sağ-salamat nicat tapmazlar, vəziyyətləri (əhvalları) müxtəlif, vaxtları (növbələri) dəyişkəndir. Onda həyat (yaşayış) məzəmmət olunub, əmin-amanlığı və rahatlığı yoxdur.»[ Nəhcül-Bəlağə, xütbə 226 ] | |
Views: 1139 | Rating: 0.0/0 |
Total comments: 0 | |